Ucuz süjet, çeynənmiş dialoqlar və Hollivuda HƏDDƏN ARTIQ UYĞUNLUQ

Ucuz süjet, çeynənmiş dialoqlar və Hollivuda <span style="color:red;">HƏDDƏN ARTIQ UYĞUNLUQ
16 dekabr 2016
# 15:03

Dekabrın 15-də Nizami Kino Mərkəzində rejissor Ülviyyə Könülün lentə aldığı “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film romantik komediya janrındadır.

Filmin sonuna kimi beynimdə ən çox bu suallar hərlənib-fırlanırdı. Klip rejissoru kimi tanınan Ülviyyə Könülün film çəkmək ehtiyacı nədən yaranıb? Mənəvi yoxsa maddi? Bəlkə başqa səbəblər var? Məsələn, film rejissoru kimi tanınmaq, özünü təsdiq ehtiyacı? Əgər mənəvidirsə, ya da belə deyək, Ülviyyə xanımın kino sənətində deməyə sözü varsa, onda niyə çəkdiyi “Vəkil hanı”, “Həddən artıq uyğunluq” filmlərində rejissor kimi öz dəsti-xətti, tapıntıları, sözü, ideyası yoxdur?

Hanı maraqlı, gözlənilməz xarakterlər, vəziyyətlər, hanı rejissorun ssenarini özündən keçirərək düşündüyü fərdi yanaşması?

Hanı Ülviyyə Könülün öz kino dilli, üslubu və ümumiyyətlə özü?

Cahangir Novruzovun məşhur qəhrəmanı demiş, hanı bunun duzu, istiotu, zəncəfili, sarıkökü?

Və Ülviyyə xanım bir rejissor kimi doğrudan da kino sənətində özünü görürmü?

Film istehsalçıları əvvəlcədən bədii məhsulun keyfiyyətsizliyini sığortalamaq üçün onun kommersiya filmi olduğunu xüsusi vurğuladılar. Sadə dillə desək, kommersiya filmləri geniş auditoriyaya hesablanır, konkret janrda çəkilir, tamaşaçı kütləsi tərəfindən asan həzm olunur.

Amma lütfən, kommersiya filmi deyib ötəri keçməyin. Bir filmin, özü də dövlətin maliyyəsi hesabına çəkilmiş filmin kommersiya xarakterli olması faktı heç bir halda onun min dəfə çeynənmiş ştamplar, klişelər üzərində qurulmasına, onun bayağılığına, saxtalığına, reallığa toxunmamasına haqq vermir.

Ciddi ideyası, problematikası olan, yüksək peşəkarlıqla çəkilmiş kommersiya filmləri var dünyada.

Bizim klip çəkən rejissorlarımız niyəsə “kino sənəti” deyəndə təsəvvürlərində ancaq Hollivud canlanır. Ülviyyə Könül də istisna deyil. Klipdən kinoya keçən rejissorlar çəkdikləri filmlərdə bir qayda olaraq Hollivudun süjetlərini imitasiya edirlər.

Görüntünün olası içeriği: 2 kişi, yazı

Süjet demişkən, filmin qəhrəmanları – Amerikada yaşayan etnik azərbaycanlı (Filmdə belə təqdim edilir-red.) Mayk (Tural Əsədov) və Azərbaycanda yaşayan Aydan (Aydan Axundzadə) internet vasitəsi ilə tanış olurlar. Hər ikisi zəngindir. Və hər ikisi də zənginliyinə görə sevgililəri tərəfindən sui-istifadə olunublar. Əsl sevgilərini tapmaq üçün tanışlıq saytında özlərini orta təbəqənin nümayəndəsi kimi təqdim edirlər, tanış olurlar, sonda da təbii ki, evlənirlər.

Astarı üzünə cevrilmiş, gen-bol işlənən süjet. Dialoqlara, xarakterlərə, yumora, dramaturji gedişlərə kimi hər şey Hollivud məhsullarının təkrarıdır.

Sıravi tamaşaçı belə əhvalatın necə davam edəcəyini dəqiq bilir.

Hadisələr (əgər hadisə vardısa, əlbəttə ki) əsasən kafedə, yemək süfrəsi arxasında baş verir. Lüzumsuz musiqi bolluğu, illüstrativ təsvirlərlə rejissor klip vərdişlərini nümayiş etdirir.

Əhvalatda dramatizm üçün əsas yoxdur, amma rejissor heç nədən əsassız dramatizm yaratmağa və bunu təsvirdən çox, dialoqlara yükləməyə cəhd göstərir. Məsələn, Mayk Aydana deyir ki, “Biz səninlə bərabər nələrdən keçdik, bundan da keçərik”. Halbuki, əhvalat boyu Maykla Aydan hansısa çətin vəziyyətlər yaşamayıblar, əksinə, gəzib dolanıb, çoxlu ləvəngi yeyiblər.

Qısası, rejissor da, ssenaristlər də düşünmək üçün özlərinə heç bir əziyyət verməyiblər.

Aktyor oyununa gəlincə, ikinci planda oynayan aktyorlar – Kamran Ağabalayev, bəzi ştamplarını nəzərə almasaq Afaq Bəşirqızı baş rol ifaçılarından parlaq idi.

Maraqlı orasıdır ki, filmin ssenarisini yazan, ukraynalı Aleksandr Mardandır, pyes müəllifi kimi tanınır. Ramiz Fətəliyev isə ssenarini adaptasiya edib. Təbii olaraq, suallar doğur: Məgər belə bir sıradan ssenarini yazmaq üçün illah da ki, əcnəbiyə müraciət etməyə ehtiyac vardımı? Görəsən, R.Fətəliyevin ssenaridə rolu nədən olub? Xərc çəkib, əcnəbi ssenarist gətirincə, ən yaxşısı o olardı ki, R.Fətəliyev “Friends with Benefits” (ruscası Секс по дружбе) komediyasına baxıb, onu Azərbaycana uyğunlaşdıraydı.

Yeri gəlmişkən, təqdimata R.Fətəliyev gəlməmişdi. Rejissor xəstələndiyinə görə gəlmədiyini dedi. Amma məncə, o, utandığına görə gəlməyib. Bildiyimə görə, filmin daxili baxışında özü də filmi bəyənməyib.

Ü.Könül yaxınlarda verdiyi müsahibəsində deyir ki, ”böyük işlərə imza atmalıyam”.

Nə deyim vallah, “Həddən artıq uyğunluq” dorğudan da “böyük işdir”.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #