Zalımı zalım edən məzlumdur

Zalımı zalım edən məzlumdur
6 aprel 2020
# 11:40

Kulis.az İlqar Kamilin "Məzlumun günahı haqqında"(Viktimologiya) adlı yazısını təqdim edir.

Deyir, dünyamız ona görə gülüstanə (oxu: Cənnətə. oxu: Eldoradoya) dönmədi ki, suları tikanların dibinə tökdülər. Razıyam, lakin məncə, dünyamız həm də ona görə gülüstanə dönmədi ki, alaq adına ancaq konkret bir tikanın dibini qazıdılar; məsələn, bir hadisə baş verdi, yığışıb elliklə ancaq və yalnız və yalnız zalımı qınadılar, bir nəfər də çıxıb şir ürəyi yemədi, demədi ki, əzizim, bu haqq-hesabda məzlumun da, məzlumun da payı var.

Dünən guya bu gedişatı pozmaq istədim, cürətimi çamadanıma yığıb yazdım ki, dünyamızı yaşanmaz yer edən - zəif, zədəli, yaralı, kompleksli və narahat adamlardı. Dəral səsləri ucaldı dostların: "bəs zalımlar, bəs məzlumu məzlum eləyən zalımlardı axı, onlardan yazın". Razılaşmadım: məzlumu məzlum edən təkcə zalım deyil, həm də məzlumun özüdür! Başqa sözlə desək, zalımı zalım edən həm də məzlumdur!

Əvvəllər əsasən kriminologiyada istifadə olunan, yalnız son illər müstəqil ünvana çevrilən yeni bir elm var - Viktimologiya! (Mən bizim dilə onu "Qurbanşünaslıq" kimi tərcümə etmişəm). Viktimologiyanın ən ana mövzusu budur: "məzlum necə olur ki, məzlum olur?" Viktimologiya elmi haqlı olaraq iddia edir ki, ortada hər hansı bir konflikt (oxu: zülm) varsa o cinayətdə ya əllinin əlliyə, ya altmışın qırxa, ya yetmişin otuza... hər iki tərəfin payı var. Viktimilogiya, "illərdir təkcə zalımın üstünə düşmüsüzünüz deyə dünyada zülm hələ də davam edir", deyə hayqırır. Və sair və ilaxır.

Hamıya qoşulub məzlumun başını sığallamaq, ona qahmar çıxmaq çox da çətin iş deyil indi, inanın, çətin olan - onun yaxasından tutub silkələmək və deməkdir ki, əzizim, dəyərlim, canım qardaşım, bilirəm, haqqın əlindən alınıb, məyussan, yaralısan, lakin gəl qəbul elə ki, bu naqolay işdə sənin də payın var! Çətindir, ona görə ki, zalımına gücü çatmayan bu əziz məzlum bir göz qırpımında üstünə kükrəyib səni parçalamağa hazırdı, (Freydin "yerdəyişmə"si) yetər ki, onun komfort zonasını pozmayasan, sən də başına sığal çəkib, fil qulağında yatırdasan onu, hamı kimi.
Qulağınıza bir şey pıçıldayım? "Məzlum olmaq bəzilərinə sərf eləyir".

Özümə dəstək üçün demirəm, gerçəkdən, hərdən düşünürəm, mərhum Şəriəti də "sizi narahat etməyə gəldim" deyəndə əsasən belə məzlumları nəzərdə tuturdu. Lakin yazıdakı iddianı daha dərindən başa düşmək üçün, təklif edirəm, Sinelnikovun məşhur "qurban və zalım" modelini oxuyun, bir də Quran oxuyun, bir də Nəhcül-bəlağə. İki həftədir mən də, mən də oxuyuram.

# 4512 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #