Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir

Azərbaycan və Albaniya milli kitabxanaları arasında qarşılıqlı əlaqələr genişlənir
28 yanvar 2026
# 18:40

Yanvarın 28-də Albaniyanın ölkəmizdəki səfiri Besart Kadia Azərbaycan Milli Kitabxanada olub.

Kulis.az xəbər verir ki, Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonağa kitabxana haqqında məlumat verilib.

Bildirilib ki, 5 milyona yaxın kitab fondu olan Milli Kitabxana dünyanın 90 ölkəsinin milli kitabxanaları ilə kitab mübadiləsini həyata keçirir, 54 ölkənin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.

Kərim Tahirov Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verərək, Azərbaycan Milli Kitabxanasının Albaniya Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2022-ci ildə imzalandığını bildirib.

2025-ci ildə Albaniya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açıldığını xüsusilə vurğulayan direktor Milli Kitabxanada da belə bir bölmənin 2 il əvvəl yaradıldığını səfirin diqqətinə çatdırıb.

Səfir Albaniya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu və burada albaniyalı yazıçı və şairlərin səfirlik tərəfindən türk və Azərbaycan dilində nəşr olunmuş kitablarının təqdimatının keçirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə hər iki ölkənin kitabxana mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, kitabxanalarda mövcud olan kitablar və əlyazmaların qorunması, rəqəmsallaşdırılması və elmi dövriyyəyə cəlb edilməsi sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi olmuşdur.

Direktor qonaqlara ölkəmizlə bağlı kitablarını hədiyyə edib.

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və kitabxananı çox bəyəndiklərini söyləyiblər.

# 1098 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər