Ayətullah Xamneyi “Səfillər” romanının pərəstişkarı imiş

Ayətullah Xamneyi “Səfillər” romanının pərəstişkarı imiş
3 sentyabr 2013
# 14:14

ABŞ-da nəşr olunan “Foreign Affairs” jurnalı İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi bir sıra xüsusiyyətləri ilə bağlı məqalə dərc edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qərb dəyərlərinin İranı zəhərlədiyi” istiqamətindəki çıxışları ilə tanınan ayətullah Xamneyinin Qərb ədəbiyyatının pərəstişkarı olduğu ortaya çıxıb.

2000-2006 illər arasında Tehranın Evin həbsxanasında cəza çəkmiş və hazırda mühacirətdə yaşayan iranlı müxalif jurnalist Əkbər Gəncinin qələmə aldığı yazıda İranın ali dini liderinin Qərb ədəbiyyatına olan sevgisi nəzərə çarpır. Hətta onun ən çox sevdiyi fransız yazıçı Viktor Hüqo olduğu üzə çıxıb.

Ə. Gənci öz məqaləsində ayətullah Xamneyinin 2004-cü ildə bir çıxışı zamanı Viktor Hüqo üçün belə dediyini yazıb: “Məncə, Viktor Hüqonun “Səfillər”i tarixdə yazılmış ən yaxşı romandır. Təbii ki, bu günə qədər yazılmış bütün kitabları oxumadım. Ancaq müxtəlif əsrlərdə yazılmış bir çox roman oxudum. Köhnə romanlar da oxudum. Məsələn, “İlahi komediya”, “Min bir gecə nağılları”... Amma “Səfillər” roman öz əsrində bir möcüzədir. Təkrar, təkrar söyləyirəm, “Səfillər”i bir dəfə oxuyun. “Səfillər” sosioloji, tarix və tənqid kitabıdır. İlahi bir kitabdır. Eşq və duyğunun kitabıdır”.

Məqalədə İranın ali dini liderinin yerli yazıçılar Məhəmməd Əli Camalzadə, Sadiq Çubək və Sadiq Hidayəti də bəyənərək oxuduğu, rus yazıçılar Mixail Şoloxov və Lev Tolstoyla Onore de Balzak və Mişel Zevaconun da onun sevdiyi yazıçılar arasında olduğu vurğulanıb.

Bundan əlavə, ayətullah Xamneyinin sevdiyi digər əsərlər arasında Harriyet Biçer-Stounun “Tom dayının daxması” və Con Steynbekin “Qəzəb salxımları” da var.

# 3427 dəfə oxunub

Oxşar xəbərlər

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

12:00 11 aprel 2026
"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

"Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad Yaşarın şeirləri

15:00 10 aprel 2026
50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər