41-ci qadınıyla yatan şeyxin beyin analizi

41-ci qadınıyla yatan şeyxin beyin analizi
6 fevral 2020
# 15:47

Kulis.az filosof Rahid Uluselin “Qadın və Kapital” esse-mononovellasını təqdim edir.

“Mənim babam, atam dəvədə gəzib. Mən “Mersedes”də gəzirəm, oğlum isə “Land Rover”də. Lakin oğlumun oğlu dəvədə gəzəcək.”

Şeyx Məhəmməd ibn Rəşid Əl Maktum,

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri

“Dünya fanidir” deyibən, islam-dayaqlı, neft-kapitallı ərəb şeyxi qızıl unitazda oturur, qızıl qabda dəstəmaz alır, Allaha daha yaxın olsun deyə dünyanın ən hündür göydələninin ən sonuncu mərtəbəsində namaz qılır...

Bu axşam 41 cah-cəlallı otaqda yerləşən 41 arvadından hansı ilə yatacağını təsbeh dənələri ilə müəyyənləşdirib, Eşq haqqında bir beyt dilə gətirir...

Pəncərə önündəki güllərə ətir çiləyir ki, daha rayihəli olsun...

Bir neçə yüz kilometr aralıda “Allahü-əkbər!” deyib qovan ərəb “Allahü-əkbər!” deyib qaçan ərəbi öldürür, qanını viranə müsəlman şəhəri küçələrinin çala-çuxuruna axıdır...

Qanlar qardaş olub qarışanda iniltiləri kəsilir...

Qanlar laxtalanıb donanda, 39-cu arvadından dad alıb sərməst olan ərəb şeyxini də daş kimi yuxu tutur...

Səhər saqqalının xəfif-xəfif titrəməyinə ayılan şeyx mürgülü-mürgülü xatırlayır ki, gərək bu gün Parisin “Charlie Hebdo” karikatura jurnalına pul göndərsin...

Əlbəttə, gərək şəri özündən uzaq eləyəsən...

İndi onun xəyallarında sayrışan yalnız bu: ölkəsinin Amerika banklarındakı 3 trilyon kapitalının ona məxsus payı, ölkəsindəki varidatı, 41 arvadı və iki o qədər törəməsi...

Şeyx bütün həyatını sperma rəngli bu nağılların hücrələrində, qızıl suyuna çəkilmiş, brilyantlarla bəzədilmiş “Quran”ı öpüb gözünün üstünə qoya-qoya uzun bir ömür yaşadı...

O, artıq öləndə məmləkətinin üstündəki doyulmaz qadınlar qalsa da, altındakı neft tükənmişdi...

Artıb 6 trilyona çatmış neft kapitalı da daha şeyxlərinki deyildi: bu günü çoxdan yetişdirən dost ölkə – “dünya lideri, demokratiya qalası” ABŞ monarxiya rejimindən üz döndərib o pulları “dondurmuşdu”...

Məmləkət yenidən səhraya, göydələnlər armatur yığınlarına, “Rolls-Royce”lar, “Land Rover”lər dəvələrə çevrilmişdi.

Avropa mütəxəssisləri cənab şeyxin kəllə sümüyünü antik əşya kimi Londona və Nyu-Yorka aparıb müayinə elədilər. Tapılan bu oldu: beynin sağ (şərq) yarımkürəsində – qadın, sol (qərb) yarımkürəsində – kapital. Bu yekəliyində beynin içində 1 millimetr islam aşkar edilmədi...

# 20123 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #