Xristianların müsəlmanları aldatdığı gün - 1 Aprel

Xristianların müsəlmanları aldatdığı gün - 1 Aprel
1 aprel 2018
# 14:00

1 apreli dünyanın bir çox ölkəsi gülüş və aldatma günü kimi qeyd edir. Heç bu günün tarixçəsi ilə maraqlanmısınızmı? Bu bayramın fərqli adları olduğu kimi yaranma günü ilə bağlı fərqli fərziyyələr də var.

Kulis.az ən məşhur fərziyyələri sizə təqdim edir.

Birinci versiya – “Hiylə günü”

XV əsrin sonlarında səlib ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşur. Aylarla davam edən mühasirədən bezən səlib ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısına gələrək, bir əlində “Quran”, digər əlində də “İncil” tutub: “Bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir. Müsəlmanlar qalanı nəhayət səlib ordusuna təslim edir. Səhəri gün – yəni 1 apreldə komandir müsəlmanların öldürülməsini əmr edir. Təəccüblənən əhali ona verdiyi sözü xatırladanda: “Mən o sözü dünən axşam üçün vermişdim, bu gün üçün yox”, - deyir. O gündən bəri 1 aprel xristian ölkələrində “Hiylə, aldatma günü”, bəzən də “Axmaqlar günü” kimi xatırlanır.

İkinci versiya – “Axmaqlar günü”

1 aprel bəzi ölkələrdə “Axmaqlar günü” kimi qeyd olunur. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada “Yeni il”in gəlişi ilə əlaqədar yaranıb. XVI əsrin ikinci yarısına qədər avropalılar üçün “Yeni il” həftəsi 25 martdan 1 aprelə qədərki müddət hesab edilirmiş. Həmin həftədə insanlar bir-biri ilə zarafatlaşır, hədiyyələr bağışlayır, qonaq gedərmişlər. Həftənin sonuncu günü – yəni 1 aprel isə yeni ilin ilk günü hesab edilirmiş. Lakin 1582–ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib və 1 aprel 1 yanvarla əvəz edilib. Təqvimin dəyişməsinə baxmayaraq əksər fransızlar “Yeni il”i yenə də 1 apreldə qeyd etməyə davam edib. Bayramı yanvarın ilk günü qeyd etməyə üstünlük verənlər apreldə bayram edənləri “1 aprel axmaqları” adlandırmağa başlayıblar.

Üçüncü versiya – “Zarafat günü”

Bir səhər Peterburq əhalisi yanğın həyəcanı siqnalının səsinə yuxudan oyanır. Ancaq az sonra məlum olur ki, yanğın siqnalı səhvən verilib. Həmin gün aprelin 1-i idi. Bu hadisədən sonra, Rusiyada aprelin ilk günü “Zarafat günü” kimi qeyd olunmağa başlayıb.

Dördüncü versiya – “Gülüş günü”

Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib, çünki 31 mart onlarda “Gülüş günü” kimi keçirilir. Bir qrup tarixçi “Gülüş günü”nü Avropa karnavallarında nümayiş etdirilən küçə tamaşaları (balaqan) ilə əlaqələndirir. Bu bayramın geniş səviyyədə yayılması XVIII əsrdə baş verib. Hazırda dünya əhalisinin 70%-i 1 apreli məhz “Gülüş günü” kimi qeyd edir və dost-tanışla zarafatlaşır.

# 7830 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #