Əsəbi, gərgin və xəstə vətəndaş

Samirə Əşrəf, yazıçı

Samirə Əşrəf, yazıçı

3 dekabr 2021
# 13:10

Sosial şəbəkələrdə qarşıma tez-tez sovet nostalgiyasını əks etdirən şəkillər çıxır. İnsanlar həmin fotoların altından təəssüf, həsrət dolu şərhlər yazırlar. “Heyf o günlərdən”, “kaş həmin vaxtlar olaydı”, “nə gün gördüksə, onda gördük” və s.

Nə yalan deyim, uşaqlıq illəri sovet dövrünə düşən biri kimi deyə bilərəm ki, həmin dövr mənim üçün də əsrarəngiz yadda qalıb. Həmin vaxtlar ərzaqlar keyfiyyətli, seçim münasib, adamlar mehriban idilər. Hər halda yadımda elə qalıb. Bəlkə də uşaqlıq xəyalıdır.

Ancaq bir məsələni dəqiq bilirəm ki, o dövrün insanlar vaxtlarını səmərəli keçirməyə, əylənməyə, kitab oxumağa ayıra bilirdilər. Yəni onlar oxuyur, evlərində kitab rəfləri düzəldir, kinoya, teatra gedirdilər. Bunun üçün onların işdən sonra kifayət qədər vaxtları qalırdı.

Müasir insan həyatı nə qədər komforta meyllənsə də, vaxtdan şikayət edir. Nə qədər sürətli, rahat seçimlərimiz olsa da, özümüz üçün ayırmağa zamanımız yoxdur. Bunu bu yazını oxuyan böyük kəsim təsdiq edə bilər.

Ola bilər ki, nəhəng metro qatarı, bərbəzəkli avtobuslar ilk baxışdan bizə müasir və əlverişli təsir bağışlasın. Mağazalar cürbəcür dadlı ərzaqlarla, geyimlərlə, bəzək əşyaları ilə dolu, seçim üçün imkanlar isə geniş olsun. Bəs elə isə niyə biz bu qədər yorğun, kefsiz, gərgin və əsəbiyik? Üstəlik də yaşamağa vaxt çatmır.

Məsələyə elə özümdən başlamaq istəyirəm. Şəhərdən xeyli uzaqda yaşayıram. Hər gün evə gediş və gəlişim üst-üstə üç saat, bəzən üç saat yarım vaxtımı alır. Ancaq bu vaxt mənim dəyişəcəyim marşrutların gəliş gediş vaxtlarından, onların sürətindən də asılıdır.

Misalçün, saat yeddidə dayanacaqda oluramsa, marşrut da yeddidə gəlirsə və heç bir maneə olmadan arzuladığım vaxtda evə çata bilirəm. Ancaq tez-tez təkrarlanan sıx yol tıxacları, avtobus gecikməsi, nasazlığı mənim işdən sonrakı bütün planlarımı alt-üst edir. Bu baxımdan demək olar ki, hər gün planları alt-üst olmuş adam kimi başımı balışa qoyub sabahkı günün xəyalı ilə yatıram.


Bu gün əyalətdən gələn on minlərlə insana qucaq açan Bakı, yəni paytaxt qoynuna aldığı insanların qayğısına qalmır. Əksinə, onların ömürlərini, yaşantılarını, əsəb və sağlamlıqlarını əllərindən alır. Gün boyu stress, gərginlik, min cürə problemlə boğuşan müasir insan yollarda sürücülərlə, sərnişinlərlə döyüşə-döyüşə evinə gedib yatanda gedib çatırsa, onun gələcəyə, qurub yaratmağa ümidi qalmır. Onunku yaşamaq yox, ömrü günü yola vermək olur.

Bu baxımdan müasir ölkələrdə olduğu bizdə də marşrutların, metronun, hətta taksilərin qrafiki qaydaya salınmalıdır. Yollarda yaranan tıxaclara əncam çəkilməlidir. Bütün marşrut xətlərində yaranan marşrut qıtlığı qaydasına salınmalıdır. Əgər bir xəttə gün boyu on marşrut verilirsə, heç olmasa insanların işdən çıxan vaxtlarında bu say çoxaldılmalıdır.

İnsan ömrü yoldan ibarətdir. Sözün həm məcazi, həm də həqiqi mənasında. Bu baxımdan yollarda keçən ömrümüz də bizim üçün qiymətli və səmərəli olmalıdır. Əks təqdirdə əsəbi, gərgin və xəstə vətəndaşın da cəmiyyətə, ölkəyə, dövlətə xeyri az olacaq.

# 3115 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #