Kamal Abdulla Sofiya Universitetinin ali mükafatı ilə təltif olunub

Kamal Abdulla Sofiya Universitetinin ali mükafatı ilə təltif olunub
24 may 2013
# 16:22

Bolqarıstanın ilk ali təhsil ocağı, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti 2013-cü ildə özünün 125 illik yubileyini qeyd edir. 23-26 mayda Bolqarşünaslıq üzrə III Beynəlxalq konqresin keçirilməsi bu əlamətdar tarixlə bağlı baş tutan əsas tədbirlərdən biri oldu. Forum Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin himayəsi və YUNESKO-nun dəstəyi ilə keçirilir. Forumun işində Avropa, Asiya və Amerikadan olmaqla 500-dən çox görkəmli alim iştirak edir.

Məlumat üçün bildirək ki, Bolqarşünaslıq üzrə I və II konqreslər müvafiq olaraq 1981 və 1986-cı illərdə keçirilmişdir. Sonralar, təxminən otuz il müddətində bu ənənəyə ara verilmiş, xarici ölkələrdəki bolqarşünaslıq mərkəzlərinin bir hissəsinin fəaliyyəti dayandırılmışdı. Sofiya Universitetinin 125 illik yubileyi sözügedən konqresin keçirilməsi ənənəsinin bərpası üçün yeni zəmin yaradıb. Konqres təşkilatçılarının fikrincə, bu Forumun keçirilməsi dünya bolqarşünaslığının hazırkı durumunu xarakterizə edən real vəziyyəti qiymətləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Sofiya Universitetinin rektoru prof. İvan İlçevin dəvəti ilə Bakı Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev Forumun işində iştirak etmək üçün Bolqarısanın paytaxtındadır.

Mayın 24-də Sofiyada Bolqarıstan Prezidenti Rosen Plevneliyevin də qatıldığı bolqarşünaslıq üzrə III Beynəlxalq Konqresin rəsmi açılışı olub. Rəsmi mərasim çərçivəsində prof. Kamal Abdullayevə Sofiya Universitetinin ali mükafatı – «MAVİ LENT FƏXRİ NİŞANI» (“HONORARY BLUE RIBBON INSIGNIA”) təqdim edilib. Xatırladaq ki, bu mükafatın verilməsi haqqında qərar həmin universitetin 2012-ci il, 19 dekabr tarixində keçirilmiş Elmi Şurasının toplantısında qəbul edilmişdi.

Təqdimetmədə iştirak edən Prezident Rosen Plevneliyev professor Kamal Abdullayevi təbrik edib, rektora və ümumilikdə Azərbaycan xalqına xoş məramlarını çatdırıb.

Kamal Abdullayev öz nitqində elmi fəaliyyətinə yüksək dəyər verən və Azərbaycanda bolqarşünaslığın inkişafına verdiyi töhfələri qiymətləndirən Sofiya Universitetinin Elmi Şurasına öz minnətdarlığını bildirib. Həmçinin Azərbaycana səfər etdiyi təqdirdə Prezident Rosen Plevneliyevi Bakı Slavyan Universitetində görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Səfər çərçivəsində BSU-nun rektoru prof. Kamal Abdullayevlə prof. İ. İlçev arasında Kliment Orxidski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması ilə bağlı saziş imzanıb.

Mərkəzin fəaliyyətə başlaması Azərbaycan dili və mədəniyyətinin Avropada təbligi və tanınması sahəsində vacib rol oynayacaq. Qeyd etmək lazımdır ki, BSU-nun «Xarici ölkələrdə Azərbaycanşünaslığın inkişafı» proyekti çərçivəsində Rusiya, Ukrayna və Belarusun bir sıra ali təhsil ocaqlarında yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri uğurla fəaliyyət göstərir. Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi isə Balkanlarda yaradılmış ilk bu tipli təsisatdır.

# 2619 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #