Dostunun tabutu ilə layk yığanlar

Dostunun tabutu ilə layk yığanlar
5 may 2020
# 12:51

Ölümlə ilk tanışlığım 5, 6 yaşlarımda olmuşdu. Çox saf idim. Rayonda dayımın mənimlə həmyaşıd qızı ilə palçıqdan "dolma büküb" qonaq gedən vaxtlarımız idi. O vaxtlar hər şey başqa cür idi. Hər halda, indiki yaşdan o dövr elə görsənir.

Evcik-evcikli, qonaq-qaralı günlərin birində bibimin qara şalına bürünüb qonşu qapısına qaçdığını xatırlayıram. Bu qəfil qaçış məni onun ardınca aparmışdı. Qonşuluqdakı Otello deyilən kişigilin həyətinə çatanda aləm bir-birinə qarışmış, ağlaşma səsi ətrafı bürümüşdü. Ortalığa qoyulan cənazənin üzünə tənzif atmışdılar. Bəlkə də bu mənə elə gəlmişdi. Bilmirəm. Güclü sarsıntı yaşamışdım.

Tanış olduğum uzaq yaxın ölümlərin hər birində mən ölümə və dünyasını dəyişənlərə dərin hörmət, ehtiram görmüşəm. O zaman insanlar bir-birlərinə başsağlığı verməyə belə utanıb çəkinirdilər.

Tanıdığım bir qadın var. İki oğlunu bir gündə itirib. Ona Allah oğlanlarına rəhmət etsin deyəndə, çox sarsılır. Hər dəfə dönə-dönə vurğulayır ki, mənə başsağlığı verməyin. Onlar mənim üçün diridirlər. And içəndə də həmişə uşaqlarımın canı haqqı deyir.


Son illər isə insanlar ölümlə bağlı elementar mədəniyyət qaydalarını unudublar. Sosial şəbəkələr bir ovuc içi qədər yaxın olandan sonra insanlar elə bilirlər ki, onlar üçün məhrəm olan hər şeyi küllü halında paylaşa, yaza və bölüşə bilərlər. Halbuki belə deyil. Belə olmamalıdır.

Birinin atası dünyasını dəyişir, yarım saatdan sonra oğul bunun anonsunun sosial şəbəkədə verir.

Necə, hansı ürəklə, hansı rahatlıqla? Keçən il tanış uşaqlardan biri atası can verən vaxtı selfi çəkib Feysbukda paylaşmışdı.

Bir neçə gün keçsə, bu hal əlbəttə ki, hardasa başa düşülən olar.

Amma atanın ölümü ortalıqda olan dəqiqələrdə bunu hansı əhval və çevikliklə etmək olar axı.

Oğulun için-için itirdiyinin mahiyyətinə varması gərəkən bir halda sosial şəbəkələrdə acınacaqlı layklara göz gəzdirməsi hansı düşüncənin məhsuludur?

Bu cür hərəkətləri doğmalarına, dostlarına qarşı edənləri anlamaq olmur. Yəni insanlar bu qədərmi həssaslıqlarını itirib, soyuqqanlı varlığa çevriliblər.

Tolstoy xatirələrinin birində yazır ki, Çexovun can verdiyini eşidəndə bir neçə dəfə ona baş çəkib, onun son anlarını izləyib. Və bunu sırf ədəbiyyat naminə, ölüm faktının necə baş verməsini, insanın son məqamda hansı hisslər yaşamasını müəyyənləşdirməkdən ötrü edib. Amma dahi yazıçı uzun illər sonra bu hərəkətindən peşmanlıq çəkdiyini də etiraf edib.

Ötən günlərdə tanınmış şairə Fərqanə Mehdiyeva amansız xəstəlikdən, xərçəngdən dünyasını dəyişdi. Qarşıma çıxan postlardan görürdüm ki, adamlar Fərqanə xanımla olan şəkillərini tapıb paylaşır, xatirələrini bölüşür.
Məsələnin bu hissəsi haradasa anlaşılandı.

Amma dəfn günü mərhumun ortalığa qoyulmuş tabutunun şəkillərinin çəkilməsi, onların sosial şəbəkədə paylaşılması, yumşaq desək, etik deyil. Mədəniyyətsizlikdir. Dəfnə jurnalist kimi qatılan şəxsləri başa düşürük, amma uzun illərin dostları, həmkarları da eyni şəkli çəkib sosial şəbəkədə paylaşanda insanın içşində bəşəriyyətə qarşı bir ümidsizlik yaranır. Adamların bir-birinə olan hisslərini 200 “like”a dəyişməsi dəhşətlidir.


Rusiyada, Türkiyədə, Amerikada belə edirlər deyib, gözə kül üfürməklə iş düzəlmir, onda belə çıxır ki, bu gün sabah kimin imkanı olsa məscidin yuyat yerinə gedib, ölünün yuyulma prosesini də telefona çəkib öz profilində paylaşacaq?

Başını yırğalama, əziz oxucu.

Sosial şəbəkədə yatıb duran, mobil telefonlarını ürəyinin üstündə gəzdirən, kitabdan bilgilənməyən və yaxud oxuduqlarını anlamayan, gününü “like”a hesablayan insanlığın bundan betər günləri uzaqda deyil.

# 4112 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #