Seks, kriminal, şou: ən çox oxunan yazılar

Seks, kriminal, şou: ən çox oxunan yazılar
24 yanvar 2015
# 12:08

Kulis.az sayt rəhbərlərinə “Hansı xəbərləriniz daha çox oxunur?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlu: “Saytda hansı xəbərlərin oxunması gündəmlə bağlıdır. İqtisadiyyat xəbərləri az oxunurdu, axır vaxtlar bu sahəyə aid məlumatların oxunma sayı artıb. Məsələn, bu həftə ən çox oxunan xəbərimizin adı belədir: “Neft bahalaşdı”. 35 minə yaxın oxunan, sadə başlıqlı bu xəbər başqa vaxtda heç 1000 dəfə də oxumazdı. Ümumilikdə götürəndə bizdə siyasi və sosial xəbərlər, şou, “yüngül” xəbərlərə nisbətən daha çox oxucu diqqəti çəkir. Ağır, araşdırma yazılara marağın gün-gündən artdığı hiss olunur”.

Modern.az-ın redaktoru Əfqan Qafarlı: “Əksər xəbər saytlarını və agentlikləri izləməyə çalışıram. Ümumi mənzərə, təəssüf, belədir ki, internet oxucusu nədənsə şou və kriminal xəbərlərə, seks, intim həyatla bağlı materiallara acgözlüklə baxır.

Modern.az saytı da kriminal və şou xəbərlərə, “intim məsələlərinə” az yer verir. Belə xəbərlərin yalnız böyük səs-küy doğuranlarını dərc edirik. Buna görə bəziləri hətta bizi qınayırlar ki, “saytınız həddindən artıq quru və ciddi” xətt tutub.

Modern.az-da ən çox oxunan materiallara gəldikdə bunlar əsasən özəl xəbərlərimiz, araşdırma və müsahibələrimiz olur. Bəzən maraqlı köşə yazıları da çox oxunanlar siyahısına düşür”.

Qafqazinfo.az-ın baş redaktoru Elbrus Ərud əsasən ciddi xəbərlərin, tənqidi yazıların daha çox oxunduğunu deyir. Onun sözlərinə görə, Qarabağda baş verən olaylar, regional siyasətlə bağlı yazılar da oxucunun diqqətini çəkir. Çox oxunan yazılar sırasında şou və kriminal xəbərlər də üstünlük təşkil edir.

Lent.az İnformasiya Agentliyinin direktor müavini Səbuhi Məmmədli: “Təbii ki, kriminal daha çox oxunur. Və mən təqdirəlayiq hesab etmirəm. Kriminal xəbərlərin daha çox oxunması isə sükunətlə bağlıdır, ölkədə başqa hadisə yoxdur”.

# 3011 dəfə oxunub

Oxşar xəbərlər

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər