Ətir firmasını məhkəməyə verdi: “Qızlar niyə üstümə atılmır?”

Ətir firmasını məhkəməyə verdi: “Qızlar niyə üstümə atılmır?”
7 mart 2013
# 08:30

Kulis.az bəzi maraqlı faktları təqdim edir.

31 saniyəlik soyğun

Keçən il 5 oğru Amerikanın Nyu-Cersi şəhərindəki “Apple” mağazasını soyaraq tarixin ən sürətli oğurluğuna imza atıblar. Bunun üçün günlərlə plan qurmağa, yaxud silahdan istifadə etməyə ehtiyac olmayıb. Soyğun üçün bir kərpic lazım olub, onunla da vitrini sındırıblar. İçəri girərək 31 saniyə ərzində 23 MacBook Pro, 14 iPhone və 9 iPod oğurlayıblar.

Cəsarət, yoxsa bəxtsizlik?

1901-ci ildə Mod Uillard adlı qadın bir pivə çəlləyinin içinə girərək Niaqara şəlaləsindən aşağı tullanıb. Özü ilə çox sevdiyi itini də götürən Uillard onlarla metr aşağı yuvarlansa da, çəllək qırılmayıb. Sonradan ətrafdakılar çəlləyi tapıb və açanda qadının öldüyünü görüblər. Onun çox sevdiyi iti isə sağ qalıb. Hamı qadının beyin qanamasından öldüyünü düşünsə də, həqiqət başqa cürmüş. Sən demə, Uillardın iti çəlləkdəki yeganə hava gələn deşiyə burnunu dirəyib və sahibəsinin nəfəs almağına mane olub. Nəticədə, Uillard hava çatışmazlığından ölüb.

“Niyə qızlar üstümə atılmır?”

Hindistanlı bir gənc 7 ildir istifadə etdiyi ətir firmasını məhkəməyə verib. Səbəb isə ətir reklamının həqiqətə uyğun olmamağı imiş. Firmanın məhsullarının reklamında qızlar həmin ətirləri vuran oğlanların üstünə atılırmış. Vaibhav Bedi adlı gənc də da reklama inanaraq, 7 ildir qızların onun üstünə atılmasını gözləyib. Nəhayət, 26 yaşında firmaya qarşı iddia qaldırıb, özü də nə az, nə çox düz 26 min funt-sterlinq (30 min AZN) dəyərində.

Bedi iddia ərizəsində yazıbmış: “Firma məni aldadıb, çünki reklamlarda bu ətri vuran oğlanların qadınları valeh etdiyi göstərilir. Mən 7 ildir bu firmanın məhsullarını işlədirəm, amma bir qız da yaxınlaşmayıb”.

Hamburgerin qısa tarixçəsi

Gənclərin, uşaqların sevimli yeməyi hamburgerin tarixi çoxumuzun zənn etdiyimiz kimi Qərb ölkələrinə deyil, Orta Asiyada yaşamış tatarlara gedib çıxırmış. Tatar türkləri çiy ətin bişəndə daha rahat həzm olunduğunu və içinə müxtəlif ədviyyatlar, soğan qatılanda daha dadlı alındığını kəşf ediblər. Beləliklə, tatar bifşteksi yaranıb. Orta Asiyaya ticarət məqsədi ilə gələn alman tacir tatar bifşteksinin dadını o qədər bəyənir ki, gələn kimi yaşadığı Hamburg şəhərində ondan hazırlamağa başlayır. Adını da “Hamburger” qoyur.

Almaniyadan sonra İngiltərədə sevilən yeməyin adı “Selsböri bifşteksi” kimi dəyişdirilir. Çünki İngiltərəyə onu həkim J.H.Selsböri gətirir və iddia edir ki, gündə 3 dəfə bu bifştekslərdən yemək sağlamlığa çox xeyirdir.

Sonradan Amerikaya köçən almanlar bifşteksin adını “hamburger” kimi saxlayıb və məşhurlaşdırıblar.

# 4442 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
# # #