Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı
4 avqust 2026
# 14:50

Əfqanıstanın Bəğlan vilayətində təxminən iki min il yaşı olan qədim sikkə aşkar edilib.

Kulis.az xəbər verir ki, bu barədə "Avapress" agentliyi məlumat yayıb.

Tapıntı Burka rayonunda mal-qara otaran bir oğlan uşağı tərəfindən edilib. Sikkə qorunub saxlanması üçün vilayətin İnformasiya və Mədəniyyət İdarəsinin muzeyinə təhvil verilib.

Bəğlanın İnformasiya və Mədəniyyət İdarəsinin rəisi Əsədullah Mustafa Haşimi artefaktın ilkin öyrənilməsinin yekunlarına əsasən bildirib ki, uşaq tərəfindən tapılan sikkənin Yunan-Baktriya padşahlığı dövrünə aid olduğu ehtimal edilir. O əlavə edib ki, tapıntının dəqiq tarixini, xüsusiyyətlərini və orijinallığını müəyyənləşdirmək üçün Kabildən olan mütəxəssislər əlavə tədqiqatlar aparacaqlar.

Haşimi vilayət sakinlərini ölkənin mədəni irsinin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə tapdıqları tarixi əşyaları İnformasiya və Mədəniyyət İdarəsinə təhvil verməyə çağırıb.

Qeyd edək ki, Bəğlan vilayəti Əfqanıstanın qədim abidələr və artefaktlar baxımından ən zəngin bölgələrindən biri hesab olunur.

Yunan-Baktriya padşahlığı haqqında

Yunan-Baktriya padşahlığı — e.ə. 250-ci ildən e.ə. 125-ci ilə qədər mövcud olmuş, Mərkəzi Asiyanın şərqində, əsasən indiki Əfqanıstan, Özbəkistan, Tacikistan və qismən Türkmənistan, eləcə də İran və Pakistan ərazilərini əhatə edən ellinist (yunan) dövləti idi. Padşahlıq Makedoniyalı İsgəndərin yürüşlərindən sonra yaranmış Selevkilər imperiyasının parçalanması nəticəsində meydana gəlib. Bu dövlət Yunan və Şərq (Baktriya, Hindistan) mədəniyyətlərinin misilsiz sintezi ilə seçilirdi. Onların zərb etdiyi sikkələr antik dünyanın ən yüksək sənətkarlıq nümunələrindən biri hesab olunur və öz dövrünün tarixi hadisələri, həmçinin hökmdarları barədə mühüm məlumatlar verir.

# 596 dəfə oxunub

Oxşar xəbərlər

Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

13:10 31 avqust 2026
Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

15:00 27 avqust 2026
Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər