Kişi paltarında eşq yaşayan, ayin zamanı uşaq doğan baş yepiskop - Tarixin yeganə qadın Papası niyə gizlədilir?

Kişi paltarında eşq yaşayan, ayin zamanı uşaq doğan baş yepiskop - Tarixin yeganə qadın Papası niyə gizlədilir?
9 iyun 2020
# 12:03

Tarixdə qadın Papanın olduğunu bilirdinizmi? Kulis.az Katoliklərin ruhani liderləri olan Papaların Vatikan tərəfindən elan edilməzdən əvvəl kişilik testindən keçmələri və bu ənənənin başlamasına səbəb olan Papa VIII Coan haqqında tarixi faktı təqdim edir.

Vatikan qadın Papanın mövcudluğunu inkar etməyə çalışsa da, əldə olunan sübutlar və bir sıra tarixi qeydlər belə bir hadisənin baş verdiyini təsdiq edir.

Əvvəlcə ruhani liderlərin yeni seçilən Papaları kişilik yoxlamasından keçirmə ənənəsindən başlayaq.
Yeni Papa kardinallar tərəfindən xalqa elan edilməzdən əvvəl ortası deşik bir stulda otuzdurulur və xüsusilə bir qədər yaşlı olan kardinallar əlləri ilə yeni papanın cinsi orqanını yoxlayırlar. Günümüzdə texnologiya inkişaf etmiş olsa da, əsrlərdir var olan bu ənənə hələ də davam etməkdədir. Papanın kişi olduğundan əmin olmaq üçün həyata keçirilən bu ənənə əlbəttə ki, Vatikan tərəfindən açıq elan edilməyib. Vatikan qadın Papa hadisəsini ört-basdır etməsi kimi bu ənənəni də gizli saxlayırdı.

Orta əsrlərdə yaşamış italiyalı yazıçı və tarixçi Covanni Bokkacconun 1361-ci ildə yazmağa başladığı “Mulieribus Klaris” əsərində dünyanın o zamana qədər yaşamış olan ən məşhur 100 qadını siyahısında tarixin ilk və yeganə qadın Papası haqqında da geniş məlumat verilib.

IX əsrin ortalarında yaşanan bu hadisənin qəhrəmanı olan Coan dindar bir ailəyə övladlığa verilmişdi. Yetkinlik çağına çatan Coan bir rahiblə eşq yaşayır. Rahib qız ilə rahat səfər edə bilməyəcəyini bildiyi üçün onu kişi kimi geyindirir və cütlük bu yol ilə Avropanın müxtəlif ölkələrində monastırları gəzdikdən sonra Afinada yaşamağa başlayırlar. Təbii ki, bu müddət ərzində Coan rahibdən dini dərslər alıb, din mövzusunda mükəmməl biliyə sahib olur. Amma onların xoşbəxtliyi uzun sürmür. Sevgilisinin ölümündə sonra Coan artıq Afinada yaşaya bilmir. Romaya köçən Coan burada kilsə tərəfindən qəbul edilir və dini savadına görə Kilsədə qısa zaman ərzində yüksəlməyə başlayır. 847-ci ildə isə kardinallar səs birliyi ilə onu yeni Papa elan edir.

Gallery

Coan iki ildən çox vəzifəsini icra etdiyi müddətdə heç kim onun qadın olduğunu anlamır. Amma qadın Papa kilsədə bir rahiblə cinsi münasibətdə olmaqla həyatının ən böyük səhvini edir. Bu münasibətdən hamilə qaldığını öyrənəndə Coan uşağı dünyaya gətirməkdə israrlı olur. Doqquz ay boyunca hamiləliyini gizləməyi bacaran qadın Papanın bir ayin zamanı sancıları tutur və hamının gözü önündə körpəsini dünyaya gətirir. Bu hekayəni 11-ci əsrdə qələmə alan Əziz Martin adlı bir rahib qadın Papanın və yeni dünyaya gələn körpəsinin xalq tərəfindən daşa basılaraq öldürüldüyünü yazırdı.

XII əsr tarixçisi Polonius körpənin ölü doğulduğunu, sadəcə qadının linç edilərək öldürüldüyünü yazır.

XIII əsr xronikalarında isə qadın Papanın at quyruğuna bağlanaraq daşlandığını və öldüyü yerdə dəfn olunduğunu, bu zaman insanların “Ataların atası! Papanın uşaq doğmasını lənətlə!”, deyə qışqırdıqları yazılır.

Gallery

XVI əsrə qədər Siena katedralında bütün Papalar arasında Coanın da büstü olub. Ancaq bu tarixdə Papa tərəfindən verilən əmrlə büst götürülüb.
Orta əsrlərdə və ondan sonrakı bir çox qaynaqlarda adına rast gəlinən və yenə bir çox rəssam tərəfindən rəsmi çəkilən qadın Papanın varlığı bəzi çevrələr tərəfindən rədd edilsə də Vatikan rəsmi qeydlərində Papaların sıralamasında Coan adlı Papanın varlığına rast gəlinir.

# 23641 dəfə oxunub

Oxşar xəbərlər

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər