Karantin qaydalarını pozan avaralar

Karantin qaydalarını pozan avaralar
2 aprel 2020
# 13:58

Hər zaman tıxac olan küçələrin bu başından o biri başı aydın görünür. Az qala şəhəri tanımırsan. İnsanların sağlamlığı naminə görülən tədbirlər vacibdir. Bizdəki yoluxma və ölüm faizinin nəzərəçarpacaq dərəcədə aşağı olması görülən qabaqlayıcı tədbirlərin nəticəsidir.

Lakin təəssüf ki, insanların sağlamlığı üçün tətbiq olunan bu qaydaları nəzərə almayan, onları kobudcasına pozan, “əşi, boş söhbətdir, heç nə olmaz” deyib əlini yelləyən vətəndaşlarımız da az deyil.

Hələ karantinin ilk günlərindən yaşı 65-dən yuxarı olan insanların küçələrə çıxması qadağan olunsa da, bəzi adamlar bu qadağaları nəzərə almırlar. Polislər bu insanları ya evlərinə göndərməyə, ya da cərimə etməyə məcbur olur. Bununla da polisin görməli olduğu başqa işlərə xərclənən enerji insanların məsuliyyətsizliklərinə, onlarla çək-çevirə yönəlir.

Bəzi adamlar xəstəliyin ciddiliyini, yarada biləcəyi fəsadı nəzərə almaqda çətinlik çəkirlər. Bu adamlara hansı vasitə ilə olur-olsun özlərini, ətraflarında, hətta evlərindəki adamları risk altına almalarını izah etmək, başa salmaq çətindir.

Bir çox gözdən kənar yerlərdə insanlar təyin olunan sosial ara məsafəsinə məhəl qoymurlar, maskasız, əlcəksiz veyil-veyil küçələrdə dolaşırlar.

Xüsusilə mərkəzdən kənar qəsəbələrə işləyən avtobus sürücüləri köhnə dədə-baba qaydası ilə insanların marşrutlara dolmasını gözləməkdən ötrü yarım saat, qırx dəqiqə, hətta bir saat dayanacaqlarda dayanırlar. Bunun nəticəsində işdən çıxıb evinə 7-də, 8-də çatmalı olan sərnişinlər saatlarla yollarda, avtobus oturacaqlarında gözləməli olurlar. Olmazmı Dövlət Nəqliyyat Agentliyi xətlərə buraxılan marşrutların sayını artıra, heç olmasa, belə günlərdə insanlara xidmət istiqamətində bir az məsrəfə və zəhmətə qatlaşa?

Sərnişinlə dolu marşrutlar şəksiz ki, xəstəlik mənbəyidir. İnsanların həyatı təhlükəyə atılır. Bizim gözlə görmədiyimiz, öldürücü virus adamdan adama, evdən evə yayılır.

Almaniyada, Fransada və bir çox ölkələrdə insanlar “Evdə qal” qaydalarına bir nəfər kimi riayət edirlər, qanunlara riayət olunur.

Polis küçədən keçən adamların və maşınların hamısını yoxlasa, şəhər iflic olar. İnsanlar həm evdə oturan insanları, həm də işləmək məcburiyyətində qalanları nəzərə almalıdır.

Evdən boş-boşuna, heç bir işimiz, yaxud ertələnməsi mümkün olan, çox da vacib olmayan işimiz olduğu halda çıxmamalıyıq. Bu işə getməli olan insanların işə gecikməsini yollarda qalmasına səbəb olur.

Məsuliyyətsiz və vecsiz insanların ucbatından digər məsuliyyətli insanlar əziyyət çəkir. Qanuna hörmət öz yerində, belə məqamlarda insanlar vicdan hissini maksimum işə salmalı, özlərinin və başqalarının həyatını düşünməlidir. Hər birimizin sağlamlığı naminə.

# 3444 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #