Alimlər tapdı: Dinlər yaranmamışdan qabaq insanları nə birləşdirirdi? - ARAŞDIRMA

<span style="color:red;">Alimlər tapdı:  <b>Dinlər yaranmamışdan qabaq insanları nə birləşdirirdi?</b> - <span style="color:red;">ARAŞDIRMA
7 dekabr 2017
# 13:15

Tarixə qədərki epoxada yad insanlar bir-biri ilə münasibət qurarkən nəyə əsaslanırdılar? Onlar hansı dünyabaxış və təsəvvürləri bölüşürdülər? Antropoloqlar bunun ayrı-ayrı əhvalatlar olduğu fikrinə gəliblər.

“Ovçuluq-yığıcılıq inanclarında tanrı-əxlaq anlayışı yoxdur, lakin onlar bir birinə kömək edir və qəbiləni kollektiv həyatında iştirak edirdilər. Bu səbəbdən biz düşünürük ki, ovçu-yığıcıların bu hekayələri artıq kənd təsərrüfatı meydana gəlmiş xalqlar üçün xarakterik olan müqəddəs allahları olan mürəkkəb miflərin sələfləridir” – deyə London universitet kollecindən Andrea Milyano izah edir. Bu gün bir çox antropoloqlar bir fikirlə razılaşır ki, bizim əcdadlarımız olan insan qrupları arasında din sadə səbəbdən yarana və möhkəmlənə bilərdi – fövqəl qüvvələrə və onların günahkarları cəzalandıra bilməsinə inam qruplarda nizam yaradır, qrup üzvləri arasında əlaqələri möhkəmləndirirdi. Bu belə “inanclı” insan qruplarına yaşamağa və öz nəslini davam etdirməyə imkan verirdi.

Digər tərəfdən alimlər etiraf edir ki, dinlər və o dinlə əlaqəli əxlaq normaları birdən-birə yaranmayıb. – Onlar 13-15 min il əvvəl insanların kənd təsərrüfatını mənimsədiyində yaranıb. Buna müvafiq olaraq, qədim insanlar əlaqə qurmaq, bir-birinə etibar etmək üçün hansısa bir formadan istifadə etməlidirlər. Bu forma konfliktləri minimallaşdırmalı, qarşılıqlı sərfəli əməkdaşlığa kömək etməli idi.

Milyano və onun həmkarları Filippində ibtidai icma quruluşunda ilişib qalmış aborigen qəbilələrin nümayəndələrindən ibarət qrupu müşahidə edərək, bu rola uyğun bir namizəd tapdılar. Bu qəbilənin üzvləri müasir sivilizasiyanın nailiyyətləri ilə maraqlanmırlar və ovçuluq və yığıcılıqla məşğuldurlar.

Bu müşahidələr zamanı alimlər qeyri-adi bir şey gördülər: onların arasında böyük şöhrətə və nüfuza malik insanlar yaxşı ovçular və yaxud ağsaqqallar və ya ağbirçəklər deyildi, hamıdan yaxşı əhvalatlar danışmağı bacaranlar idi.

Bu müşahidələr alimləri maraqlandırdı və onlar qəbilənin yaşlılarından bir-biri ilə bölüşdükləri hekayələrin, nəvələrinə ötürdükləri nağılların bir neçəsini danışmağı xahiş etdilər.

Məlum oldu ki, hekayələrin və nağılların bir çoxu bilavasitə, qəbilə üzvlərinin bir-biri ilə qarşılıqlı əməkdaşlıq etməli olmasından, mübahisələrin həllində zorakılığın tətbiqinin qəbul olunmazlığından, cinslərin bərabərliyi kimi sosial normalara riayət etməyin vacibliyindən bəhs edir.

Ən maraqlısı odur ki, yaxşı hekayət danışmaq nəinki onun müəllifinin qəbilə üzvləri arasında nüfuzunu qaldırırdı, həm də onun nəsli davam etdirmək şanslarını artırırdı. Qəbilənin digər üzvlərinə baxanda belə adamların uşaqları daha çoxdur.

Alimlərin ehtimallarına görə, hər iki fakt bunu deyir ki, hekayə mübadiləsi ənənəsi insanın sonrakı mədəni təkamülündə ortaya çıxmış dinin ilkin özünəməxsus formasıdır.

# 2075 dəfə oxunub

Oxşar xəbərlər

"Həmin gün anamın kədərdən donmuş sifətinə baxa bilmirdim" - Həsən bəy Zərdabinin məzarı niyə üç dəfə dəyişdirildi?

"Həmin gün anamın kədərdən donmuş sifətinə baxa bilmirdim" - Həsən bəy Zərdabinin məzarı niyə üç dəfə dəyişdirildi?

15:00 28 noyabr 2025
Övladları güllələndi, soyuqdan öldü, itkin düşdü... - Rəsulzadənin həyat yoldaşının faciəvi taleyi

Övladları güllələndi, soyuqdan öldü, itkin düşdü... - Rəsulzadənin həyat yoldaşının faciəvi taleyi

10:00 27 noyabr 2025
"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular?

"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular?

15:00 24 noyabr 2025
"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər