Kommunizmi ifşa etmək kapitalizm müdafiəçilərinin işi deyil

Kommunizmi ifşa etmək kapitalizm müdafiəçilərinin işi deyil
10 oktyabr 2013
# 07:30

Böyük rus filosofu kommunizm haqqında

Kulis.az görkəmli rus filosofu Nikolay Aleksandroviç Berdyayevin 1937-ci ildə işıq üzü görmüş “Rus kommunizminin qaynaqları və mənası” kitabından parçaları təqdim edir. Əsərdən parçalar “Yunost” jurnalının 1989-cu ildə çap olunmuş 11-ci nömrəsində işıq üzü görüb. 1990-cı ildə “Xəzər” jurnalı o parçaları tərcümə edib.

Yazının birinci hissəsi:

Dahi rus filosof ruslar haqqında

Yazının ikinci hissəsi

Berdyayev Lenin haqda

Leninin qeyri – müəyyən obrazı

(...) Marksizm - Leninizm və ya proletar inqilabı dövrünün dialektik materializmi azadlığın yeni anlamına uyğun gəlir. Həqiqətən də, azadlığın kommunist anlamı adi anlayışlardan çox fərqlənir. Buna görə də rus kommunistləri, onlara deyəndə ki, Sovet Rusiyasında azadlıq yoxdur çox hiddətlənirlər. Belə bir əhvalat danışırlar. Cavan bir sovet adamı Sovet Rusiyasına qayıtmaq üçün bir neçə aylığa Fransaya gedibmiş.

Gəlməyinə bir neçə ay qalmış Fransa haqqında təəssüratını soruşurlar. O cavab verib: “ Bu ölkədə azadlıq yoxdur “. Həmsöhbəti heyrətlə etirazını bildirir: “Siz nə deyirsiniz Fransa - azadlıq ölkəsidir, hər kəs azad düşünür, azad işləyir, sizdə isə bu azadlıq yoxdur. O vaxt həmin cavan adam azadlıq haqqında öz anlamını ifadə edir: Fransada azadlıq yoxdur, Sovet adamı da ona görə təngnəfəs olur ki, onda həyatı dəyişməyə, yeni həyat qurmağa imkan yoxdur; azadlıq adlanan şey onda elədir ki, hər şey dəyişməz qalır, hər gün özündən əvvəlkinə bənzəyir; hər həftə nazirliyi aşırmaq olar, lakin bununla heç nə dəyişmir.

Buna görə də Rusiyadan gəlmiş adama Fransa darıxdırıcıdır . Sovet, yəni kommunist Rusiyasında əsl azadlıq var, ona görə ki, hər gün Rusiyanın və bütün dünyanın həyatını dəyişmək olar. Hər şeyi yenidən qurmaq olar, bir gün o birisinə bənzəmir. Hər bir cavan adam özünü yeni dünyanın qurucusu hesab edir.

Dünya elə plastik olub ki, ondan yeni formalar düzəltmək olar. Cavanları hər şeydən əvvəl bu şirnikdirir. Hər kəs özünü cahanşümül əhəmiyyətli ümumi işin iştirakçısı hesab edir. Həyat özünün şəxsi mövcudluğu üçün mübarizəyə yox, dünyanın yenidən qurulmasına həsr olunur. Burada azadlıq seçim azadlığı kimi, həyatı sağa və sola döndərmək üçün yox, onu fəal sürətdə dəyişdirmək kimi çarə tapılandan sonra fərdi yox, sosial insan yaratmaq aktı kimi başa düşülür. Seçim azadlığı haçalanır və enerjini zəiflədir. Əsl yaradıcı əmək yol tapılandan və insan müəyyən istiqamətə hərəkət edəndən sonra gəlib yetişir. Sovet Rusiyasında yalnız belə azadlıq, kommunist partiyasının baş xəttində həyatın kollektiv quruculuğu, azadlığı qəbul edilir. Məhz bu azadlıq fəal və inqilabi hesab olunur. Fransız azadlığı mühafizəkardır, o, cəmiyyətin sosial yenidənqurmasına mane olur, o, sakitlik istəyən hər kəsin istəyinə müvafiqdir. Azadlığı əlbəttə , həm də yaradıcılıq enerjisi dünyanı dəyişən akt kimi anlamaq lazımdır. Lakin müstəsna olaraq azadlıq bu cür anlanarsa və onun belə aktdan əvvəl gəldiyi, yaradıcılıq enerjisinin həyata keçdiyi görünməzsə, vicdan azadlığının fikir azadlığının inkarı – labüddür.

Və biz görürük ki, rus kommunist çarlığında vicdan və fikri azadlığı tamamilə inkar edilir. Azadlıq anlamı müstəsna olaraq şəxsi yox, kollektiv şüura aid olunur. Şəxsiyyət sosial kollektivə münasibətdə azadlığa malik deyil, o, şəxsi vicdan və şəxsi şüura malik deyil.

Şəxsiyyət üçün azadlıq onun kollektivə müstəsna uyğunlaşma qabiliyyətindən ibarətdir. Ancaq kollektiv uyğunlaşan və birləşən şəxsiyyət bütün qalan dünyaya münasibətdə nəhəng azadlıq alır. Vicdan azadlığı – hər şeydən əvvəl dini vicdan – hesab edir ki, şəxsiyyətdə cəmiyyətdə asılı olmayan ruhi azadlıq vardır. Bunu, əlbəttə kommunizm qəbul etmir. ( ... )

(...) Bəs Marksda necə idi? Marks diqqətəlayiq sosioloq, lakin zəif antropoloq idi. Marksizm cəmiyyət problemini qoyur, lakin insan problemini qoymur, onun üçün insan cəmiyyətin funksiyası, iqtisadiyyatın texniki funksiyasıdır. Cəmiyyət ilkin fenomen, insan isə epifenomendir. İnsanın bu cür alçaldılması Marksın insan həyatının maddiləşdirilməsi haqqında, humanistləşdirmə barədə təlim ilə kəskin ziddiyətdədir. Onda köklü iki mənalılıq qalır.

İnsanın keçmişdən qalan günah və şəri iqtisadi prosesin funksiyasına, kapitalist istismarına çevrilməsi mövcuddur, yoxsa ki, bu insanın antologiyasıdır. Hər halda, belə bir fakt həll edicidir ki, bizim Rusiyada gördüyümüz kommunizmi marksizm zəminində həyata keçirmək üçün ilk cəhd, habelə insanı iqtisadiyyat kimi nəzərdə keçirir, həmçinin insan həyatını kapitalizm cəmiyyəti kimi humanistsizləşdirir.

Buna görə Marks və Engelsin tarixdə baş verəcəyinə ümid bəslədikləri çevriliş baş tutmadı; lakin buna baxmayaraq , kommunizm nəinki yeni cəmiyyətin, həm də yeni insanın yaranmasına iddia edir. Sovet Rusiyasındakı yeni insan barədə, yeni ruhi qurum barədə çox danışırlar; bu barədə Sovet Rusiyasında olan xaricilər də çox danışmağı xoşlayırlar.

Lakin yeni insan o vaxt təzahür edə bilər ki, insan ali sərvət hesab olunsun. Əgər insana cəmiyyət quruculuğu üçün xüsusi kərpic kimi baxılırsa, əgər o yalnız iqtisadi proses üçün vasitədirsə, onda yeni insanın zühurundan çox, insanın yox olması barədə danışmaq lazım gəlir. İnsan dərinlik ölçüsündən məhrum olur, o, ikiölçülü səthi varlığa çevrilir. Yeni insan yalnız o halda olacaq ki, insan dərinlik ölçüsünə malik olsun, ruhi varlıq olsun, yoxsa insan, ümumiyyətlə insan yoxdur, yalnız ictimai funksiya var. İnsan öz dərinlik ölçüsündə nəinki zamana, həm də əbədiyyətə mənsubdur.

Əgər insan bütövlükdə zaman prosesinə atılmışsa, əgər onda əbədiyyətdən və əbədiyyət üçün heç nə yoxdusa, onda insan obrazı, şəxsiyyət obrazı yaşaya bilməz. Kommunizm özünün materialist ateist formasında bütövlükdə insanı zamanın axınına tabe edir, insan zaman çınqısının yalnız keçid mərhələsidir və hər bir an növbəti an üçün vasitə hesab olunur. Buna görə insan daxili mövcudluqdan məhrum olur, insan həyatı humanistləşdirilir. Marksizm humanizm prosesini aşkarlayır, Marksda, xüsusən hələ alman idealizminin izləri güclü olan gənc Marksda yeni humanizmin imkanları vardır. O, humanistsizləşdirmə prosesinə aludə oldu, insana münasibətdə isə kommunizm kapitalizmin günahlarının varisi oldu.

Rus marksizm – leninizmdə humanistsizləşdirmə prosesi lap uzağa getmiş, o rus kommunizminin yaranmasının bütün şəraiti ilə əsaslandırılmışdır. Rus kommunizminə xristian qaynaqlarına malik rus humanizminin ənənəsi yox, insana vasitə kimi yanaşan rus dövlət mütləqiyyəti ilə bağlı olan rus antihumanizmi daxildir. Marksizm şəri xeyirə gedən yol hesab edir. Yeni cəmiyyət, yeni insan şər və zülmətin artmasından yaranır, yeni insanın ruhu mənfi effektlərdən, nifrətdən, qisasdan, zorakılıqdan yaranır. Bu arksizmdə məkrli bir ünsürdür ki, dialektika hesab olunur. Şər - xeyirə, zülmət – işığa keçiddir. Lenin proletar inqilabına kömək edən hər şeyin əxlaqi olduğunu elan edir, o xeyirin başqa tərəfini bilmir. Buradan belə çıxır ki, məqsəd vasitəyə bəraət verir. İnsan həyatında mənəvi an özünün hər cür müstəqil mahiyyətini itirir. Bu isə şübhə doğurmayan humanistsizləşdirmədir. Hər cür vasitənin bəraət verdiyi məqsəd insan deyil, yeni insan deyil, insanın dolğunluğu deyil, yalnız cəmiyyətin yeni təşkilidir. Cəmiyyətin yeni təşkili insan üçün vasitə yox, insan bu cəmiyyətin yeni təşkili üçün vasitədir .

Kommunist psixi tipi hər şeydən əvvəl onunla müəyyən oldu ki, dünya onun üçün kəskin şəkildə iki əks cəbhəyə bölünür – Hörmüz və Əhrimən cəbhələrinə, çarı olmayan işıq və zülmət səltənətinə. Bu, demək olar ki, adətən monist doktrinanın bəhrələndiyi manihəçi dualizmdir: Proletariat hakimiyyəti Hörmüzün işıqlı hakimiyyəti, burjuaziyanın hakimiyyəti – Əhlimənin zülmət səltənətidir. İşıq səltənətinin nümayəndələrinə zülmət səltənətini dağıtmaq üçün hər cür imkan verilib. Aydın ifadə olunan Kommunist tipinin fanatizm dözməzliyi, qəddarlığı onunla müəyyən olunur ki, o, özünü şeytan səltənətinə qarşı irəli sürülmüş adam hiss edir və bu hakimiyyətə tab gətirə bilmir. O, düşmənsiz, bu düşmənə mənfi münasibətsiz yaşaya bilməz, düşmən olmayanda o, pafosunu itirir. Düşmən yoxsa da onu yaratmaq lazımdır. “Ziyankarların məhkəmə prosesi sinfi düşmən yaratma tələbatı ilə bağlıdır. Əgər sinfi düşmən tamamilə yox olar və kommunizmi asanca həyata keçirirdisə onda kommunizm pafosunda da yox olardı. İnqilabi pafos xeyli dərəcədə keçmişə mənfi münasibətlə bağlıdır. Bəzən sual verirlər ki, kommunizm nə dərəcədə gələcəyə məxsusdur və nə dərəcədə gələcəyə yönəlmişdir. Sözsüz ki, o , tamamilə keçid mərhələsi olan faşizmdən daha çox gələcəyə yönəldilmişdir, kommunizmlə dünya problemi əlaqədardır .

Lakin kommunizmdə keçmişdən daha güclü asılılıq, keçmişə aşiqanə bir nifrət var, o kapitalizm və burjuaziyanın şərinə daha çox bağlıdır. Kommunistlər nifrətə qalib gələ bilmirlər, onların əsas zəifliyi də bundadır. Nifrət həmişə keçmişə üz tutmuş və keçmişdən asılıdır. Nifrət hissinə mübtəla olan adam gələcəyə, yeni həyata üz tuta bilməz. İnsanı yalnız məhəbbət gələcəyə yönəldir, keçmişin ağır qandallarından azad edir və o yeni, daha yaxşı həyatın yaradıcılıq qaynağı hesab olunur. Kommunistlərdə məhəbbət üzərində nifrətin dəhşətli üstünlüyü vardır.

Buna görə günahı tamamilə onların üzərinə yıxmaq olmaz, onlar qəddar keçmişin qurbanıdır. Kommunizm ruhu, kommunizm dini, kommunizm fəlsəfəsi – həm antixristian həm də antihumanistdir. Amma kommunizm sosial – iqtisadi quruluşunda xristianlıqla tamamilə uyğunlaşa bilən daha çox hər halda antixristian cəmiyyət olan kapitalizm sistemində çox həqiqət nişanəsi var .

Kommunizm kapitalizmi tənqid etməkdə haqlıdır. Kommunizm yalanını ifşa etmək kapitalizm müdafiəçilərinin işi deyil, onlar kommunizm həqiqətini daha geniş verirlər. Kommunizm ruhunun yalanını, mənəvi köləliyin yalanını yalnız o xristianlıq edə bilər ki, burjua kapitalist dünyasının marağı müdafiədə şübhə altına alınmasın. Məhz kapitalizm quruluşu hər şeydən əvvəl şəxsiyyəti tapdalayır və insan həyatını humanistsizləşdirir, insanı şeyə və əşyaya çevirir, ona görə də insanı inkarda və insan həyatını humanistsizləşdirmədə kommunsitləri ifşa etmək bu sistemin müdafiəçilərinə yaraşmır. Məhz sənaye – kapitalist mərhələsi insanın iqtisadiyyat və pulun hakimiyyətinə bağladı; Kommunistlərə belə bir İncil həqiqətini öyrətmək ki, “insan təkcə çörəklə yaşamayacaq“, - onun tərəfdarlarına uyğun gəlmir.

Çörək haqqında məsələ mənim üçün maddi, lakin mənim yaxın adamlarım bütün insanlar üçün ruhi, dini məsələdir. ”İnsan təkcə çörəklə yaşamayacaq“, çörək isə hamı üçün olmalıdır. Cəmiyyət elə təşkil olunmalıdır ki, çörək hamının olsun və məhz onda ruhi məsələ özünün bütün dərinliyi ilə insan qarşısında dayanar. Ruhi maraq və ruhi intiba uğrunda mübarizənin – çörək bəşəriyyətin xeyli hissəsi üçün çatmayacaq - fikri üzərində əsaslandırmağa yol vermək olmaz.

Bu, ədalətli olaraq ateist reaksiya doğuran və ruhi inkar edən həyasızlıqdır. Xristianlar insanların adi, gündəlik ehtiyacına, nəhəng insan kütləsinə dini ehtiramla yanaşmalı, bu ehtiyaclara mənəvi yüksəklik nöqteyi – nəzərindən baxmamalıdır. Kommunizm xristian üçün böyük öyüddür, onlara Xrist və Yevangeliya barədə xristianlıqda profetik ünsürlər haqqında əsas xəbərdarlıqdır .

Təsərrüfat həyatına münasibətdə iki bir-birinə zidd prinsip müəyyən etmək olar. Bir prinsip deyi : Təsərrüfat həyatında öz şəxsi marağını gözlə, elə bu, bütövün təsərrüfat həyatının inkişafına kömək edəcək, bu, cəmiyyət, millət, dövlət üçün əlverişli olacaq. Təsərrüfatın burjua ideologiyası bu cürdür. Başqa bir prinsip bildirir: təsərrüfat həyatında başqalarına, cəmiyyətə xidmət et və o vaxt həyat üçün lazım olan hər şeyi ala bilərsən.

İkinci prinsip kommunizmi təsdiq edir, onun doğruluğu da bundadır. Tamamilə aydındır ki, təsərrüfat həyatına ikinci tip münasibət xristianlığa birincidən daha çox müvafiqdir. Birinci prinsip, mülkiyyət barədə Roma anlayışı antixristiandırsa o qədər antixristiandır. Lakin iqtisadi insan müvəqqətidir. Çox ola bilər ki , əməyin yeni əsasları insan ləyaqətinə uyğun gəlsin.

Bir şey aydındır: bu problem yalnız cəmiyyətin yeni təşkili problemi ola bilməz, o, labüd sürətdə insanın yeni ruhi qurumunun problemi, yeni insan problemidir. Amma yeni insan mexaniki yolla hazırlana bilməz, o, cəmiyyətin məlum təşkilinin avtomatik nəticəsi ola bilməz. Yeni ruhi qurum insanın mənəvi yenidəntərbiyəsini nəzərdə tutur. Yenidəntərbiyə probleminə kommunizm daha çox diqqət yetirməyə məcburdur, lakin onda bunun üçün mənəvi güc yoxdur.

Təsərrüfat həyatını dövlət məmurlarının məcburi işi elan etməklə yeni insan və yeni cəmiyyət yaratmaq olmaz. Bu, təsərrüfatın sosialistləşdirilməsi yox, təsərrüfatın bürokratikləşdirilməsidir. Rusiyada olduğu fermada təzahür edən kommunizm, ifrat etatizmdir. Bu, öz pəncəsini hər şeyin üstünə qoyan Leviafan möcüzəsinin təzahürüdür.

Artıq mənim dediyim kimi, Sovet dövləti burada yeganə ardıcıl, sonacan başa catdırılmış totalitar dövlətdir. Bu, İvan Qroznının ideyalarının transformasiyasıdır, rus tarixində dövlətin köhnə hipertrofiyasının yeni formasıdır. Lakin təsərrüfat həyatını sosial xidmət kimi başa düşmək dövləti yeganə təsərrüfat subyekti kimi etiraf etmək deyildir. Şübhəsiz ki, daha iri sənayenin bir hissəsi dövlətə keçməlidir, lakin bununla yanaşı öz yaxın adamlarının istismarının ləğvi şəraitində cəmiyyətin təşkilatı tərəfindən təyin olunmuş adamların koorparasiyası, əmək sindikatı və ayrı – ayrı insanlar təsərrüfat subyekti olmalıdır.

Bu zaman dövlət insanın insan tərəfindən istismarına yol verməmək çağırışında elan olunan nəzarət və aralıq funksiyasına malik olur. Bu məsələlər üzərində ətraflı danışmaq mənin vəzifəmə daxil deyildir. Yalnız qeyd etmək vacibdir ki, etatizm cəmiyyətin yeni təşkilinin yeganə forması deyildir. İnsan ruhun azadlığına monist yox, plüralist sosial sistem daha müvafiqdir.

Monist sosial quruluş həmişə insan şəxsiyyətinin istismarına gətirib çıxardır. Marksist sistemin monizmi onun başlıca qüsurudur. Hər halda totalitar dövlətin monizmi xristianlıqla bir araya sığmazdır, o dövləti kilsəyə döndərir. Kommunizmdə və faşizmdə qeysər hökmranlığının mütləq iddiasına qarşı xristianın qəhrəmanlıq mübarizəsi hələ qabaqdadır. Bu mübarizədə xristianlıq Konstantin zamanında kilsənin əsasını təşkil edən qeysər hökmranlığı damğasından təmizlənib azad ola bilər.

Hazırladı: Türkan Almuradova

# 3561 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #