Niyə restoranlarda asta qulluq edirlər?

Niyə restoranlarda asta qulluq edirlər?
23 iyul 2014
# 07:30

Populyar Nyu-York restoranlarından biri tez-tez müştərilərdən xidmətin asta olması ilə bağlı şikayətlər alırmış. Restoran rəhbərləri 10 il əvvəlki video çəkilişləri araşdırandan sonra şikayətlərin səbəbini anlayıblar. Və araşdırmaların nəticələrini də yayımlayıblar. Məlum olub ki, məsələ ofisiantların astagəlliyində deyilmiş.

Kulis.Az həmin araşdırmanın nəticələrini təqdim edir:

2004-cü ildə belə olub:

Müştərilər restorana daxil olurlar. 45 nəfərdən 3-ü onları başqa stola keçirməyi xahiş edir. Təxminən 8 dəqiqə yemək seçməyə sərf edirlər. 6 dəqiqəyə məzələr verilir. Yemək seçimindən asılı olaraq hazırlanma vaxtı fərqlənir. 45 müştəridən 2-si yeməyi geri göndərir. Ofisiantlar masalara nəzarət edir və mümkün qədər tez müştərilərin sifarişlərini yerinə yetirirlər. Yeməklər verilir, yeyilir və hesab istənir. Hesabı ödəmək və restorandan çıxmaq təxminən 5 dəqiqə vaxt alır.

Ümumilikdə hər müştəri restoranda ortalama 1 saat 5 dəqiqə vaxt keçirir.

2014-cü ildə isə belədir:

Müştərilər restorana daxil olurlar. Oturandan sonra menyuya baxırlar. 45 nəfərdən 18-i ofisiantdan onları başqa stola keçirtməyi xahiş edir. Menyunu açmamış telefonlarına baxırlar. Kimisə nəsə çəkir, kimisə də sadəcə telefonda nəsə edir. 45 müştəridən 7-si “Wi-Fi”ya qoşulmaqla bağlı problem yarandığı üçün ofisiantı çağırır. Bu problemlərin həlli təxminən 5 dəqiqə çəkir. Sonra ofisiantlar stola yaxınlaşıb sifarişi soruşurlar. Müştərilərin əksəriyyəti hələ menyuya baxmadıqlarını deyirlər. Daha sonra menyunu açırlar, ancaq yenə əlləri telefona gedir. Ofisiant qayıdır, müştərilər yenə gözləməyi xahiş edirlər. Nəhayət bir müddətdən sonra sifarişlərini verirlər. 6 dəqiqəyə məzələr verilir. Yeməyin növündən asılı olaraq hazırlanma vaxtı fərqlənir.

45 müştəridən 26-sı yeməyin şəklini çəkib paylaşmağa başlayır, bu təxminən 3 dəqiqə vaxt alır. Müştərilərdən 14-ü yemək yeyən zaman bir-birini çəkir. Sonra necə düşdüklərinə baxırlar, bəzən yenidən çəkirlər, bu da 4 dəqiqəyə qədər uzanır. Müştərilərdən 9-u ofisiantdan yeməklərini qızdırmağı xahiş edirlər.

Aydındır ki, vaxtında yeməklərini yesəydilər, o da soyumazdı.

Müştərilərdən 27-si ofisiantdan onları qrup halında çəkməyi, 14-ü isə şəkli yenidən çəkməyi xahiş edir. Bu proses təxminən 5 dəqiqə vaxt aparır. Yeməyi yeyəndən təxminən 20 dəqiqə sonra hesabı istəyirlər. Hesabı ödəyib restoranı tərk etmək isə 15 dəqiqə vaxt alır, halbuki 10 il əvvəl bu rəqəm 5 dəqiqə idi.

45 müştəridən 8-i restorandan çıxanda (yaxud daxil olanda) digər müştərilər və ofisiantlarla toqquşurlar. Çünki başlarını əyib telefonda yazı yazırlar. Və nəhayət məlum olur ki, ümumilikdə hər müştəri restoranda ortalama 1 saat 55 dəqiqə vaxt keçirir.

Restoran rəhbərliyinin müştərilərə müraciəti isə belədir: “Restoranımıza gələn hər kəsə təşəkkür edirik. Amma olmazmı ki, bir azca diqqətli davranasız?”

# 5042 dəfə oxunub

Oxşar xəbərlər

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

15:00 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər