136 yaşında ata oldu, öləndə nəvəsinin 100 yaşı vardı... – Dünyanı heyrətə gətirən azərbaycanlı

136 yaşında ata oldu, öləndə nəvəsinin 100 yaşı vardı... – Dünyanı heyrətə gətirən azərbaycanlı
2 sentyabr 2021
# 21:00

Bu gün dünyanın ən uzunömürlü adamı Şirəli babanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Şirəli Fərzəli oğlu Müslümov 1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində doğulub. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub.

***

Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti imiş. Sonucu arvadı isə Xatun Nuriyeva olub. Və deyilənə görə, Şirəli Müslimov 136 yaşında olanda Xatun xanımın ondan bir qız uşağı da dünyaya gətiribmiş.

Gallery

1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

***

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurub. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" kitabında Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini qeyd edib.

Gallery

Bəziləri iddia edir ki, guya, Şirəli babanın 168 il yaşamağı haqda deyilənlər sovet dövrünün ucuz təbliğat formalarından biri olub. Guya Şirəli Müslümov kimi uzunömürlüləri turistlərin qabağına çıxarıblar ki, qoy əcnəbilər görsünlər ki, sovet insanları sadə əmək hesabına necə çox yaşaya biliblər. Ancaq Lerik uzun ömürlülər diyarı olduğundan onun 168 yaşında vəfat etməsinə inananlar daha çoxdur.

***

Şirəli Müslimovun qida rasionu barədə yazılanlar da birmənalı deyil. Deyilənə görə, o, pendir, meyvə, tərəvəz və balla qidalanırmış. Ancaq bulaq suyu içirmiş. Tez-tez Bakıya müxtəlif tədbirlərə, çəkilişlərə çağırılan Şirəli babaya xüsusi diyetoloqlar tutulurmuş. Bir dəfə Bakıya 10 günlük səfərində Müslümov diyetik yeməklərdən bezir və nümayişkaranə şəkildə “Mənə ət verin, ət” deyə az qala üsyan edir.

Gallery

Heç kimdən kömək istəmədən, gözləmədən bütün işlərini, o cümlədən ağır işlərini özü görüb. O, saxladığı sürü ilə müntəzəm olaraq hər gün 15-20 km yol qət edir, xəstə vaxtında belə bir iş tapıb məşğul olmalısan deyirmiş. Tənbəllik ölümü tezləşdirir.


Ölümünə qədər özü əkib becərər, fiziki aktivliyini daim saxlayar, çox yeməz, daha çox dağda, yaylaqda çoban yeməkləri ilə qidalanarmış.

Gallery

Bulaq suyundan başqa suyu içə bilməyib, Eləcə də o heç vaxt satışda olan çaylardan içməyib. Yığdığı dağ, çəmən, çöl bitkilərindən çaya uyğun olanlarını dəmləyib. Nadir hallarda qənd yeyib.

***

Lerikdən başqa heç yerdə yaşamayıb, iqlimini dəyişməyib və müəyyən dövrlərdə paytaxta, rayon mərkəzinə köçmək təkliflərindən imtina edib.

Gallery

Siqaret çəkmirdi, içki içmirdi, nadir halda bayramlarda kənddə özlərinin düzəltdiyi üzüm çaxırından içib. “İşi çox olan, böyük ailə saxlayan adamın içməyə vaxtı olmaz” deyib. Bircə dəfə dilinə siqaret vurubmuş, onda da özünü pis hiss edib, həkim köməyinə ehtiyac duyub.


***

1973-cü ilin yanvarında o, sonuncu dəfə tibbi yoxlamadan keçəndə müəyyən olunub ki, 161 sm boyu olan Müslümovun çəkisi 56 kq-dır, dəqiqədə 16 dəfə nəfəs alıb-verir. Ürəyinin bir dəqiqədə döyüntüsü 76 dəfədir. Təzyiqi isə yüzün altmışa olub.

Gallery

Şirəli Müslümov ömrünün son illərini yataqda keçirib. Oxuyub – yazmağı isə, ümumiyyətlə bacarmırmış. Şirəli baba ilk dəfə ölümündən bir il əvvəl xəstələnib. Və 1973-cü ildə vəfat edib. O, dünyasını dəyişəndə isə nəvəsinin artıq 100 yaşı varmış.

# 24756 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
#
#
# # #