Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı – QƏRİBƏ FAKTLAR

Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı – <span style="color:red;">QƏRİBƏ FAKTLAR
3 oktyabr 2017
# 13:12

Hitler Almaniyası bəşəriyyəti ikinci dünya müharibəsinə sürükləməklə bərabər, əsirlər üzərində qeyri-insani təcrübələr keçməklə də tarixin yaddaşında qalıblar. Saysız-hesabsız konslagerlərdə əsirlərin üzərində aparılan təcrübələr on minlərlə insanın həyatına son qoymuşdu. Faşistlər əsirlər üzərində kimyəvi silahın təcrübəsindən tutmuş, ağrıkəsici olmadan əməliyyat qədər hər şeyi sınaqdan çıxarırlar. Amma faşist Almaniyasında ixtira edilmiş elə şeylər var ki, bu gün də dünyada onlardan istifadə edirlər.

Məsələn, antibakterial pereparat olan sulfanilamid. Alman həkimlər 1942-ci ilin iyulundan 1943-cü ilin sentyabrına qədər sulfanilamid adlı dərmanın effektivliyi üzərində təcrübələr keçiriblər. Onlar əsirləri yaralayır və bilərəkdən yaralarına qanqrena bakteriyası salırdılar. Bəzən yaranı iki tərəfdən sıxıb qanı saxlayır və içinə taxta, ya da şüşə qırıntısı salırdılar. Sonra yaranan infeksiyanı sulfanil və başqa dərmanla müalicə etməklə müqayisəvi şəkildə ən yaxşısını aşkara çıxarmağa çalışırdılar. Amma bütün bu vəhşiliklərin sonunda dünyada analoqu olmayan sulfanilamid adlı dərmanı ala bilirlər.

Və ya xilasetmə gödəkçəsi. Alman həkim Ziqmund Raşer Dahau və Auşvits əsir düşərgələrində onlarla əsirin üzərində amansız sınaqlar aparırdı. Görəsən qəfil soyuqlama nəticəsində necə xilas olmaq olar? Əsirləri soyuq sulara atır, onların bədən temperatularının necə aşağı düşdüyü izlənilirdi. Raşer müəyyən etmişdi ki, insan başı suyun üzərində qalsa, o bir müddət yaşaya bilər. Yəni xilasedicilər gələnə kimi. Və beləcə uzun tədqiqatlardan sonra başı dik saxlayan xilasedici gödəkçələr istehsala buraxılır.

Image result for фашисты и фанта

Malyariyaya qarşı vaksinlər də məhz əsirlər üzərində aparılan təcrübələr nəticəsində icad edilib. Kurt Pletner əsirləri günlərlə malyariyaya yoluxdurulmuş ağcaqanadlarla bir otaqda saxlayırdı. Ağcaqanadları isə öldürmək olmazdı. Minlərlə insan bu təcrübəyə qurban getmişdi. Sonucda Pletner vaksini əldə etmişdi. Müharibədən sonra Pletner bu vəhşi təcrübəsinə görə, həbs edilmişdi. Amma həbsdə çox qalmamışdı. Hələ üstəlik, Frayburq universitetinə kafedra müdiri təyin olunmuşdu.

“Folksvagen”in bu modelini Hitlerə təqdim edəndə çox bəyənmişdi. 1937-ci ildə hamımızın “Folksvagen Juk” kimi tanıdığımız avtomobilin kütləvi istehsalı üçün 50 milyon marka vəsait ayırmışdı.

Reaktiv mühərriklər də faşist Almaniyasının ixtirasıdır. Mühəndis Verner fon Braun tədqiqatları nəticəsində ixtira edilmiş, Hitler ordusunun silahlanmasında böyük rol oynamışdı.

Və nəhayət “Fanta”. Bu içki də faşist Almaniyasında kəşf edilib. “Fanta”nın istehsalına 1940-cı ildə başlanılıb. Hitler ABŞ brendi olan “Koka-Kola”ya embarqo qoymuşdu. Almaniyada isə “Koka-Kola”nın böyük zavodu vardı. Məhz bu ərəfədə Almaniyada yaşayan amerikalılar Hitlerə “Fanta”nı təqdim etdilər. Müharibədən sonra “Fanta” “The Coca-Cola Company”-nin əsas markalarından birinə çevrildi.

# 3661 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər