Markesi döyən məşhur yazıçı kim idi? LAYİHƏ

Markesi döyən məşhur yazıçı kim idi? <span style="color:red;">LAYİHƏ
8 sentyabr 2014
# 13:55

Mirmehdi Ağaoğlu

Şəkildən tanıdığımız burnu çapıq, gözünün altı göyərmiş bu məşhur adam əlbəttə nə bomjdur, nə boksçu, nə də küçə döyüşçüsü. Bildiyimiz kimi bu, XX əsrin ən böyük yazıçılarından biri, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesdir. Bəs bu nə gündür o düşüb, kim gözünün altına “finqal” qoyub? Elə-belə adam yox, başqa bir Nobel mükafatçısı Mario Varqas Lyosa edib bunu.

Elə bilirsiz, təkcə bizim ədəbi mühitdə yazarlar bir-biriləri ilə intriqa aparır, küsür, barışır, dalaşır, yumruq davasına çıxırlar? İnsan hər yerdə insandı. Okeanın o üzündə də yekə-yekə yazarlar problemlərini heç də həmişə qələmlə deyil, arada yumruqla də həll edirlər. Biri elə Mario Varqas Lyosa.

Düzdür onda hələ heç biri Nobel mükafatı almamışdı. Lyosa Markesin ənginə yumruq ilişdirəndə 40, dostu isə 48 yaşında idi.

Bir zamanlar çox yaxın dost olmuş hər iki yazıçı 70-ci illərin ortalarında Barselonada yaşayırdı. Barselonadaykən iki uşaq atası Lyosa həyat yoldaşı Patrisiyanı atıb isveçli qadınla yaşamağa başlayır.

Xatırladaq ki, Patrisiya yazıçının ikinci həyat yoldaşı idi.

(Ondan əvvəl isə Mario 18 yaşı olanda 32 yaşlı kuzeni Xuliya Urkidi ilə evlənmişdi. Qohumları bu qeyri-bərabər evliliyə razılıq verməsələr də cütlük on ilə yaxın bir müddətdə bir yerdə yaşamışdılar.

Xuliya ilə Mario 1960-cı illərdə boşanırlar. Mario bu dəfə digər kuzeni Patrisiya ilə evlənir.

1977-ci ildə Lyosa birinci evliliyindən bəhs edən “Xulio xala və cızma-qaraçı” romanını yazır. Lyosanın yazdıqlarından razı qalmayan Urkidi sə keçmiş ərinə cavab olaraq “Varqitonun demədikləri” romanını nəşr edir.

“Xulio xala və cızma-qaraçı” romanının baş qəhrəmanı Xulio Urkidi 2010-cu ildə Boliviyada 84 yaşında vəfat edib.

“Xulio xala və cızma-qaraçı” romanı 1990-cı ildə “Sabaha köklən” adı ilə ekranlaşdırılıb.)

Lyosanın bu hərəkətindən sonra Patrisiya çıxılmaz vəziyyətdə qalır. Bilmir nə etsin. Ona görə də Qabo (dostları Markesi belə çağırırdı) ilə arvadı Mersedesi evinə dəvət edir. Markes dostunun bir səhv etdiyini, kişilər belədir də, fikir eləmə, mən onu başa salaram, qayıdar deməkdənsə ayrılmağı məsləhət görür.

Amma bir müddət sonra Lyosa ailəsinə geri qayıdır. Təbii ki, həyat yoldaşı ona Markeslərin gəlişini, Qabonun məsləhəti barədə danışır.

Uzun müddət görüşməyən dostlar 1976-cı ildə “And dağlarında sağ qalanlar” filminin premyerasında qarşılaşırlar. Qabo köhnə dostunu görcək qollarını açıb üstünə şığıyır. Mario isə onu qucaqlamaq əvəzinə dostunun ənginə yumruq ilişdirir. Şəkildən də göründüyü kimi Markesin burnu partlayır, gözünün altı göyərir.

Həmin davada Lyosa Markesə deyir: “Elə bilirdin Patrisiyaya verdiyin məsləhətdən sonra sarılıb qucaqlayacaqdım səni?”

Bu hadisədən sonra bir zamanların ayrılmaz dostları (“Yüz ilin tənhalığı” romanı nəşr olunandan sonra Lyosa ondan müsahibə almış, roman haqqında “Amadis Amerikada” məqaləsini yazmışdı) amansız düşmənə çevrilirlər. Qabo solçu olaraq qalır, Mario isə solçuların amansız düşməninə çevrilir.

# 3528 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #