Nərmin Kamal modeli

Nərmin Kamal modeli
29 sentyabr 2012
# 05:00
Kult.az saytında “Terezaya məktub” yazısını oxuyanda canım fəna sıxıldı. Bizim ədəbi mühitin yeni intellektual, ziyalı modelinə ehtiyacı var.

“Ehtiyac var” deyirəm, əslində o model mövcuddur.

O, Nərmin Kamaldır.

Nərmin intellektualdır, istedadlıdır, bir neçə dil bilir, zəhmətkeşdir, istənilən fakta tamamilə fərqli, orijinal münasibəti, maraqlı traktovkaları var və ən əsası, ədəbi mühitin ehtiyac duyduğu, bir çox yazarda olmayan güclü analitik təfəkkürə sahibdir.

Nərmin qalmaqallı ədəbi mühitdə, daha doğrusu, Nərmin ədəbiyyatın olmadığı yerdə yoxdur. O, zahid kimi öz küncünə çəkilib işləyir, bədii əsərlər, elmi məqalələr yazır, tərcüməylə məşğul olur, xarici ədəbi dairələr ilə əlaqələr qurur, konfranslara gedir, ciddi ədəbi təhlillər edir, ictimai məsələlərlə bağlı aydın, cəsarətli, kəskin mövqe bildirir.

Nərmində Avropa insanının rasionallığı, praqmatikliyi var.

İndiyədək Nərminin bir yazısında ədəbi dedi-qodu intonasiyasına, qeyri-ciddi nəyəsə rastlaşmamışam.

Sözügedən yazının ədəbi polemikayla, ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Söhbət əlbəttə ki, konkret bu gənc müəllifdən getmir. Söhbət ədəbi mühitdə analizin, yaradıcılığın yerini tutan dedi-qodu, intellektual polemika mədəniyyətinə malik olmayan infantil düşüncə müəlliflərinin çoxalmasından gedir və dediyim «məqalə nin» müəllifi onların ümumiləşmiş modelidir.

Bu modellərin sayı artır və onların çoxluğu ədəbiyyata ziyandan başqa nəsə vermir.

Daha pis cəhəti, bu modelin “tənqidi”ni arqumentləşdirə bilməməyidir. Bizim tənqid ümumilikdə arqumentləşməyə, təhlil təfəkkürünə möhtacdır.

...Nərmin Kamal bayaq sadaladığım cəhətləri ilə, imici ilə öz ədəbi nəslində unikal adamdır, ədəbi mühit üçün yenidir, nümunədir. Və çox təəssüf ki, bu model ədəbi mühitdə təkdir.

Nərmin Kamal modeli əslində ədəbi mühitdə rəqabətə stimul verməli idi. Artıq XXI əsrdə ədəbiyyatımızda zamanı qabaqlayan başqa alternativ, keyfiyyətli modellər olmalıydı. Amma olmadı.
# 1819 dəfə oxunub

Oxşar xəbərlər

Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər