Biz seksi sevirik

Biz seksi sevirik
16 fevral 2015
# 21:00

Monitora yaxın oturun, söhbət var...

Bu xalqın ziyalısı da, cahili də ağıl öyrətməyə, dərs keçməyə meyllidir. Hərə əlinə düşən tribunaya sinəsini söykəyib “döşəyir”. Feysbukun kəşfi ziyalı xalqımıza böyük imkanlar yaradıb. Qəhrəman xalqımız öz şücaətini və mətanətini, radikallığını və barışmazlığını Feysbukun verdiyi imkanlarla daha da genişləndirib. Mən Feysbukda bir cümlədə səkkiz səhv buraxıb Avropa Şurasını danlayan da gördüm, naşılıqdan porno saytlara girdiyini bəlli edən mömin də. Əminəm ki, hər Feysbuk istifadəçisinin dostluğunda ən azı 50-60 nəfər belə qəhrəman var.

Qəhrəmanlığımızdan başqa vaxt yazaram. Bu dəfə mövzumuz çılpaqlıqdır. Sizə seks haqqında danışmaq istəyirəm. Seks ciddi söhbətdir əziz oxucular! Yaxşı, yaxşı...Zarafat edirəm. Başqa mətləbdən danışacam. Sadəcə sizin hislərinizlə oynamaq mənə ləzzət edir...

İstəyirəm yazını oxuya-oxuya həyəcanlanasınız....

...Biz ellikcə çılpaqlığa meyilliyik. Azərbaycan insanı çılpaqlığı, erotikanı dəlicəsinə sevir.

İndi durub dərs keçəcəksiniz ki, belə deyil. Biz namusa-qeyrətə, hicaba-təsəttürə önəm verən, Nigarıyla, Həcəriylə öyünən, Sara Xatunu ilə fəxr edən millətik.

Amma mən əlimi dörd müqəddəs kitabın üzərinə basıb and içməyə hazıram ki, bizim manyaklığımızın həddi-hüdudu yoxdur.

Başlayaq həmişə gileyləndiyimiz mövzudan. Yəni, intellektual xalqımızın saytlarda gedən “açıq-saçıq” başlıqlara, yarıçılpaq fotosessiyalara etirazından.

Hamı qınayır, hamı danlayır, hamı tənqid edir.

Yaxşı bəs “seks” başlıqlı xəbərləri, yazıları kimlər oxuyur?

Kimdir zorlanma xəbərlərini, erotik yazıları, çılpaq fotosessiyaları izləyən?

Çox sadə izahı var bu məsələnin. Biz seks aclığımızı, çılpaq şəkillərə acgözlük dərəcəsindəki marağımızı saytların hesabına təmin edib, sonra vicdansızcasına saytları qınayırıq. Amma vicdan haqqı, tələb olduğu üçün, təklif də var...

Biz seksi, çılpaqlığı seviriksə bəs niyə saxtakarcasına bu yazılardan, fotosessiyalardan şikayət edirik?

Deyim, siz də bilin.

Ya da ki, demirəm. Siz özünüz yaxşı bilirsiniz acgözlüyünüzün səbəbini...

Sosial şəbəkələr, xüsusən Feysbuk son həftələrdə çox “ciddi adamların”, seksə, çılpaqlığa savaş açan Feysbuk qəhrəmanların maskasını cırıb.

Yayılan spamlar çox dəruni mətləblərdən xəbər verir sayın oxucu! Gündə 15-20 nəfər səhifəsinə gələn porno spamların tələsinə düşüb ifşa olunur.

Heç olmasa feyzbukda pornoya, erotikaya, çılpaqlığa, yarımçılpaqlığa, bir az çılpaqlığa olan meylinizi, hərisliyinizi gizlədin də...

Ya da heç olmasa camaata dərs keçib, ağıl öyrətməyin. Olduğunuz kimi görünün. Ağıllı və dahi obrazı yaratmaq lazım deyil. Gəlin boynumuza alaq ki, saytların təqdim etdiyi “seks” başlıqlı yazıları oxuyan bizik. Etiraf edək ki, spamların bu qədər sürətlə yayılması bizim seksə olan sevgimizin nəticəsidir.

Ellikcə etiraf edək ki, bizim seksə ehtiyacımız var, çılpaqlığı sevirik, pornoya baxırıq.

Yox ee, bu acgözlüyün də, yalançı qəhrəmanlığın da səbəbini deyəcəm.

Sən – əlahəzrət əxlaq keşikçisi, möhtərəm və mötəbər ziyalı, dili dualı mömin – səmimi deyilsən. Hətta kim olduğunu etiraf etməkdən belə çəkinirsən.

Özünüz olun, qardaşlar və bacılar...

Rahatlaşın...

# 8130 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #