Xəyanət

Xəyanət
28 yanvar 2014
# 14:53

Jalə Mutallimova yazır

Əvvəl o da vardı, mən də... Sonra iki oldunuz, mən az oldum...

Üç olanda o, o biri və sən vardın, lap azaldım mən....

Siz dörd olanda, mən yox idim artıq.... Ümidimə sığındım...

Biz beşincini görəndə... ümidim “bəsdir!” , dedi!

Əlvida dedi və getdi !..

Tək qaldım...sonra nifrətim gəldi!

Onunla saymağa başladım. Əvvəl pıçıltı ilə ürəyimdə sayırdım...

Hər dəfə gözlərim dolurdu, qəhərlənirdim...

İndi edama məhkum olunanı cəllada təhvil verən icraçı məmur kimi sayırdım...

Beş! Altı! Yeddi!...

Başım saylara elə qarışdı ki, sayı da, səni də itirdim...

Artıq saymıram xəyanətlərini!

Nifrətim də gedib!...Təkəm deyəsən...

Aynada tənhalığın, xəyanətin rəsminə baxım dedim, özümə yəni...

Özüməmi?....Nə yaxşı yadıma düşdüm! Özümə ehtiyacım var! “Sənə məndən danışmaq istəyirəm” dedim...

- Dostlara danışsan...

- Danışa bilmərəm!

- Niyə?

- Məni başqa cür tanıyırlar, təəccüblənəcəklər...

- Qohumlara desən...

- Təəssüflənəcəklər...

- Yadlar!

- Bəlkə də sevinəcəklər...Nollar dinlə məni, sənə ehtiyacım var ...

- Gedək, getmək üçün bir uçaq, bir qatar gözlənilməz bəzən...
Getmək üçün özündən al biletini....

Özümdən özümə bilet alıb... Özümlə əl-ələ tutub getdim səndən...
Bir, iki, üç, dörd... Saymıram! Çünki xəyanətin boydadır aramızda məsafə artıq!...

# 4046 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #