Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb
3 noyabr 2025
# 16:40

Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Miniatürlər” və “Şəbəkə” adlı kolleksiyaları Rumıniya Parlament Sarayında nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, tədbir Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının 30 illik yubileyinə, Türkiyə Respublikasının 102-ci ildönümünə və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin 147 illiyinə həsr olunmuş bayram mərasimləri çərçivəsində keçirilib. Tədbir GAP Jurnalistlər Birliyi və Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunub.

Təntənəli mərasimdə hər iki ölkənin tanınmış dövlət və ictimai xadimləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət, elm və biznes sahəsinin görkəmli şəxsləri iştirak ediblər.

“Bayram gecəsi qarşılıqlı hörmət və dostluq ruhunda keçdi, Türkiyə və Rumıniya xalqları arasında inkişaf edən əlaqələri, həmçinin iki ölkə arasında mədəni və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğuladı. Gecədə sənətçilərin iştirakı ilə qala proqram, türk və rumın folklor çıxışları, moda nümayişi və ənənəvi türk mətbəxindən seçmələr təqdim olundu. Mənim üçün böyük şərəf idi ki, Azərbaycanı təmsil edərək milli geyim ənənələrimizi nümayiş etdirdim”, – deyə Gülnarə Xəlilova bildirib.

Qeyd edək ki, dizayner ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə nüfuzlu GAP Oskarları mükafata layiq görülüb.

# 1333 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər