Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi, “Makedon” roluna çəkilməkdən imtina etdi – Ağamirzəni qətldə günahlandıran “Bakılı balası”

Adam bıçaqladı, polislər iki il onu tuta bilmədi, “Makedon” roluna çəkilməkdən imtina etdi – Ağamirzəni qətldə günahlandıran “Bakılı balası”
15 mart 2021
# 12:13

Kulis.az meyxanaçı Molla Məhəmməd haqqında maraqlı faktları təqdim edir.


Əsl adı Məhəmmədqulu olan Molla Məhəmməd 1950-ci ildə Bakının Maştağa kəndində anadan olub. Uşaqlığı “Sovetski”də və Maştağa kəndində keçən gənc Məhəmməd hələ yeniyetməlik illərindən yaddaşı, hazırcavablığı ilə seçilir. Bu səbəbdən də ustadı Hacı Kazım ona Molla ləqəbini verir. Deyilənlərə görə, Hacı Kazım yarızarafat ona tez-tez “mollalıq eləmə” deyirmiş. Elə bu söz də tədricən onun ləqəbinə çevrilir.

***

14-15 yaşlarında Molla Məhəmməd artıq özündən çox böyük söz sərrafları ilə meyxana deyər, hətta onları bir çox meyxana məclislərində ötüb keçərmiş.

***

Molla Məhəmməd aktrisa Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovla uşaqlıq dostu olub. Bu dostluq nəticəsində meyxanaçı “Bizim Cəbiş müəllim” filminə dəvət alır. Onun filmə dəvət alması isə Nəsibə xanım tərəfindən baş tutub.

Məhəmməd "Çağırsa ellər gedərəm davaya" meyxanasının sözlərini yazır. Və dost-tanış yanında tez-tez bu meyxananı deyir. Cahangir Novruzov həmin meyxananı Nəsibə Zeynalovaya göstərir və o, da öz növbəsində filmin rejissoru Həsən Seyidbəyliylə məsləhətləşir. Qərara alınır ki, meyxana filmə salınsın. Səsyazma olur, ancaq bundan sonra Molla Məhəmməd filmə çəkilməkdən imtina edir.

***

Oğlu Xəqaninin sözlərinə görə, atası həmin dövrdə dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. Yəni, “sən də artist oldun” sözlərini eşitmək istəmir. Və bu istək onun filmə çəkilməsindən imtinaya səbəb olur. Ancaq rejissor Molla Məhəmmədin səsini filmə salır.

***

Məşhur meyxanaçıların sözlərinə görə Molla Məhəmmədin onlarla məşhur meyxanaları, mahnı mətnləri olsa da, çoxları bundan xəbərsizdir. "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam", "Bakılı balasıyam", “Neyçün yaratdın məni pərvərdigara?!” meyxanaları da məhz Molla Məhəmmədə məxsusdur .

***

Molla Məhəmməd uzun müddət həbs yatıb. Buna səbəb isə onun 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxsi bıçaqlaması olur. Məclislərin birində qəfildən ona bir adam yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vurur. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: “Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin”.

***

Məclis sahibi maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. İki ilə yaxın meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir. 1984-cü ildə isə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu yaxalayırlar. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Oğlunun sözlərinə görə atasının vurduğu şəxs şikayətçi olmasaydı, atası daha az cəza ala bilərdi.

***
Molla Məhəmməd yeddi il azadlıqdan məhrum olunur. Beş il həbsdə qalandan sonra meyxanaçı azadlığa buraxılır.

Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə demək olar ki, maraqlanmır. Bundan sonra meyxanaçı həmkarlarından incik düşür, iti təbi, şirin avazı və fenomenal yaddaşıyla fərqlənən sənətkarın əsəbləri korlanır. Ancaq həmkarı və tərəf müqabili olmuş Ağamirzə deyilənləri təkzib edir:

“Mən onda bir şey görməmişdim. Həbsdən çıxandan sonra da əvvəlki kimiydi. Şirin, balaca adam idi. Ağasəlimlə dəhşət bir meyxana deyiblər. Allah hər ikisinə rəhmət eləsin. Bugünkü meyxanaçılardan Maştağalı Balaəlinin meyxanası, həm də zahiri görünüşü ona oxşayır. Onun səsində rəhmətlik Elçin də var idi”.

***

Mərhum meyxanaçı Elçin Molla Məhəmməddən təxminən iyirmi yaş balaca olsa da, yaxın dost olublar. Hətta Elçin onu özünə ustad hesab edib. Məşədi Babanın Elçinə vurduğu bıçaq zərbələrindən sonra Elçinin həyatını itirməsi Mollaya çox pis təsir edir. Hətta baş verən hadisəyə meyxana da ithaf edir.

***

Meyxanaçı Elçin Atakişiyevləyə dostu Məşədibaba mübahisə edərkən Məşədibabanın ona vurduğu bışaq zədəsindən sonra həyatını itirib. Deyilənlərə görə Elçinin ölümünə səbəb həm də dostları tərəfindən həkimə gec çatdırılması olub. Bu məsələdə meyxanaçı Ağamirzənin nə qədər rolu olduğu dəqiq bilinməsə də, Maştağa toyların birində Molla Məhəmməd “şairi kənddə kənarda saxlayırsan” qafiyəsi ilə dediyi meyxanada qəfil üzünü Ağamirzəyə
tutaraq “Elçini sən məzarda saxlayırsan” sözlərini deyir.

***

Molla Məhəmməd təmtəraqdan, dəbdəbədən tamamilə uzaq biriymiş. Hətta oğlunun dediyinə görə yetərincə pul qazanan atasının heç vaxt şəxsi avtomobili də olmayıb:
“Deyirdi ki, kəndin bütün maşınları mənim maşınımdır. Kimə hara desəm aparır. Amma təsbeh həvəskarı idi. Evdə bəzi təsbehləri qalır. Və bir də xeyli əlyazmaları var. Əgər çap olunsa 2-3 kitab edər”.

***

Molla təkcə meyxanaçılarla deyil, dövrünün məşhur xanəndələriylə də dostluq edirmiş. Ən yaxın dostu isə mərhum Səxavət Məmmədov imiş.

***

Ömrünün son günlərini yataq xəstəsi kimi keçirən Molla Məhəmməd 2010-cu il fevralın 23-də vəfat edir.

# 12029 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #