Rokun lənəti, yoxsa bədbəxt hadisə

Rokun lənəti, yoxsa bədbəxt hadisə
23 noyabr 2015
# 12:19

Rokun lənəti, yoxsa bədbəxt hadisə

Noyabrın 13-də Parisdə “Eagles of Death” metal qrupunun konserti zamanı terror-aktı törədildi. Konsertdə iştirak edən 87 nəfər həyatını itirdi. Amma bu rok konsertlərində baş verən ilk belə faciəvi hadisə deyildi. Rok konsertləri hər zaman izdihamlı keçir. Buna görə də bəzən kiçik bir səhv nəticəsində böyük faciələr yaşanır, insanlar həyatını itirir.

Kulis rok konsertlərində yaşanmış faciələrin siyahısını təqdim edir.

Bu ilin oktyabr ayında Buxarestdə keçirilən “Goodbye to Gravity” heavy metal qrupunun konserti zamanı yanğın baş verib. Qrupun 5 üzvü də daxil olmaqla 51 nəfər dünyasını dəyişib. Bu bədbəxt hadisədə qrup üzvlərindən təkcə Andrey Qalyub sağ qala bilib.

20 yanvar 2003-cü ildə ABŞ-da Great White rok qrupunun konserti zamanı 100 nəfər həlak olub, 220 nəfər isə yaralanıb. Səbəb isə, pirotexnika avadanlıqlarında olan nasazlıq idi.

1 dekabr 2004-cü ildə ABŞ-in Ohio ştatında sevdiyi gitarist Dimebag Darrellin Panteradan ayrılıb Damageplan qrupu ilə səhnəyə çıxmasını qəbul edə bilməyən pərəstişkar Nathan Gale, ona 3 dəfə atəş açır.

1992-ci ildə Kanada stadionlarından birində “Metallica və Guns n roses” rok qruplarının konserti keçiriləcəkdi. Səhnəyə ilk Metallica çıxdı. Qrupun solisti Ceyms Hetfild çıxışını yekunlaşdıranda yanğın başladı. O müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi. Daha sonra səhnəyə Guns n Roses gəldi. Amma onların səs avadanlıqları normal çalışmırdı. 1-2 mahnıdan sonra qrup ifaçısı Axl Rose çıxışına yekun vurdu. Bu isə dinləyicilərin qəzəbinə səbəb oldu. Onlar stadionu dağıtmağa başladılar. Bununla ürəyi soyumayan kütlə şəhərə dağılaraq, qarşılarına çıxan hər şeyə və hər kəsə hücum etdilər.

11 avqust 2011-də Belçikanın ev sahibi olduğu “Pukkelpop” festivalı qasırğa sayəsində müharibə meydanına çevrilib. Nəhəng projektorlar və ağaclar dinləyicilərin üzərinə aşıb. Nəticədə, 5 nəfər dünyasını dəyişib, 140 nəfər xəsarət alıb.

Bu il isə festivalı qaz partlayışı məhv etdi.

Sevilən ingilis qrupu rok qrupu “The Who” 1979-cu ildə Amerikada kiçik zalda konsert verəcəkdi. 8 min səbirsiz pərəstişkar məkana daha tez daxil olmaq istəyirdi. Onlar arasında yaranan izdiham nəticəsində 11 nəfər öldü. Bu hadisədən sonra qrup üzvü Roger Daltrey konsert proqramını ləğv etməyi düşünürdü. Amma Pete Townstand “İndi səhnəyə çıxmasaq, bir daha çıxa bilmərik” deyərək, onu fikrindən daşındırdı.

Pearl Jam qrupunun 2000-ci ildə Roskilde Festivalındakı çıxışı zamanı da izdiham insan itkisinə səbəb oldu. Səhnəyə tərəf qaçan 9 pərəstişkarın ölümündən sonra Pearl Jam “Love Boat Captain” mahnısında “9 dost” deyərək onları anır.

Hazırladı:Dəniz Kərimzadə, Esmira Əliyeva

# 1240 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #