Adam öz şəklini niyə reklama qoysun ki?!

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

26 yanvar 2022
# 14:00

Kulis.az Rəşad Məcidin “Status esselərini” təqdim edir.


Dünyanın indiki qarışıq vəziyyətində, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı gözlənilən təhlükələrdən uzaq tutmaq İlham Əliyev kimi mahir siyasətçiyə nəsib ola bilərdi. Bir az zəif, boş, təcrübəsiz idarəetmə ölkəni fəlakətlərə sürükləyərdi.
İlham Əliyevin yüksək siyasi bacarığı, balanslı addımları, soyuqqanlılığı, intuisiyası, məlumatlılığı, qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu, həm də belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan böyük ölkələrlə bir sırada dünya siyasətinə təsir edə biləcək gücə çevrildi.
***
Akademik Rafael Hüseynovun xeyli müddətdən bəri "Mədəniyyət" kanalında efirə gedən "Vətənim" verilişini, rastıma çıxdıqca, hər dəfə maraqla izləyirəm. Yadımdadır ki, Firudin bəy Köçərliyə həsr olunmuş verilişə də çox maraqla baxmışdım. Bugünlərdə isə "Vətənim"in görkəmli heykəltəraş Fuad Əbdürrəhmanova həsr olunmuş buraxılışını diqqətlə izlədim və böyük zövq aldım.
Bu verilişdə Rafael Hüseynovun çox böyük şövqlə, ürəklə, enerjiylə danışması, bəhs edilən insanlardan məhəbbətlə, ətraflı söz açması tamaşaçıya olduqca xoş anlar yaşadır. İstər-istəməz o enerji ekrandan tamaşaçını da cəzb edir, ona müsbət təsir göstərir. Müəllifin həm səlis nitqi, həm danışıq dramatizmi, eyni zamanda, hədsiz informasiyalı olması az qala, bu verilişi mədəniyyət xadimlərinin ictimaiyyət üçün canlı tədris vasitəsinə çevirir.
Mən Rafael müəllimi uzun illər öncədən, "Axşam görüşləri"ndən üzü bəri, Azərbaycan mədəniyyətinə yorulmadan xidmət edən fədakar bir insan kimi tanıyıram. Bu xüsusda onun çox sayda əsərləri işıq üzü görüb. İllərdir, dəyərli insanlar haqqında yazıları vaxtaşırı "525-ci qəzet"də də çap olunur. Sonuncu yazısı dəyərli şəxsiyyət, unudulmaz ziyalımız Ramiz Abutalıbova həsr olunmuşdu. Qeyd etdiyim kimi, "Vətənim"in ötən buraxılışında isə mən Rafael Hüseynovun tükənməz enerjisinə, yaradıcılıq şövqünə bir daha heyran oldum.
Bu gözəl veriliş münasibətilə Rafael müəllimi ürəkdən təbrik edir, mədəniyyətimizin təbliği yolunda ona bundan sonra da uğurlu fəaliyyət arzulayıram.
***
"Evronyus" fransız yazıçısı Mişel Uelbekin yeni romanını ("Məhv etmək") o qədər reklam etdi ki, 300 min tiraj bir günə satılıb qurtarar.
***
Ölüm ayağında olanların şəklini çəkib yaymayın, günahdır.
***
Donuz ürəkli insan!
ABŞ-ın Merilend Universitetinin Tibb fakultəsində insana donuz ürəyi köçürüblər.
***
Texnoloji yeniliklərin içində Votsapın səsli mesajının əvəzi yoxdur. Böyük kəşfdir. Telefon zənglərini tarixə çevirdi. Çevik və keyfiyyətli əlaqə yaratmaq baxımından ən rahatıdır.
Ona görə də zəng gələndə təəccüblənirəm.
***
"...Biz hər zada inanarıq, onlar heç zada inanmazlar"...
***
Onun diaqnozunu bilmək üçün həkim olmağa ehtiyac yoxdur.
***
Uşağa qapaz vuranlarla küyə düşüb sosial şəbəkələrdə günahsız insanları gözüyumulu linç edənlərin, demədiyi sözə görə şərləyənlərin, trolların mahiyyətcə elə də ciddi fərqi yoxdur.
***
Çevik Ekspertlər Qrupu (ÇEQ ) varmış. Tərkibində tərbiyəvi silahlı hərbi qarnizon da olsa, lap yerinə düşər...
***
İtaliyada da saxta peyvənd edənləri yaxalayıblar.
Avropa ölkələrində peyvənd əleyhinə tez-tez etirazlar olur.
Adamlar niyə qaçırlar peyvənddən? Nədən qorxurlar?
***
Yazıçılar Birliyində Səyyad Aranın 70 illik yubiley tədbirində olduq. Tədbir zamanı xoş xəbər gəldi. Yazıçını "Şöhrət" ordeniylə təltif olunması münasibətilə təbrik etdik.
***
Bazar səhəri, tutqun hava, sakit dəniz, qağayı qırıltısı, tünd kofe və meyvəli siqaret...
***
Sosial şəbəkələr heç kimdə sirr qoymur; adamın neçədə yatıb, neçədə durduğunu da bilirlər...
***
Ürəyiniz soyumadısa, bir də təzədən başlayın.
***
Küyə gedib axına qoşuldunsa, kiminsə dəyirmanına su tökəcəksən.
***
Əlixan Rəcəbovun "Sonuncu şam yeməyi" filmində dinə sataşan nəsə görmədim. Saxta, savadsız mollalara etiraz var . Bu da təbiidir.
Bir də, xeyli tanış personaj gördüm. Tez-tez rastlaşdığımız tiplərin obrazları dəqiq əks olunub...
***
Deyir, sosial şəbəkədə profilin yoxdusa, elə özün də yox kimisən.
***
Mollalardan qorxmaq da təzə çıxdı.
Əvvəl onlar az və pərakəndə idilər.
İndi çox və həmrəydilər.
***
Tədbir olmayan gün nə gözəl gündür.
***
İlahi varlığa, ilahi ədalətin mövcudluğuna həmişə inanmışam.
***
Bir narazılıq közü, etiraz qığılcımı görən kimi üfürüb körükləmək düşmən işidir.
***
Nə qədər heykəlşünas varmış!
***
Adam öz şəklini niyə reklama qoysun ki?!..
***
Bütün tostlar təkrardır.
***
Müharibə olacaqsa, Krım uğrunda olacaq.
***
Telefon əlindədirsə, niyə darıxasan ki?
***
"Cibəgirən olur gözəgirənlər..."
Məmməd Arazın şeirindəndir. Hərdən bəzi adamları müşahidə edəndə istər-istəməz bu misranı xatırlayır və dəqiq qənaətinə görə şairə rəhmət deyirəm.
***
Ağdam 1 milyon nəfərlik şəhər olarsa, ətrafdakı 20-30 minlik etnik xalq yoxa çıxacaq.
***
Zəhmət əvəzsiz qalmır...
***
Adam var ki, danışdıqca daha çox xoruz buraxır.
***
Xoflu adam ürkək olur, özünü tez büruzə verir.
***
Xoşun gəlməyən, nifrət etdiyin, qəzəbli olduğun adama qarşı bir dəfə yazmaq olar, ürəyin soyumadısa 2 dəfə, 3 dəfə...
Amma hər gün, ardıcıl eyni mövzunu təkrarlayanda obyektiv görünmürsən, qərəzli təsiri bağışlayırsan.
***
Gənc jurnalist Aytac Sahədin APA-da son günlər ard-arda yayınlanan müsahibələri öz dolğunluğu, günün nəbzini tutmaq bacarığı, operativliyi ilə seçilir. Dopdolu informasiya yükü və emosionallığı da öz yerində. Söhbət Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi Xanlar Əhmədov və KVN rəhbəri Müşfiq Abbasovla müsahibələrdən gedir.
Bu yazılara qədər də Aytacın APA-da tanınmış mədəniyyət adamlarıyla maraqlı müsahibələri mütəmadi yayınlanırdı. Üstəgəl, Aytac həftədə bir dəfə "525"də öz orijinallığı ilə seçilən, rəssamlıq sənətinin incəliklərinə toxunan "Bir rəsmin dedikləri" rubrikasını aparmağa da vaxt tapır.
Gənc həmkarımızın belə çevik və uğurlu fəaliyyətinə sevinir, jurnalistikaya sevgisinin, yaradıcılıq şövqünün heç vaxt azalmamasını arzulayıram.
***
Meksika jurnalistlər üçün ən təhlükəli ölkə sayılır. Keçən il 7, bu ilin yanvar ayında 3 nəfər jurnalist öldürülüb.

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #