Məşhur şairə: “Yaxın adamım yoxdu ki, heç olmasa bircə saatlığa...”

Məşhur şairə: “Yaxın adamım yoxdu ki, heç olmasa bircə saatlığa...”
5 sentyabr 2013
# 07:30

Kulis.Az “Məşhurların məktubları” layihəsində Marina Svetayevanın Boris Pasternaka məktubunu təqdim edir.

1928-ci il, iyulun ortaları

Ah, Boris, Boris, necə də mən daima sənin barəndə fikirləşirəm, bütün varlığımla üzümü sənə tuturam - köməyinə möhtacam!

Mənim təkliyimdən xəbərin yoxdu sənin... Böyük bir poemanı yazıb qurtarmışam. Birinə oxuyuram, o birisinə oxuyuram – lal sükut – heç biri ağzını açıb bir kəlmə söz demir. Məncə ədəbsizlikdi bu və ümumiyyətlə həssaslıqdan deyil – tam anlamazlıq, heç bir şey başa düşməməklikdir. Aydındır ki, mən də heç nə edə bilmirəm. Bu yaxınlarda kiməsə yazmışdım: “Boris Pasternak barədə fikirləşirəm - o, məndən xoşbəxtdir, çünki, onun əməyinin qədrini bilən iki – üç şair dostu var, mənim isə elə bir yaxın adamım yoxdu ki, heç olmasa bircə saatlığa şeiri hər şeydən üstün tutsun“.

Bu belədir. Mənim dostum yoxdur. Hərdən məni sevən qadın tanışlarım, rəfiqələrim, himayədar qızlar var ( mənim özümü çox sevirlər, nəinki şeirlərimi, qaytarmaq şərtilə oxumağa götürəndə isə, ürəklərinin gizli bir yerində, əlbəttə 1916-cı illərin şeirlərinə üstünlük verirlər ). Bütün bunlar kimə lazımdır axı ? ...

Mən həyatın əzab - əziyyətinə öyrənmişəm... Hətta fiziki cəhətdən də: qızmar bir şeyi əlimə götürürəm – hiss etmirəm , hamı bir ağızdan deyi : cökə ağacları çiçəkləyib – eşitmirəm, elə bil kimsə - qayğı və qətiyyətlə - mənim kimi bədheybətin üstünə - bilə - bilə ! – heçnə buraxmayan bir şey töküb. Ziqfrid və Axilles yadındadır ? Birinci cökə yarpağını, o birisinin isə dabanını xatırlayırsan? – Sən də onların tayısan .

Sən, görünür, mənim şeirlər kitabımı həddindən artıq yüksək qiymətləndirirsən. Həmin kitabda bir qiymətli şey varsa, o da ancaq həsrət hissidir. Onu son lirik kitabım kimi, bilirəm ki, axırıncıdı, sənə verirəm. Açıq ürəklə. Nəyi bacarıramsa, onu da yazmışam. Vəssalam, şeir sənətində hər şey əlimdən gəlir. Lirika ( cəsarət edirəm – poemalar lirika deyil. Belə şərtləşək ki , lirika – ayrı-ayrı şeirlərdir) mənə can – başla xidmət edib, mənə nicat verib, məni xilas edib – hər an məni həm özüm istədiyim, həm də özü istədiyi hala salaraq mənə qulluq edib. Mən Ozirisin qalıqları üzərində eşələnməkdən, puç olmaqdan təngə gəlmişəm...

Boris , sən “ Tristan və İzolda “ nı orijinalda oxumusan? Günahsızlar, heç bir günahı olmayanlar, kral Mark tərəfindən aldanmışlar, sevən Tristanın, sevilən Tristanın sevimlisi olan , İzoldanın yalan andı, ən müqəddəs əhd - peymanları daim pozan - nəhayət ! – Tristanın başqa bir İzoldaya evlənməsi - (adamın özündən başqa oxşarı da olur ki !) qorxaqlıq, ümidsizlik, hətta istəsən lap ürəyə qəsd eləmək barədə yazılmış ən ədəbsiz və ən gerçək əsərdi. Bu əhəmiyyətsizlikdən və - bütün sevgilərdən ona görə heç nə alınmır ki, ayrılıq onlara qənim kəsilir...

Tarix Kay və Gerdanın başına gələnlərdən heç də yaxşı deyil .

Boris, sən “Dəniz“, “Yeni il“, “Hava poeması“ adlı şeirləri oxumamısan, bunlar mənim indiyə qədər ən quru dillə yazdığım nəzmlərdi. Bilirəm ki, özümü cəmləməliyəm, yazdığım şeirlərin üzünü köçürüb sənə göndərməliyəm. Ancaq onu da bilirəm ki, sənə nə isə göndərmək, - biryolluq çapa imzalamaq kimi bir şeydi, bu, uşağın nəyisə qəfil götürüb sürətlə gedən qatarın pəncərəsindən atmağına oxşayır. Axı uşaq sürət qatarının pəncərəsindən nə ata bilər ? Tutaq ki, anasının pul kisəsini, yaxud da nə isə bədbəxtlik gətirə bilən bir şey ...

Boris, mən rus təbiəti üçün, pıtraq basmış yerlər, sıx meşələr üçün, özüm üçün - özümü orda görmək üçün yaman darıxmışam. Əgər yenidən dünyaya gəlmək mümkün olsaydı...

Hazırladı: Türkan Almuradova

# 3920 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #