Oşodan Rüstəm Behrudiyə sərt cavab POLEMİKA

Oşodan Rüstəm Behrudiyə sərt cavab <span style="color:red;">POLEMİKA
26 sentyabr 2014
# 16:00

Layihə: Kulis zarafatı

Xəbər verdiyimiz kimi şair Rüstəm Behrudi özünün facebook səhifəsində yazaraq Oşonun təlimini yanlış və zərərli adlandırıb. Kulis.azın əməkdaşı şairin ittihamlarını ingilis dilinə çevirərək filosofun inboksuna göndərib. Oşonun Rüstəm Behrudiyə cavabı özünü çox yubatmayıb. İndi onun fikirlərini oxucularımıza təqdim edirik.

R. Behrudi: “Oşo deyir ki, Adəm Allaha yox deyən ilk insandı. Oşo ya dinləri əməlli-başlı bilmir, ya da onu yanlış anlatmağa çalışır. Adəmin nə cənnətdə, nə də ordan sonrakı ömründə Allaha yox demək şansı olmayıb. Oşo yanlışlığı həqiqət kimi sırımaq istəyir.

Oşo: “Rüstəm Behrudi bilməlidir ki, fəlsəfə təfəkkürün varlığa, şüurun materiyaya subyektiv münasibətidir və onu da biməlidir ki, Adəm indiyədək yer üzünə gəlmiş-getmiş insanlar arasında Allahla üz-üzə durmuş yeganə bəndədir. Adəmin Allaha yox deyən ilk insan olması mənim subyektiv fikrimdir. Yaradıcı fərziyyəmin uğuntusudur. Rüstəm isə dil faktoruna əsaslanıb özünü Allahla ilk insan yanından gəlmiş etibarlı mənbə kimi aparır. Üz versək şairliyinə salıb deyər ki, Allah Adəmin palçığını şəxsən ona ayaqlatdırıb. Adəm, ən azı, qabırğasından qadın yaradılacağını eşidəndə bu ilahi cərrahiyyəyə etiraz edib Allaha yox deyə bilərdi”.

Rüstəm Behrudi: “Oşo deyir ki, valideynləri sevmək kimi bir borcumuz olduğuna inam bizi ikiüzlü eləyir”.

Oşo: Behrudi hələ də düşünür ki, “borc hissi aralıq mahiyyət daşıyan bütün bəşəri dəyərlərdən daha çox, özü-özündə bir şeydi, daha doğrusu özü-öz mahiyyətidi. Borc hissinin itdiyi yerdə həyatın bir anlamı qalmır. Valideynə olan sevgi isə borc deyil, genetik və bioloji hadisədir”.

Bu basmaqəlib yanaşma mənəvi və maddi maşennikliyə haqq qazandıran bir yanıltmacdır, Sələmçi “uçot-ot çotudur”. Müasir fəlsəfə artıq borc hissinə aprobativ etik norma kimi deyil, insanın sosial vəzifəsi kimi baxır. Yəni kimsə evdə öz valideynini eşşək yerinə qoya və ya qoymaya bilər, amma yolda başqasının eşşəyinə nəzakət göstərmək onun sosial borcudur. Rüstəm burda cəmiyyətin inkişafını təbiət qanunları ilə izah edən və insanı həyata gəldiyi üçün həyətdəki itə də bir çörək borclu sayan orta əsr naturalisti kimi danışır.

Rüstəm Behrudi: “Oşo deyir ki, bütpərəstlik yeganə əxlaqdı. Əgər bütpərəstlik yeganə əxlaqdırsa ondan sonra gələn Musa, İsa, Məhəmmədə nə hacət var idi?”

Oşo: “Atamın goru haqqı, mən belə söz deməmişəm. Mən demişəm ki, dini əxlaq bütsüz özünü qoruya bilməz. Şəriət hər hansı bir bütə söykənməlidir. Sadəcə, bütlərin necəliyi dəyişkəndir”.

Rüstəm Behrudi: “Beləliklə, Oşo təlimi yanlış və zərərli təlimdir. Çünki o dediklərinə özü əməl eləməyən dahi avantüristdir”.

Oşo: “Mən sizin ingilis dilinə tərcümə olunmuş “Hello, gallows” kitabınızı oxumuşam. Bir ara dilimə də düşmüşdü, evdə, işdə kimi görürdüm “Hello, gallows” deyib salamlayırdım. Hətta sevinirdim ki, dünyada sizin kimi mübariz ruhlu, öz qətli ilə kef-əhval tutacaq qədər qorxmaz şairlər var. Ancaq sonra eşitdim ki, siz də “yazdıqlarına özü də əməl etməyənlərdənsiniz”. Sən demə, sizin ölkədə şairlər dərddən, ölümdən yaza-yaza kökəlirlər. Amma sən Oşonun ölmüşü, düzünü de, dar ağacı şeirini yun çubuğuna baxıb yazmısan?”

# 3353 dəfə oxunub

Oxşar xəbərlər

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər