Artistlərimizin estetik əməliyyat faciəsi

Artistlərimizin estetik əməliyyat faciəsi
17 dekabr 2014
# 12:14

Bir müğənninin plastik əməliyyat eləməsi onun sənətinə təsir eləmir. Çünki əsas faktor səsidir. Amma bir aktyorun və ya aktrisanın üzündə cərrah bıçağının gəzməsinin onun sənətinə birbaşa təsiri var.

Çünki aktyorun tükündən tutmuş dırnağına qədər hər əzası vizual, bədii əhəmiyyət daşıyır. Və kiçik plastik düzəliş belə onun üzünün individuallığını, məziyyətlərini deformasiyaya məruz qoyur.

Bir ara Facebook səhifələrində Azərbaycanın tanınmış teatr və kino aktrisasının plastik əməliyyatdan sonrakı fotoları geniş yayıldı.

Hamı da onun yaşına rəğmən çox gənc qalmasına, “gözəlliyinə” heyrətlənir, iltifatlar yağdırırdı. Məni ən çox təəccübləndirən bir qisim kino adamının da deyilən təriflərə qoşulması idi. Əlbəttə, bu, aktrisanın şəxsi məsələsidir. Amma estetik düzəlişlər ciddi rollara iddia edən aktrisanın ciddi sənətdə iştirakını sıfıra endirir. Hər halda dünyada belədir. Və özünə hörmət edən rejissorlar bu cür aktyorları filmlərinə çəkmirlər.

Əgər plastik əməliyyat keçirən aktrisanın keyfiyyətli sənət əsərində iştirak təmin edilirsə belə, oynadığı obrazın effekti olmur.

Həmişə bu fikirdə olmuşam ki, qadın yaşı ilə, qocalan bədəni ilə barışmaq istəməyəndə və buna qarşı qeyr-təbii üsullarla mübarizə aparanda gülməli vəziyyətə düşür. Əksinə, dəyişən vəziyyətini olduğu kimi qəbul etməyi onu daha cazibəli və sirli edir.

Yeri gəlmişkən, aktrisamızın zahiri görünüşünə hayıl-mayıl olan rejissorlarımıza həmkarları Pedro Almodovarın bir fikrini xatırlatmaq istəyirəm: “İdeal görünməyə cəhd zamanı belə insanlar yanlışlığa yol verirlər və bu onları qrotesk ifratçılığa aparır... Əgər işlər belə davam etsə, tarixi film çəkmək mümkün olmayacaq. Bu gün Viskontinin “Leopard”ı kimi tarixi film çəkmək çətindir: yaşlı rollara aktrisalar tapmaq olmur. Bir rejissor olaraq mən cərrahların bıçağı dəyməmiş aktyorlarla işləməyi üstün tuturam. Personajlarımın ifadə etdiyi emosiyalar üzdə əks olunmalı, onlar özlərində real yaşın izini daşımalıdır”.

Bu mövzunu araşdırarkən bir neçə maraqlı fakta rast gəldim.

Məsələn, aktrisa, Şon Penin keçmiş həyat yoldaşı 48 yaşlı Robin Rayt plastik əməliyyatdan imtina edib. O, deyib ki, indiki vəziyyəti daha çox xoşuna gəlir. Çünki illərin qazandırdığı müdriklik onun üçün daha çox qiymətlidir və o, yaşlanmağı plastik cərrah müdaxiləsindən üstün tutur.

Onu qorxudan yeganə şey Hollivud standartlarıdır: "Tamaşaçı ekranda üzü qırışlı aktyor görmək istəmir. Əgər belə davam eləsə, Hollivudu filmlərində ancaq plastik əməliyyat edən aktrisalar çəkiləcək”.

Dünya kinosunun ən istedadlı aktrisalarından biri, 65 yaşlı Meril Strip də heç vaxt plastik əməliyyat etdirməyib. O, gənc görünməyə cəhd eləmədiyini və daha vacib qayğılarının olduğunu deyib.

Digər tanınmış aktrisa Süzan Sarandonun fikrincə, plastik əməliyyatdan çıxanların üzündə nəsə əbədi təəccüb ifadəsi, iri açılmış gözləri olur və onlar mimikalardan xalidir.

Plastik əməliyyata qarşı kampaniyanın təşkilatçılarından Keyt Uinslet deyir: “Mən aktrisayam, sifətimin ifadəsini dondurmaq istəmirəm”.

Emma Tompson isə 60 yaşında 30 yaşındakı kimi görünməyi dəhşətli adlandırıb və utancverici prosesdə iştirak eləmək istəmədiyini deyib.

Vudi Allenin sevimli aktrisalarından, 68 yaşlı Dayan Kiton öz yaşında görünmək və əslinə uyğun qalmaq istədiyini deyir: “Niyə insanlar başqasının zahiri görünüşünü bu qədər yamsılamaq istəyirlər?”

Yeri gəlmişkən, bizim daha bir neçə məşhur aktrisamız estetik düzəlişlər etdirib.

Mövzuya münasibətlə bağlı Azərbaycan aktrisalarının da fikrini öyrənməyə çalışacağıq.

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #