Ölüvaylardan yazmaq problemi

Ölüvaylardan yazmaq problemi
11 aprel 2011
# 16:26
Əski zamanlarda- televiziyadan yazdığım dövrlərdə bir dəfə Qulu Məhərrəmli mənə demişdi ki, telekanallarda heç bir hadisə baş vermədiyi halda mövzuları hardan tapdığına təəccüblənirəm.

Əslində Q. Məhərrəmli haqlıydı.

Amma həmin dövrdə (söhbət 2000-ci illərin əvvəllərindən gedir) televizyanın vəziyyəti bu günün televiziyası ilə müqayisədə daha maraqlı, yaradıcı idi.

Heç olmasa o zaman - ANS-də artıq unudulmaqda olan Xəyal Tağıyevin obyektiv “Əhatə dairəsi” tok-şousu, alternativ fikirlərin toqquşduği “Nəzər-nöqtəsi”, “Space”də birbaşa yayımlanan “Bu bizik” ictimai-siyasi tok-şousu, “Lider”də Səadət Məmmədovanın maraqlı reportajları, “İnternyus”un ictimai əhəmiyyətli layihələri vardı.

İndi bunların heç biri yoxdu.

Əvəzində yalnız şou əhli var.

“Lider”də əzilib-büzülən Rəhim Rəhimli, uzun ayrılıqdan sonra “Space” kanalına qayıdan, ucuz vətənpərvərliyi ilə ad çıxaran Kamran Həsənli, ANS-də Toylar kralları və kraliçaları, meyxanaçılar, ATV –də abırsızlıqla azadlıq arasında sərhədin harda olduğunu bilməyən Zaur Baxşəliyev, sovet atmosferindən heç cürə qurtuluş tapa bilməyən Az.tv var.

Yemək verilişləri da var.

Bir də bütün telekanallarda Azərbaycanın bölgələrini gəzən, icazəsiz- filansız camaatın evində peyda olan, onları xərcə salıb, toqqalarının altını bərkidən səyahət proqramları.

Müasir Azərbayan televiziya modelini qısaca belə xatakterizə etmək olar: O, yeyib-içən, qol götürüb həvəslə oynayan, çalıb-çağıran azərbaycansayağı telemodeldir.

Azərbaycan teleməkanı öz tarixində heç vaxt indiki qədər boz, maraqsız, ölüvay ritmli, cahil, savadsız, kasıb və mənasız olmayıb.

Onun bizə - düşünən insana təklif edəcəyi heç nəyi yoxdur.

Çünki Azərbaycan teleməkanında alternativ insan modeli, alternatıv düşüncə yoxdur.

Çünki onun bunun üçün yaradıcı potensialı və cəsarəti yetərli deyil.

Azərbaycan teleməkanı ancaq şou əhliylə maraqlanan bir qrup insana işləyir.

Tural mənə deyəndə ki, kulis.az saytına televiziya haqda tənqidi məqalələr yazmanı istəyirəm, bir müddət teleməkanı izlədim.

Boynuma alım ki, yazacaq nə isə tapa bilmirəm.

Axı konkret konsepsiyası olmayan, nə istədiyini bilməyən, hər gün eyni yeməyi təklif edən məqsədsiz birisindən nə yazmaq olar. Uzaq başı bir –iki yazı.

Buna heç Dostoyevskinin də istedadı yetməz.

Alternativ fikir, ideya olmayan yerdə inkişaf yoxdur. İnkişaf olmadısa, hər şey statik, ölüdür.

Ölünü isə dəfn edib, yeni həyata başlamaq gərəkir.

Azərbaycan teleməkanının bizə yalnız Elza Seyidcahanın dünyagörüşünü təklif etməyə istedadı çatır.

Dünən E. Seyidcahan ATV-də Z.Baxşəliyevin proqramında yaşlı bir kişi haqda elə belə də dedi: “Bu xanım -xatın kişidir”.

Necə deyərlər, şərhsiz...
# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #