Ramazan ayında Sabirin dalbadal 7 qızı doğulmuşdu

Ramazan ayında Sabirin dalbadal 7 qızı doğulmuşdu
27 avqust 2019
# 09:01

Kulis.az Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabından (tərc: Mehriban Vəzir) Mirzə Ələkbər Sabirlə bağlı hissəni təqdim edir.

1910-cu ildə eşitdik ki, bizim istedadlı şair Sabir xəstədir. Mirzə Cəlil ona məktub yazaraq xahiş etdi ki, müalicə üçün bizə gəlsin. O, bizə gəldi və biz hamımız bir-birimizə aman vermədən onun qulluğunda durduq. Sabir çox xoş, mülayim bir insan idi, onun gözəl söhbətlərini dinləmək hamımıza xoş idi. O, sözünün çoxunu şerlə deyirdi. Son dərəcə hazırcavab idi. O vaxtlar bizdə yaşayan Əhməd Pepinov Sabirin dediklərinə böyük dəyər verərək, onun sözlərini, ən çox da söylədiyi şerləri dəftərçəsinə yazırdı. Yəqin bu qeydləri hələ saxlayır.

Image result for Sabir

Cəlil həkimləri dəvət elədi və biz konsilium etdik. Bu müayinə Sabirdə qaraciyər xəstəliyi aşkar etdi. Həkimlər cərrahiyə əməliyyatı məsləhət gördülər. Lakin Sabir əməliyyata qalmadı və geri döndü. Biz onu böyük təəssüf hissi ilə yola salırdıq. O, bizim evdə iki aya yaxın qaldı.

Image result for sabir mirzə cəlil

Sabir söhbətlərindən birində danışırdı ki, anası çox dindar bir qadın imiş və müqəddəs yerləri ziyarət etməyi çox sevərmiş, az qala hər il ziyarətə gedərmiş. Ona görə də oğlanları - Sabir və qardaşları - analarını razı salmaqdan ötrü hər il növbə ilə onu ya Kərbəlaya, ya Məşhədə apararmışlar. Bu minvalla bu xanım 7-8 dəfə müqəddəs yerlərdə ziyarətdə olubmuş. Bu səbəbdən də öz çevrəsində böyük ehtiram sahibi idi və Peyğəmbərin qızı Fatimeyi-Zəhra kimi müqəddəs sayılırdı.

Image result for şamaxı 20-ci əsr

Bir də Sabir danışırdı ki, onun dalbadal 7 qızı olmuş, bu qızların hamısı da Ramazan ayında dünyaya göz açmışdılar. Bu 7 qız anasını bərk təşvişə salmış, o da saysız-hesabsız nəzir-niyaz eləyib Allaha yalvarmışdı ki, bundan sonrası oğlan olsun. Nəhayət, 7 qızdan sonra, yenə Ramazan ayında bir oğlan dünyaya gəlmişdi. Sabir danışırdı ki, oğlan doğulduqda anasının və qadınlardan ibarət olan bütün ailə üzvlərinin sevinclərinin həddi-hüdudu yox imiş.

Image result for şamaxı 20-ci əsr

Sabir çayxor idi, çayı tünd və qaynar içərdi. Bir dəfə necə oldusa çayların arası bir az çəkdi. Buna o, bədahətən bir beyt söylədi:

Molla simavarından dərda həzar dərda,

Bir istikanı indi, bir istikanı fərda.

# 3393 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #