Qadınlar xəyallarında kişilərdən çox aldadırlar

Qadınlar xəyallarında kişilərdən çox aldadırlar
30 noyabr 2012
# 08:15

Ətrafa “seks yayan” qadınlar

Qoxular insanın seksual istəklərinə təsir göstərir. Süd verən qadınların ətrafa yaydığı qoxu yaxınlıqdakı qadınların libidosunu 50 faiz artırır. Feromon hormonları qadınlara “artıq sənin də hamilə qalmaq zamanın gəldi” mesajını verir

Qadınlar beyinlərində aldadır

Araşdırmalara görə qadınlar xəyali olaraq kişiləri daha çox aldadırlar. Qadınların 80 faizi tanıdıqları bir kişi ilə beyinlərində fantaziyalar qururlar. Kişilərin 75 faizi isə ancaq pornoqrafik görüntüləri fikirləşirlər.

Yaşlanmaqdan qorxmayın

Yaşlanmaq cinsi həyatın tükənməsi demək deyil, orqazma çatmaq imkanlarının zirvəyə qalxması deməkdir. Araşdırmalara görə 36-45 yaş aralığındakı qadınların 63 faizi hər dəfə sekslə məşğul olarkən orqazma çatırlar. Gənc qadınlar arasında isə bu göstərici 28 faizdir. 65-74 yaş aralığındakı qadınların 53 faizində müntəzəm seks həyatı hələ də davam edir.

Qadınlar da porno sevirmiş

Sən demə qadınlar da seksual həyatlarına rəng qatmaq üçün kişilər kimi porno izləməyi sevirmişlər. Üstəgəl onların çoxu porno izləyə-izləyə sevişəcək qədər cəsarətlidirlər.

Evli kişi qadın ovuna daha az çıxır

Elmi araşdırmalara görə kişilər evləndikdən sonra “şorgözlük”ləri azalır. Çünki testosteron səviyyəsi evli kişilərdə, subaylara nisbətən aşağı olur. Mütəxəssislər bunu evli kişilərin qadını üçün digər kişilərlə rəqabətə girmək məcburiyyətində olmamaları ilə əsaslandırırlar.

3 aylıq fasilə

Cinsi həyatda üç aylıq fasilənin olması normaldır. Hətta cütlüklərin 24 faizi həyatlarının bir dönəmində 3 ay müddətində cinsi əlaqəyə girmirlər. Seks gündəlik həyatın bir hissəsi olmaqdan çıxır. Bu vəziyyətdə kişi və qadın biri-birinə xoş münasibət əskik etməməlidir.

Öpüşün, xilas olun

Hər gün sekslə məşğul olanlarla müqayisədə hər gün öpüşən cütlüklərin boşanma riski daha aşağıdır. Seks deyil, öpüşmək münasibətləri xilas edir. Öpüşmək sevginin göstəricisi sayılır. Seks isə bir növ fiziki ehtiyacdır.

Meyvələr kömək edir

Tropik meyvələr seksual istəkləri artırır. Hind qozu testosteronu artırır, ananas cinsi refleks oyadır, zəncəfil isə cinsi orqanlarda qan dövranını sürətləndirərək viaqra effekti verir.

# 10777 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #