Siyavuş Novruzovun axtardığı söz

Siyavuş Novruzovun axtardığı söz
9 aprel 2021
# 12:38

İynəyarpaqlıların tozundan asqırıb özümüz haqqında olmazın şübhələr yaratdığımız, yaz depressiyası yaşadığımız günlərin birində millət vəkili Siyavuş Novruzovun qatıldığı canlı yayımla gündəmi dəyişdi və yeni gündəm 3 gündür səngimir.

Doğrusu, bu debatın hansısa sosial-ictimai sıxıntıya məlhəm olub-olmadığını deyə bilmərəm, amma həmin söhbət kefimizi yaman açdı.

Ümumiyyətlə, Azərbaycanda debatlar çox vaxt başından böyük mövzuları hədəfə alır və effektsiz qalır. Tam da bu üzdən verilişə ovqatı xoş gələn deputatımızın yanındayam.

Ancaq görəsən, Siyavuş Novruzov bu rahatlığı hardan qazanır?

Yəqin, səhhətində olduqca ağır problem var və bu problem Siyavuş müəllimin gözündə çox şeyin mənasını dəyişib. Dünyaya həqiqətən də “üç günlük” bir şey kimi baxır və indən belə heç bir cəzadan, vəzifə itkisindən çəkinəcəyi yoxdur.

Novruzovun son 2-3 ildə yaşadıqları və açıqlamalarını ayıq başla lentə alan olsa, rahat bir Kusturitsa filmi çıxar.

“Seyid”lə debata bu şəkildə qatılmağın özü isə ayrı bir filmdir.

Üstümüzdə Allah var, Mirmahmud kişi centlmen adam imiş, dəfələrlə opponentini sudurmaq fürsəti oldu, sadəcə “aydındır” deyib üstündən keçdi, opponentinin deyil, problemin özünün üstünə getməyə çalışdı.

Debatın 13-cü dəqiqəsində Siyavuş müəllimin yaşadığı çətinlik doğrusu məni çox narahat etdi. Nəyisə unutdu, hansısa sözü axtardı, ipucu umdu... Ürəyim ağrıdı. İmkanım olsaydı, əlimə lüğət kitabı alıb yanına qaçardım, ilk sözümüz olan “abajur”dan üzü o yana bütün sözləri tez qulağına pıçıldayardım ki, birinin üstündə dayansın.

“Göydən düşən adam” deyib söz axtarmağı kədərli idi və amansız sosial şəbəkə istifadəçiləri onun axtardığı sözə uyğun çoxlu alternativlər verdilər: Qaqarin, Hacıleylək, zənbil, səbət, gilas və s.

Siyavuş müəllim isə sən demə “alpinist və turist” sözlərini axtarırmış...

Siyavuş müəllim, elə son debatda əzib-üzüb oxuduğu şeirdə deyildiyi kimi, axı dünya fırlanır, alpinist də, turist də sonda zirvədən paraşütlə enir. Əsas odur ki, paraşüt açılsın.

Sizin həmin zirvəyə özünüz demişkən vertolyotla, yoxsa quş yuvalarını, ilan yuvalarını əlləyə-əlləyə qalxdığınızı bilmirəm, əsas odur zamanı gələndə normal enə biləsiz.

Turist, alpinist gəldi-gedərdir.

Hətta zirvə də!

Əsas paraşütdür...

# 3338 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #