Bu şirkətin işçiləri bir ilə 2.5 ton şokolad yeyib

Bu şirkətin işçiləri bir ilə 2.5 ton şokolad yeyib
15 iyul 2014
# 07:30

Kulis.az Google haqda maraqlı faktları təqdim edir.

İlk “Google” “dudl”u “ofisdə deyilik” məqsədilə hazırlanıb

Xüsusi əhəmiyyətli günlərdə, yaxud ildönümlərində “Google”un fərqli yazılışı diqqətinizi çəkməmiş olmaz. Bu fərqliliyin adı “Doodle”dur, daha dəqiq desək “dudl”. Əvvəl “dudl”un məqsədi fərqli olub. 1998-ci ildə Peyc və Brin Nevadadakı “Burning Man” Festivalına gedəcəklərinə görə həftə sonu saytın ana səhifəsinə “Burning Man” “dudl”unu əlavə ediblər. Dudlun məqsədi bu olub: “Bu həftə sonu işləməyəcəyik, texniki problemlər bir az gec aradan qaldırılacaq”.

“Google” keçi kirayələyir

Təəccüblənməyin. Yaradıcılıqda sərhəd tanımayan “Google” “California Grazing” adlı şirkətdən keçi kirayələyib mərkəzi ofisin həyətindəki otların uzanmasının qarşısını alır.

“Google” ingilis dilinə yeni söz gətirib

Artıq ingilis dilində “Bunu “Google”da axtarım” əvəzinə “bunu “google”layım” işlənir və “to google” feli Oksford lüğətinə daxil olub. Qəribədir ki, şirkət bu dəyişiklikdən razı deyil: “Bu fel ancaq “Google”dan istifadə ediləndə işlənməlidir. Başqa axtarış sistemləri üçün işlənməsini istəmirik”.

İtlərin dostu – “Google”

“Google” işçilərinə itlərini şirkətə gətirmə icazəsi verib. Ancaq itlər aqressiv olmamalı, xalçaların üstündə ehtiyaclarını ödəməməlidirlər.

San Fransiskodakı “Google” işçiləri 2007-ci ildə 2,5 ton şokolad yeyiblər

Bing və Peycin işçiləri canlarının qədrini bilirlər və “Heç bir “Google” işçisi yemək üçün 30 metrdən uzağa getməməlidir” deyirlər. Şirkətdə pulsuz içkilər və soyuq qəlyanaltılarla yanaşı, isti yeməklər, barbekülər də verilir. Elə buna görə də işçilər günü-gündən kökəlirlər. “Google” hətta bu barədə də düşünüb və şirkətdə pulsuz “İdman zalı” yaradıb.

“Google” logosu 2001-ci ilə qədər mərkəzləşməmişdi

Sadə dizaynı ilə fərqlənən “Google”un əvvəlki dizaynı çox qarışıq idi. 31 mart 2001-ci ildə şirkət ana səhifəni ən sadə hala salıb.

“Google”un dinozavrı var

“Google”un mərkəzi ofisi maraqlı əşyalarla doludur. Məsələn, həyətdə T-Rex dinozavr skeleti var. “Stan” adı verilən skeletdən başqa çəhrayı flaminqolar, böyük leqo adam, rəngli telefon köşkləri və başqa əşyalar da ofisi bəzəyir.

Belə iş yerində kim darıxar?!

# 3245 dəfə oxunub

Oxşar xəbərlər

Sovet hökumətinin yanlış təqdim etdiyi Haqverdiyev

Sovet hökumətinin yanlış təqdim etdiyi Haqverdiyev

12:00 17 may 2025
Xəyanət, abort və qadın deyingənliyi - O necə narkoman oldu?

Xəyanət, abort və qadın deyingənliyi - O necə narkoman oldu?

09:00 15 may 2025
Vaqif məni fərarilikdə suçladı, döyə-döyə teatra bağladı - Afaq Məsud

Vaqif məni fərarilikdə suçladı, döyə-döyə teatra bağladı - Afaq Məsud

12:00 12 may 2025
Seçkilərlə maraqlanan neçə rejissorumuz var? – Zamin Hacı

Seçkilərlə maraqlanan neçə rejissorumuz var? – Zamin Hacı

09:50 12 may 2025
Bu gün 9 May - Qələbə Günüdür

Bu gün 9 May - Qələbə Günüdür

09:10 9 may 2025
Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti

Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti

18:30 5 may 2025
# # #