Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan tamaşa nümayiş olundu
19 fevral 2026
# 11:57

Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, bu, Füzuli Dövlət Dram Teatrının repertuarında olan və ötən ilin noyabrında premyerası keçirilən səhnə əsərinin Bakıda ilk nümayişidir.

Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Əsərin əsas qayəsi insanın özünüdərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir.

Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, rəmzi səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir.

Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən gələcəyə keçir.

Personajlar gerçək kimlikdən daha çox rəmzi mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.

Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Füzuli Dövlət Dram Teatrının “Ruh” tamaşasının Milli Teatrın səhnəsindəki nümayişini əlamətdar mədəni hadisə kimi dəyərləndirib, kollektivi və müəllifi təbrik edib.

Xalq yazıçısı Kamal Abdulla yaradıcılığına müraciət etdiyi üçün Füzuli Dövlət Dram Teatrının kollektivinə və yaradılan şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib.

# 724 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

Pul, güc və riyakarlıq... - Neft bumu Bakını necə dəyişdi?

12:00 17 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam”  tamaşası nümayiş edildi

ƏSA Teatrının hazırladığı “Paris Notr-Dam” tamaşası nümayiş edildi

11:58 16 aprel 2026
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

17:00 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər