Yazıçı aktyorun bığını qoparıb qaçdı – MƏZƏLİ ƏHVALATLAR

Yazıçı aktyorun bığını qoparıb qaçdı – <span style="color:red;">MƏZƏLİ ƏHVALATLAR
27 fevral 2017
# 09:00

Kulis.Az professor İlham Rəhimlinin sənət adamları barədə toplayıb işlədiyi məzəli əhvalatları təqdim edir.

Bığsız olsun

«Səhər görüşləri» televiziya verilişinin çox populyar vaxtı idi. Bu verilişə də əsasən Məhərrəm Bədirzadə rejissorluq edirdi. Orada hər verilişdə bir neçə yumorlu səhnəcik olurdu. Əhməd Orucoğlu bu veriliş üçün «Bərbərxanada» adlı yumoreska yazır və gətirib telestudiyada verir Məhərrəmə. Məhərrəm də səhnəciyi redaktor Emin Mahmudova göstərir. İki nəfər iştirakçısı – Bərbər və Müştəri olan səhnəcik bəyənilir.

«Səhər görüşləri» birisi gün tezdən efirə getməlidir. Təxminən 8-10 dəqiqə olan bu səhnəciyi də ora əlavə edirlər. Məhərrəmə tapşırırlar ki, tez çək, montaj elə, sabah axşama kimi gətir.

Məhərrəm Bədirzadə görür ki, buna bir günə dekorasiya düzəltmək mümkün deyil. Çox götür-qoydan sonra Əhmədlə birlikdə gəlirlər Kommunist küçəsində (indiki İstiqlaliyyət – İ.R.), Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti – İ.R.) ilə üzbəüz bərbərxanaya. Bərbərdən bir saat vaxt istəyirlər ki, səhnəciyi onun iş yerində çəksinlər.

Bərbər razı olmur. Çox yalvar-yaxardan, çək-çevirdən sonra deyir:

– Qardaş, mənim işim doqquzda başlayır, bir müştərim nağdıdı. Yəqin sonrası da olacaq.

Məhərrəm:

– A kişi, sonrası da mənnən Əhməd. İndidən növbə tuturuq. İkimiz da saçımızı vurduracağıq. Bir başı nə qədər vaxta qırxırsan?

Dəllək onların saçlarını nəzərdən keçirir:

– Birini uzağı yarım saata.

Məhərrəm əlini salır cibinə, bir qırmızı onluq çıxarıb verir bərbərə.

– Ala, bu bizim pulumuz. Sənin dükanın sabah bir saat bizim ixtiyarımızda olacaq.

Sabah saat 10-na razılaşırlar. Dəllək deyir:

– Ancaq bir saat, çünki saat 11-ə müştərim var, söz vermişəm.

Məhərrəm sevincək:

– Alə, həri, bir saat bəsimizdi. Əntıqə oldu, Əhməd, getdik.

Səhəri onun yarısında Məhərrəm, Əhməd, operator Abbasağa, qrimçi Sara xanım kəsdirirlər bərbərxananın qabağını. Bir azdan aktyorlar Atabala Səfərovla Ramiz Əzizbəyli də gəlib çıxır. Atabala bərbər, Ramiz müştəri roluna çəkilməlidir.

Abbasağa əvvəlcə küçəni, bərbərxananın girişini çəkir. Keçirlər içəri.

Məhərrəm qrimçiyə deyir ki, Ramizə qalın bığ qoy. O da bığı yapışdırır, iştirakçıların ikisini də qrimləyir. Məhərrəmdən soruşur:

– Məhərrəm müəllim, day mən lazım deyiləm?

Məhərrəm məmnun-məmnun:

– Yox, çox sağ ol, sən gedə bilərsən.

Sara xanım ləvazimatını yığır çantasına və qayıdır telestudiyaya.

Əhməd bir xeyli baxır və Ramizin bığlı olmasına etiraz edir. Məhərrəm də iki ayağını bir başmağa dirəyib dediyinin üstündə durur. O deyir, bu deyir, ara qarışır.

Bərbər saatına baxır:

– Qardaşlar, 20 dəqiqəniz qalıb, ha. Sözümüz sözdür.

Məhərrəm əsəbiləşir:

– Dedim bığlı çəkiləcək, vəssalam. Əhməd, rejissor mənəm, sən yazdın, bəyənildi, indi dur qıraqda də. İşimizə mane olma. Abbasağa, hazırlaş, iki dəqiqəyə başlayırıq.

Abbasağa:

– Qədeş, mən hazıram.

Məhərrəm:

– Onda əvvəlcə ümumi planı çək.

Atabalanın qayçı, daraq, ülgüc və sair qoyulmuş güzgünün qabağını sahmana saldığı kadr çəkilir. Ramiz keçib əyləşir müştəri kürsüsündə. Abbasağa kameranın yerini dəyişir. Ayaqlığı bərkidib, son dəfə gözlükdən kadra baxır ki, hər şey qaydasındadırsa çəkilişə başlasın. Əhməd əyilə-əyilə kameranın altından keçib Ramizə yaxınlaşır. Qəfildən Ramizin bığını qoparıb çıxır bayıra. Məhərrəm də qışqıra-qışqıra onun ardınca... Əhməd üzü aşağı Sabir bağına tərəf qaçır. Məhərrəm də onun dalınca. Arxadan bərbərin səsi eşidilir:

– Mən heç nə bilmirəm, on bir tamamda dükanı boşaltmalısınız.

Məhərrəm deyinə-deyinə geri qayıdır. Abbasağaya:

- Cəhənnəmə ki... Çək onu bığsız.

Məhərrəm Bədirzadə “Azdrama” truppasını necə aldatdı?

Səyavuş Aslan maşinisti ağacla niyə döydü?

# 2263 dəfə oxunub

Oxşar xəbərlər

"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

12:00 15 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

09:00 12 may 2025
Şir - Yevgeni Zamyatinin hekayəsi

Şir - Yevgeni Zamyatinin hekayəsi

10:00 11 may 2025
Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

09:00 10 may 2025
Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

12:00 9 may 2025
# # #