Hamı haqda, hər şeydən, vır-vır, dır-dır

Hamı haqda, hər şeydən, vır-vır, dır-dır
9 iyul 2021
# 14:01

İlham Əzizin hekayəsini tərifləməyə, yaxşılığına dair bər-bəzəkli cümlələr qurmağa ehtiyac yoxdur.

Yaxşılığına dair yazılıb, bər-bəzəkli cümlələr də yerində.

Yaxşı hekayədir. Daha doğrusu, müəllifin niyyəti yaxşıdır.

Cümlə-cümlə hiss edirəm ki, o, bu yerdə nə fikirləşib, o biri yerdə obrazın başına hansı daşı salacaq, fəqət niyyətindəki hekayəni yazmayıb, eləcə hekayə haqda fikirlər sərgiləyib, bir növ, hekayə haqda hekayə yazıb.

Yazıçı susmağı bacarmalı, qışqırmamalı, özünə pıçıldamalı...

Bəs nə?!

Hər şey haqda hamıya, hamı haqda, hər şeydən... - vır-vır, dır-dır...

Sözün sehri itir, söz texnikiləşir, söz urvatdan düşür... - bu haqda xeyli yazmaq olar, fəqət sözə qənaət də imandandır.

İkimincisi, hekayələrin bəlası, həm də bizim tələskənliyimizdir.

Allah Surətin öyün yıxsın, hər şey mobilləşib, sintetikləşib: olan-olmazı faş etmək, özümüzü göstərmək ehtiyacı...

Hamı qaçır, hamı harasa qaçır: yatağında qaçır, durduğu yerdəcə qaçır... Qaçır... gözəlliklərdən, mübhəmlərdən ötür, ötüşdürür...

Mətn də belədir. Sözü qovdunsa, söz canından, fəhmindən ötəcək, ötüb keçəcək...

Sən ona sonda çatırsan... onda çatırsan ki, ləhləyirsən, tövşəyirsən... balıq əldən... Gülü güldən...

Üç təkər üstdə haracan?

Sürət, əlbəttə, - libertinləşdiricidir...

# 5902 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #