Bu uşaq hamını şoka saldı

Bu uşaq hamını şoka saldı
17 sentyabr 2014
# 08:53

Kulis.az maraqlı faktları təqdim edir.

Suriyada 3 yaşlı bir uşaq keçmiş həyatını xatırladığını iddia etməyə başladıqdan sonra məşhurlaşıb. O deyib ki, əvvəlki həyatında onu balta ilə vurub öldürüblər. Məsələ burasındadır ki, onun başında doğulandan bəri həqiqətən də ləkə varmış. Bəziləri uşağı müqəddəs elan edərək onun keçmiş həyatla əlaqəsi olduğuna inanırmışlar. Uşaq dil açıb danışmağa başladıqdan sonra yaxınlarına deyib ki, keçmiş həyatını və ölümünün bütün incəliklərini xatırlayır. Uşaq əvvəl yaşadığı evi də göstərib. O, hətta əvvəlki həyatında adının nə olduğunu da xatırladığını deyib.

Adamlar deyir ki, uşağın hekayəti həqiqətə oxşayır. Həqiqətən də 4 il qabaq bu rayonda bir kişi xəbərsiz itib. Uşaq nəinki qətlin detallarını, həmçinin qatilin də adını deyib. Yoxa çıxan kişi uşağın nişan göstərdiyi qatilə uyğun gəldiyinə görə onu tapıb üzləşdiriblər. Kişi balaca uşağı görəndə əsəbiləşib, həyəcan keçirib, amma yenə də cinayəti etiraf etməyib.

Oğlanın bələdçiliyi ilə hadisə yerinə gediblər. Orda həqiqətən də kişi meyitinin qalıqları tapılıb. Ən dəhşətlisi isə uşağın başındakı ləkə ilə öldürülmüş adamın vurulduğu yer bir-birinə uyğun gəlirdi. Və meyitin yanında balta da var imiş.

Hekayət yoxa çıxmış kişinin cinayəti boynuna alması ilə yekunlaşıb.

Bu hadisə alman həkimi Truts Hardonun “Keçmişdə də yaşamış uşaqlar: bugünkü reinkarnasiya” kitabındandır.

***

Beynəlxalq Estetik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırmada məlum olub ki, dünyada ən çox cənubi koreyalılar gözəl görünmək naminə estetik əməliyyat etdirirlər. Araşdırmalarda Türkiyə axırıncı yerlərdə qərarlaşıb.

Qurumun apardığı araşdırmanın nəticələrinə görə 2011-ci ildə dünyada təxminən 15 milyon adam estetik əməliyyat keçirib. Cənubi Koreyada 77 nəfərdən biri estetik əməliyyata ehtiyac duyur. Paytaxt Seulda 19-49 yaş qrupundakı qadınların beşdə biri gözəlləşmək üçün bu yoldan yararlanıb. Onlar ən çox göz qaldırma əməliyyatı üçün müraciət edirlər.

Asiya ölkələri isə ən çox burun əməliyyatı üçün müraciət edirlər. Çin, Yaponiya, Cənubi Koreya göz qaldırma, Asiya ölkələri burun əməliyyatları, Amerika, Meksika və Avropa ölkələrində ən çox sinə əməliyyatları keçirirlər.

***

Tədqiqatlar göstərir ki, daim pornoqrafiyaya baxan kişilərin beyni balacalaşır, həmçinin seksual stimulyasiyaya reaksiyanın kütləşməsi müşahidə olunur.

***

Hələ satışa çıxmayan iPhone 6 telefonunun 4 milyon sifarişçisi var. Bu mobil telefon tarixində rekorddur.

***

Elmi olaraq zamanın varlığı hələ sübut olunmayıb.

***

Nə qədər yüksəklikdəsinizsə, vaxt bir o qədər sürətlə keçər. Yəni daha tez qocalarsınız.

***

İnsanların 60 faizi öpüşərkən gözlərini bağlamağı, yerdə qalan hissə isə qarşısındakının keçirdiyi hissləri müşahidə etməyi sevir.

***

İngilis dilində çarpayı mənasını verən “bed” sözü görünüş etibarilə də çarpayını xatırladır.

# 4507 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər