Ermənilər və biz: Sənətin işığında necə görünürük?

"Goriv" filmi

"Goriv" filmi

22 oktyabr 2021
# 09:01

Kulis.az Sevda Sultanovanın “Ermənilər və biz: Sənətin işığında necə görünürük?” yazısını təqdim edir.

Bugünlərdə dünyasını dəyişən erməni hüquq müdafiəçisi Georgi Vanyan İkinci Qarabağ savaşında statuslarını, çıxışlarını izədiyim şəxslərdən biriydi.

Vanyan uzun illərdir ki, Qarabağın Azərbaycana aid olduğunu deyir, xalqını yanlış mövqeyinə görə tənqid eləyir, onları azərbaycanlılarla dinc, sülh şəraitində yaşamağa çağırır, qonşularla anlaşmanın vacibliyini qeyd edirdi. Dəyişməz mövqeyinə görə Ermənistanda təzyiqlərə məruz qalan Vanyandan hətta doğmaları belə üz döndərmşidi...

İkinci Qarabağ savaşı zamanı erməni ziyalılarının, ictimai fəallarının yayımlanan müsahibələri, çıxışları bu qənaətə əsas verir ki, uzun müddət məğlub şəraitdə yaşamağımıza rəğmən, bütün hallarda biz qonşularımızdan həmişə mənəvi cəhətdən üstün olmuşuq.

Azərbaycanın dostu olan erməni dissident - Georgi Vanyan vəfat etdi »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Ola bilsin, bəzən və ya çox halda bu mənəvi üstünlüyün fərqinə varmadan...

Bu 30 ildə Qarabağ münaqişəsi kontekstində ölkəmizdə çox hadisələr baş verdi.

Əkrəm Əylislinin “Daş yuxular” əsərinin onda cəmiyyətdə doğurduğu rezonansı xatırlayaq. O zaman torpaqlarını itirmiş bir ölkənin vətəndaşları arasında nə qədər qəzəblənən, emosional reaksiya göstərən vardısa, bəlkə bir o qədər ona dözümlü münasibət göstərən, onu qəzəbdən qorumağa çalışan adamlar oldu.

Yəni Əkrəm Əylisli, məsələn Vanyan kimi cəmiyyətdən tamamən qovulmaya məruz qalmadı, iqnor edilmədi. Müsahibələri gedir, hekayələri yayımlanır, ona normal münasibət saxlanılır.

Yaxud ötən illər ərzində müharibə mövzusunda çəkilən filmlərimizdə qarşı tərəfi millət kimi (söhbət ayrı-ayrı fərdlərdən getmir) alçaldacaq, kini təbliğ edən filmlərimiz yoxdur.

Müharibə filmlərimizin çoxu bədii estetik baxımdan zəif olsa belə rejissorlarımız yenə də özlərində güc taparaq, kinə məğlub olmadan humanist, dünyəvi dəyərlərə əsaslanan ekran əsərləri çəkiblər.

Bu filmlərdə qəzəb, emosionallıq ola bilər, qarşı tərəfi aşağılamaq isə yoxdur.

Eldar Quliyevin “Girov”u bir çox cəhətlərdən axsasa da, müəlliflər sıravi, kəndli ermənini tamaşaçıya qəzəb hədəfi kimi göstərmir, hətta ona bəraət verirlər.

Yaxud Elxan Cəfərovun “Yarımçıq xatirələr”i pasifist notlarla bitir, burda yenə insan amili önə çəkilir, özümüzü sorğulayırıq, suallar veririk.

Qarabağ ermənilərin işğalı altında olduğu dönəmdə isə onların filmləri sülhə çağırışa cəhd göstərmir, zahirən guya universal, sevgi hekayələrinin arxasında, əslində onların militarist mövqeləri gizlənir.

Bu süjetlərin alt qatında həm də ermənilərin nə vaxtsa Qarabağı itirmək qorxusu, əndişəsi, millət kimi özgüvənsizlik duyulur.

Erməni müəllifləri hekayələrində aşağıdakı mesajları verir: müharibədə Azərbaycan günahkardır, onlar bizi daim əzmək istəyir, müharibəyə zorən cəlb olunan tərəf bizik və s.

Və özlərini, uydurduqları mübarizəyə məhkum olduqlarına inandırırlar.

“Xətt”, “Əgər hamı” kimi müharibə və postmüharibə filmlərində erməni müəlliflər savaşın başlama səbəblərini araşdırmır, ziddiyyətli suallar, tərəddüdlü vəziyyətlər təklif eləmr, hər fürsətdə azərbaycanlıların alverçi, intellekt sahibi ola bilməyən millət kimi göstərməyə çalışırlar.

702134

Əvəzində isə özlərini bütün parametrlərlə ideal millət sayır, tənqidi qəbul etməyi bacarmırlar. Belə bir natamamlıq kompleksi, uydurulmuş reallıq nə vaxtsa azərbaycanlıların tarixi ərazisinə mütləq qayıdacaqları qorxusundan qaynaqlanırdı.

Əlbəttə ki, cəmiyyətimizdə çox problemlər, qüsurlar var. Lakin biz azərbaycanlıların ən böyük mənəvi üstünlüyü, tənqid mədəniyyətimizin, nə olur-olsun özümüzə tənqidi yanaşmağı bacaya bilməyimizdədir.

Heç olmasa ona görə ki, mədəniyyətimiz (bu sözün geniş anlamında) ən azı “Molla Nəsrəddin” kimi böyük bir sərt tənqid məktəbinə istinad edir.

Və düşünürəm biz torpaqları həm də özümüzə kənardan, rasional, tənqidi baxa bildiyimiz səbəbindən geri qaytara bildik.

# 7495 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #