Tanınmış aktyor: “Arvadıma deyə bilmərəm ki, başqası ilə öpüşmə” MÜSAHİBƏ

Tanınmış aktyor: “Arvadıma deyə bilmərəm ki, başqası ilə öpüşmə” <span style="color:red;">MÜSAHİBƏ
18 avqust 2014
# 13:13

Halit Ergençi Azərbaycan tamaşaçısı daha çox “Möhtəşəm yüz il” serialından tanıyır. Bu yaxınlarda bitən serial bütün dünyada böyük səs-küyə səbəb olmuş və reytinq qazanmışdı.

Kulis.az Halit Ergençin yeni müsahibəsindən maraqlı olan parçaları təqdim edir.

- “Möhtəşəm yüz il” serialı bitdi. İndi hamıya maraqlıdır ki, nə iş görəcəksən?

- İnanırsan, heç mən özüm də bilmirəm. Bir onu bilirəm ki, xeyli yüngülləşmiş və rahatlanmışam. Saqqaldan da canım qurtardı. (gülür)

- Bir il heç bir serialda oynamaq istəmədiyini demisən. Yəni yorulmusan və dincəlmək istəyirsən?

- Elədir.

Karım tabii ki öpüşecek

- Bəlkə həyat yoldaşına və oğluna vaxt ayırmaq istəyirsən?

- Bu da var. “Möhtəşəm yüz il” mənim ən uzunmüddətli işim oldu. Belə bir şey hər bir aktyora qismət olmur. Realda yaşamış bir insanın 42 ilini canlandırdım. Sultan Süleyman barəsində rəsmən doktorluq müdafiə etdim.

- Yeni mövsümdə hər bölümə görə 150 min lirədən (təxminən 70 min dollar – tərc.) imtina etdiyin barədə söz-söhbətlər düzdü?

- Əlbəttə ki, yox. Belə məbləğlər yoxdur. Bunlar şəhər əfsanələridir. Təzə açılan kanallarda bu işə girişən biznesmenlər bəzi ulduzlara astronomik rəqəmlər verib, amma uğursuzluğa uğrayıblar. Aktyor təbii ki, yaxşı qonorar almalıdır. Amma məsələ təkcə aktyorda deyil axı. Bir serial bütövlükdə aktyorun çiyinlərində dayanmır. Ən yüksək işdə işləyəndən tutmuş ən aşağı vəzifəyə qədər hamının gördüyü işin haqqını ödəmək məcburiyyətindəsən ki, o iş uğurlu olsun. Pulu homogen olaraq paylamaq məcburiyyətindəsən. Onsuz da indi heç bir təkliflə maraqlanmıram.

- Rol aldığın serialların uğur qazanmasının sirri nədədir?

- İşimə hörmətim var. Sirr varsa, budur. Məncə həyatdakı ən qiymətli şeylərdən biri iş, digəri isə həyat yoldaşıdır. Gələcəyini bu ikisi müəyyən edir. İkisinə də hörmətim var və layiq olmağa çalışıram.

- “Qadınların bəyəndiyi, yaraşıqlı adamsansa aktyorluqda da yırtarsan” - formul budur?

- Yox, fiziki görünüş bir yerə qədərdir. Bəlli bir nöqtədən sonra hamı sənin işi necə gördüyünə baxacaq. Heç kim səni gözünün, qaşının gözəlliyinə görə saxlamayacaq yanında. Özümə gəldikdə isə, məncə yaraşıqlı deyiləm.

- Qadınlar sənin hamilərindir?

- Bərgüzar mənim hamimdir.

- “Arvadım aktrisadır, amma bura Türkiyədir. Öpüşə bilməz, sevişə bilməz” – kimi qadağaların varmı?

- İkimiz də aktyoruq. İkimiz də öz işimizə böyük bir sevgi ilə bağlıyıq. Təbii ki, rolumuz nəyi tələb edirsə, onu da edəcəyik. Mən ona necə deyə bilərəm ki, öpüşməyəcəksən. Belə bir şey mümkündürmü? Bu “sənə etibar etmirəm” –deməkdir. Onda niyə bir yerdəsən? Ondan şübhələnsəm, o da məndən şübhələnməlidir. Mən rola görə xeyli qadınla öpüşmüşəm. Ona qalsa, gərək bu peşəyə olan baxışları tamamilə dəyişək. Kənanla səhnələri olur məsələn, millət də başlayır hücum etməyə. “Zatən bu qadın belədir, elədir...”. Mənim vecimə də deyil, öz həyat yoldaşımın arxasındayam, sona qədər də dəstək verəcəm.

- Necə sevgilidir? Necə anadır?

- İnanılmaz pozitiv anadır. Amma yeri gələndə əsəbiləşə də bilir, bu da xoşuma gəlir. Uşaqlara intizam da lazımdır. Bəzən anamın səsini eşidirəm Bərgüzarda. Sevgili kimi sirli sevgilidir. Sürprizlər etməyi sevən biridir. Məni çox maraqlı zamanlarda, heç gözləmədiyim yerlərdən vurub. Bir də çox yaxşı yemək bişirir. Onun yeməklərindən ötrü ürəyim gedir...

- Gəzi hadisələrində aktiv idin. Sənin üçün Gəzi nəyi ifadə edir?

- Biz çox romantik böyüdülmüş gənclərik. Bunu başa düşdüm. Həyata çox romantik yerdən baxırmışıq. Və bizə bəzi şeylər öyrədilməyib. Bəzi şeylər haqda danışmayıblar. Bizim hesablaya bilməyəcəyimiz, görə bilməyəcəyimiz xeyli fərqli şeylər rastlaşdım. Hər şey bizim düşündüyümüzdən də çirkli imiş. Amma möhtəşəm bir gəncliklə də tanış oldum, bu də mənim qazancım!.

Mənbə: “Hürriyət” qəzeti / Ayşe Arman

# 12921 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər