Qeyri-adi dinə ibadət edən məşhur: “Mənə yaşamağı öyrətdi…”

Qeyri-adi dinə ibadət edən məşhur: “Mənə yaşamağı öyrətdi…”
4 iyun 2014
# 08:00

Alman, ingilis və irland əsilli Tom Kruz bacıları Li En, Marian və Kassla birlikdə kasıb katolik ailəsində boya-başa çatıb. Onun sözlərinə görə o, daim atası tərəfindən təhqirə məruz qalıb.

16 yaşında ikən müəllimi Tom Kruzu məktəbdə səhnələşdirilmiş “Oğlanlar və kuklalar” adlı musiqili tamaşada iştirak etməyə həvəsləndirir. Tamaşada yaratdığı Natan Detroid rolunu ifa edən Kruz taleyini birdəfəlik aktyorluq sənətinə bağlayacağını anlayır.

Aktyorluq sənətində yüksəlmək üçün o, özünə 10 il müddət vaxt verir. Kruz məktəbi atır və Nyu-Yorkda çəkilişlərdə iştirak edir. Bu cəhdlər 1981-ci ildə onun “Sonsuz məhəbbət” filmində çəkildiyi vaxtadək davam edir. 1983-cü ildə çəkilmiş “Riskli biznes” filmi isə Kruzu geniş tamaşaçı auditoriyasına tanıtdırır.

Bundan sonra aktyor “Üstün silah”, “Pulun rəngi”, “Kokteyl”, “Yağış adamı”, “İyulun 4-ü anadan olanlar”, “Ceri Maquir”, “Missiya: qeyri-mümkündür” və digər filmlərdə iştirak edir.

1987-ci ildə Kruz aktrisa Mimi Rocerlə ailə həyatı qurur. Məhz Mimi Rocerin vasitəçiliyilə Tom sayentalogiya təriqətilə maraqlanmağa başlayır. 1990-cı ildə o, Mimi Rocerdən boşanır.

Elə həmin il Milad bayramı ərəfəsində Tom Kruz Nikol Kidmanla evlənir.

11 il evlilikdən sonra karyeranı səbəb gətirərək onlar boşanmaq haqda ərizə verirlər.

2005-ci ildə aktyorun şəxsi həyatında uğursuzluqlar onun karyerasına da kölgə salmağa başlayır.

2009-cu ildə Tom Kruz özündən 16 yaş kiçik aktrisa Keyti Holmsla ailə həyatı qurur. 2012-ci ilin iyul ayında isə 50 yaşlı aktyor üçüncü dəfə boşanır.

Onlar qızları Suriyə bərabər himayədarlıq edəcəklərinə dair razılığa gəliblər.

Kulis.az bu ay 52 yaşı tamam olan Tom Kruzdan bir neçə sitat təqdim edir.

Sitatlar:

Mən uşaqları sevirəm. Mən hətta özüm də nə vaxtsa, uşaq olmuşam...

Mən aşiq olmağı sevirəm.

Mən həyata inanıram. Mən bilirəm ki, həyat sənin ürəyinə daxil olur. Fərqi yoxdur sən aktyorsan, kinoprodüsersən, yaxud küçədən keçən adi bir insansan, həyat sənə daxil olur. Mən həyatım naminə ürəyimə ona sevinməyi öyrətmişəm. Onun mövcudluq faktına sevinmək və hər gün bu dünyaya onu yaşadacaq nəyisə verməyə çalışmaq lazımdır. Sayentologiya ilə məşğul olmaq mənə yaşamağı və həyatı qiymətləndirməyi öyrətdi.

Mükafatlar çox gözəldir. Mən çox mükafatlandırılmışam. Amma mən həyatda təkcə mükafatlar uğrunda mübarizə aparmamışam.

Mən bilirdim ki, aktyor olmaq istəyirəm. Mən özümü səhnədə çox rahat hiss edirdim. Hər şey xoşuma gəlirdi.

Məndə öyrənməyə qarşı xüsusi ehtiras var. Məndə həyata qarşı ehtiras var.

Mən özümə çox tələbkaram. Mən oxumaq istəyirəm, mən avaralana bilmirəm. Çətinliklərin öhdəsindən gəlmək xoşuma gəlir, bəzən mən onları özüm üçün xüsusi olaraq yaradıram.

Məktəbi qurtaranda öz-özümə dedim: nəhayət ki, bunların hamısı bitdi.

Bir personajı canlandırmaq üçün, gərək onun üzərinə öz fikrimi cəmləyə bilim ki, onun kim olduğunu anlayım.

Qeyd: Bir çox Hollivud ulduzlarının, eləcə də Tom Kruzun inandığı Sayentologiya təlimi ingilis əsilli amerikan Lafayet Ron Habbard tərəfindən 1950-ci illərin əvvəllərində meydana çıxıb. Sayentologiya əvvəllər dini təlim deyil, psixoterapiyanın yeni bir sahəsi kimi təqdim edilib. 1954-cü ildə Sayentologiya din kimi ABŞ-ın Los-Anceles şəhərində fəaliyyətə başlayıb. Həm elmi mühit, həm də kilsənin tənqidinə tuş gələn Habbard 1958-ci ildə İngiltərəyə köçüb. 1968-ci ildə isə İngiltərədən deportasiya olunub. ABŞ Sayentologiyanı 1976-cı ildə rəsmi məzhəb kimi qəbul edib və Sayentologiya Kilsəsi fəaliyyətə başlayıb.

Təlimə görə, 75 milyon il əvvəl kosmik lider Henu adlı milyardlarla varlığı Havay adaları və ona yaxın ərazilərə göndərib. Hazırda yaşadığımız pis hadisələrin, sıxıntıların səbəbi də o məxluqların ruhlarıdır. Bu ruhlara “Titan” deyilir. Sayentologiyaya görə, insanlar bu ruhların mənəvi təzyiqlərindən azad olandan sonra həqiqi xoşbəxtliyə qovuşacaqlar. Təriqət üzvləri insanlara bu təzyiqlərdən qurtulmaq üçün üsullar tapdıqlarını iddia edirlər.

Hollivudun çox nüfuzlu insanları – Tom Kruz, Con Travolta, Kristi Alle, Culyetta Levis, Bob Geldof, Prissila Presli təriqətə üzv olub, milyonlarla dollarlıq ianələr verməyə xəsislik etmirlər.

# 5808 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #