Yenə görüşəcəyik...

Yenə görüşəcəyik...
10 avqust 2012
# 09:25
Ceyhun Nağıya ithaf olunur

Dini kitablara inansaq, ölüm yeni bir başlanğıc, insanın bir dünyadan o biri dünyaya köçməsidir. Görünür, dünyasını dəyişmək ifadəsi də təsadüfən yaranmayıb. Dini kitablarda yaxşı insanlar ücün cənnət vədi də var.

Dostumuz Elçin Səlcuq ölümün yeni başlanğıc olması ideyasına cox inanırdı, ona görə də ölümə müqavimət göstərmədi, əksinə onun üzərinə getdi.

Elçin dindar deyildi....

Mən də dindar deyiləm, hətta din haqqında tənqidi fikirlərimə görə məni qınayanlar da var, amma ölümün yeni başlanğıc olması ideyasına inanıram. Bu fəlsəfə insana inam və ruh verir. İnanırsan ki, bu həyatda itirdiklərinlə o biri dünyada yenidən görüşəcəksən.

Bu fəlsəfəyə inandığıma görə ölən ücün ağlamağı doğru saymıram. Yaxşının yeri onsuz da cənnətdir, pis ücün isə ağlamağa dəyməz. Amma yox... Hər dəfə dostlarımızı bu dünyadan yola salanda ürəyimdən iri qara daş asılır... Özümə gələ bilmirəm...

***

Ceyhunla bir qəsəbədə olurduq. Amma onunla necə tanış olduğumu xatırlaya bilmirəm. Bildiyim odur ki, bizi yollar doğmalaşdırıb. Şəhərdən gələn və şəhərə gedən yollar... Çox yol yoldaşı olmuşdum Ceyhunla... Getdyimiz yol haqqında uzun-uzadı söhbətlərimiz olurdu. Ceyhun yolun fəlsəfəsini, mahiyyətini başa düşən adam idi və biz təxminən eyni yolun yolçusuyduq. O, yola cox inanırdı. Və ömürünün sonuna qədər öz yoluna sadiq qaldı.
Bizi yollar birləşdirmişdi, yollar da ayırdı. Ceyhun o biri dünyanın yolunu tutdu... Və bu məqamda Elçin Səlcuqdan bir sitat lap yerinə düşər: “Yol getmək ücündür. Gedə biləcəyin yollar sağ olsun”. Sən yükündən fərəhlənən insan idin. Amma deyəsən sənin yükün cox ağır oldu, abi...

***

Mən görüşəcəyimizə inanıram... Ümid edirəm ki, sən də bunu bilirsən. Bilirsən ki, görüşümüzdə az adam olmayacaq... Dostlarla bir yerə yığışacağıq.. Və bir xeyli söhbət edəcəyik, gəldiyimiz yoldan danışacağıq. Amma.. Təki yanına xəcalətli gəlməyək...
Yolçu yolda gərək...


# 1121 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #