“Paris Notr-Dama ithaf” yenidən səhnədə

“Paris Notr-Dama ithaf” tamaşası

“Paris Notr-Dama ithaf” tamaşası

15 noyabr 2021
# 11:25

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşasını tamaşaçılara təqdim edəcək.

Kulis.az xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Noyabrın 20-də göstəriləcək tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin Rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.

# 4566 dəfə oxunub

Oxşar xəbərlər

“Toros canavarı” Trabzonda nümayiş olunacaq

“Toros canavarı” Trabzonda nümayiş olunacaq

13:35 22 aprel 2025
Xərçəng xəstəsi olan 9 yaşlı uşağın Tanrıya məktubu

Xərçəng xəstəsi olan 9 yaşlı uşağın Tanrıya məktubu

11:52 22 aprel 2025
Kuklaçılar Aygün Attarla görüşdü

Kuklaçılar Aygün Attarla görüşdü

18:50 21 aprel 2025
“O olmasın, bu olsun” – Yeni quruluşda

“O olmasın, bu olsun” – Yeni quruluşda

12:50 21 aprel 2025
"Düyməcik"  tamaşasının premyerası keçirildi

"Düyməcik" tamaşasının premyerası keçirildi

11:11 21 aprel 2025
Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş Fatma Qədri kimdir?

Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş Fatma Qədri kimdir?

15:50 14 aprel 2025
#
#
# # #