“Səhnə” teatrının ilk premyerası olub

"Səhnə" tamaşası

"Səhnə" tamaşası

1 noyabr 2021
# 15:45

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında “Səhnə” teatrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.

Premyerada teatr tənqidçiləri, teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar. Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblı ifa etdi. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.

# 7756 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər