Axırda Tarkovskini çırpacam təpənizə - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

15 yanvar 2024
# 16:01

Fikir vermişəm, hansı yazıçıdan (xüsusən də gənclərdən!) bəyəndiyi rejissoru soruşursan, hamısı eyni 2-3 rejissorun adını çəkir:

"Tarkovski, Tarantino, Kim Ki Duk..."

Hamının dilində eyni adlar.

Noldu? Bu boyda dünyada başqa rejissor yoxdu sevməyə?

Bəsdirin də.

Ondan-bundan eşitdiyiniz adları niyə papuqay kimi təkrarlayırsınız?

Nədir axı bu intellektual görünmək sevdası?

Sən Tarkovskinin kinolarını bəyənənsən?

Kimi aldadırsan axı?

Hamını aldadarsan, məni yox.

Mən quşu dimdiyindən tanıyıram.

Ümumiyyətlə, bir adam ki, həm Tarkovskini, həm də Tarantinonu bəyəndiyini deyir, deməli, goplayır. Bu tamam fərqli iki rejissor necə sənin siyahında başda yer alır?

Deməli, zövqün yoxdur da. Elə ordan-burdan adlarını eşitmisən, özünü intellektual göstərməyə çalışırsan.

Ay dostum, sən Kim Ki Dukun filmlərini sevirsənsə, niyə yazdıqların elə zaydı?

Bəsdirin. Gülməyim gəlir sizə.

Özü də xəstələnmişəm.

Əsəbiyəm.

Axırda Tarkovskini götürüb çırpacam təpənizə.

# 1891 dəfə oxunub

Müəllifin son yazıları

# # #