Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar

Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
17 oktyabr 2020
# 16:30

Bu gün mərhum yazıçı Çingiz Ələkbərzadənin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakıda yazıçı Əbülhəsənin ailəsində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. İlk dəfə "Kökəlməyin sirri" hekayəsi ilə mətbuatda çıxış edib. Müğənni Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasıdır.

Gallery

Musiqini, mahnı ifa etməyi çox sevirmiş, gözəl səsi olub. Ailəsində qurduğu məclislərin hamısında şeir və musiqilər ifa etməyi xoşlayıb. “Leyli və Məcnun” poemasını əzbər söyləyərmiş. Musa Yaqubun “Bəlkə də borcundan çıxmadım,Vətən” şeirini çox sevib.

Gallery

Ailədə iki qardaş olublar. Qardaşı otuz yaşında rəhmətə gedib. Özü isə 49 yaşında şərlənərək həbs olunub. Yazıçının qızı Sevda Ələkbərzadə müsahibələrinin birində belə deyir: “Nə qədər ki, babam sağ idi, atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi. Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirik”.

Gallery

Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o iki ildən sonra azadlığa çıxır. Gözlədiyi bəraəti alır. Lakin, o, həbsdən sonra tamamilə dəyişir, əsəbi, qapalı insana çevrilir. Stressdən, əsəbdən səhhətində problem yaranır parkinson xəstəliyinə tutulur.

***

Məhkəmə zamanı onun üzünə durmaq üçün on altı yalançı şahid tuturlar. Ən yaxın dostlarından biri, uzun illər onun operatoru kimi işləmiş, ailə üzvlərindən birinə çevrilmiş insan da həmin şahidlərin içərisində olur və yazıçının əleyhinə ifadələr verir. Çingiz Ələkbərzadə həbsdən çıxandan sonra isə həmin adam onlara gələrək yazıçının qarşısında diz çöküb bağışlanmasını istəyərək deyir: “Məni bağışla, başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim?”... Bu sözlərdən sonra Çingiz Ələkbərzadə keçmiş dostunu bağışlayır.

Gallery

Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.

Gallery

Rus oliqarxlarından biri roman əsasında film çəkilməsini arzulayır. Və Çingiz Ələkbərzadəyə zəng vuraraq böyük məbləğ təklif edir. Ailənin pula böyük ehtiyacı olsa da, yazıçı biləndə ki, filmdə ancaq rus aktyorlar iştirak edəcək, təklifi rədd edərək deyir: “Bu, azərbaycanlıların həyatıdır, filmdə də azərbaycanlı aktyorlar iştirak etməlidirlər”.

Gallery

Qızı Sevdanın müğənni olmasını istəməyib. Buna görə ailə daxilində xeyli mübahisələr yaşanıb. Lakin, o, nəhayət qızının müğənni olmasına razılıq verib. Xasiyyətcə kövrək olan Çingiz bir dəfə hamıdan xəbərsiz qızının ifasında "Laçın" mahnısını dinləyib ağlayır. Qızı Sevda atasının ağlamağını görsə də, bu barədə ona heç vaxt heç nə deməyib.

Gallery

Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam yoxdur”.

Gallery

Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalır. O kitabdan yalnız bir neçə səhifə yaza bilir.

Ömrünün son günlərində yaddaşını itirir. Ölənə yaxın isə gözlərini açır, övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".

# 24545 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

21:00 18 sentyabr 2024
O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

17:00 18 sentyabr 2024
"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

12:00 24 avqust 2024
Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

09:30 20 avqust 2024
Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

12:00 13 avqust 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

15:00 9 avqust 2024
#
#
# # #