Turgenev xanımı Viardoya: “Heyvərə bir şey alınıb”

Turgenev xanımı Viardoya: “Heyvərə bir şey alınıb”
2 dekabr 2013
# 11:31

Kulis.Az “Məşhurların məktubları” layihəsində İvan Turgenevin xanımı Polina Viardoya yazdığı məktubu təqdim edir.

Paris , bazar günü axşam , 1849-cu ilin iyunu

Axşamınız xeyir ! Kurtavneldə halınız necədir ? Min nəfərlə mərc qoşaram: ağlınıza da gəlməz ki... Mən də yaman şeyəm ha , min nəfərlə mərc qoşuram, halbuki Siz elə bu not kağızını görən kimi söhbətin nədən getdiyini başa düşmüsünüz. Belə, xanım , and içərək, gördüyünüz şeyi – musiqini və sözləri özüm qoşmuşam.

Bunun mənə nə qədər zəhmət, alın təri, əqli əziyyət hesabına başa gəldiyini təsvir etməkdə acizəm. Motivi kifayət qədər tez tapdım, özünüz ki, bilirsiniz: ilham gəlmişdi !

Amma sonra fortepianoda lazım olan melodiyanı almaq daha sonra nota köçürmək lazım idi... Dörd, ya beş qaralama elədim. Buna baxmayaraq, indinin özündə də arxayın deyiləm, məncə heyvərə bir şey alınıb. Bunun tonu necə ola bilərdi ? Ağlıma gələn musiqi parçalarını toplamaq üçün xeyli zəhmət çəkdim; indi də başım ağrıyır. Nə çətin iş imiş !

Hər necə olsa da, bu, bəlkə sizi bir - iki dəqiqə gülməyə məcbur edə.

Yeri gəlmişkən, mən oxuyanda özümü hədsiz dərəcədə yaxşı hiss edirəm - sabah birinci dəfə səhnəyə çıxıram. Zəhmət olmazsa , bəxtəbəxt yazdığım notlar üçün olduğu kimi həmin vaxta qədər bir bas təşkil edin. Qardaşınız Manyel məni fortepiano arxasında görsəydi, məcbur olacaqdı ki, ayağı ilə əsəbi halda dairə cıza - cıza və əlləri ilə havada nəhəng dairələr göstərə - göstərə Kurtavnel körpüsündə qoşduğu şeirləri yada salsın .

Lənət şeytana! Yəni musiqi qoşmaq bu qədər çətindir? Meyerber çox böyük adamdır ...

Hazırladı: Türkan Almuradova

# 4173 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər