“FusionDoll”II Bakı Beynəlxalq Kukla Biennalesi açılıb

 “FusionDoll”II Bakı Beynəlxalq Kukla Biennalesi açılıb
6 noyabr 2013
# 12:40

Noyabr ayının 5-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında və Kukla Qalereyasında “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesi açılıb. Kulis.az-ın Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, biennale noyabrın 10-dək keçiriləcək.

“Fusiondoll” II Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi - dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Biennalenin “Fusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə şərq və qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası, memarlıqda eklektikaya dair istifadə olunur. Beləliklə, özündə dayanıqlı caz ənənələrini və Bakı memarlığının eklektikasını ehtiva edən “Fusion” terminindən klassik, interyer, faşn, konseptual, art obyekt qismində kukla, replikant və kukla sənətinin müxtəlif növlərinin nümayiş etdirilməsi üçün daha uyğunu yoxdur. Çünki o, adı çəkilənlərin hamısını bir kukla axını yaradaraq vahid vizual ansambl şəklində birləşdirir.

“FusionDoll” Bakı Beynəlxalq Müəllif Kuklaları Biennalesi birinci dəfə 2011-ci il noyabr ayının 4-dən 10-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Bununla da dünyada ilk dəfə olaraq Müəllif Kuklaları Biennalesinin əsası qoyulmuşdur. Tədbir ölkəmizin müəllif kuklaları ustaları arasında beynəlxalq səviyyədə tanıdılmasına, incəsənətin xüsusi qolu olan müəllif kuklaları sənətimizin təbliğinə xidmət etmişdir. Azərbaycanda bu sənət növünə maraq getdikcə artmaqdadır. Elmira Abbaslı, Tamilla Qurbanova,Pərviz Hüseynov və İrina Qundorina, müəllif kuklaları sənətinin inkişafı istiqamətində xeyli işlər görmüşlər.

Bu sahənin inkişafında ictimaiyyət arasında populyarlaşmasında Bakıda cari ilin aprel ayında açılış mərasimi keçirilmiş, Cənubi Qafqazda ilk kukla qalereyası olan “Kukla” Qalereyasının yaradılmasını və rolunu xüsusi qeyd etmək lazımdır. Bakıda belə bir qalereyanın açılışı beynəlxalq səviyyədə tanınan müəllif kuklaları ustalarının, qalereyaçı və kolleksiyaçıların diqqətini çəkmiş və geniş marağa səbəb olmuşdur. Bu hadisə ölkəmizdə müəllif kuklaları sənətinin inkişafına əsaslı təkan verən hadisələrdən olmuşdur.

“FusionDoll” II Bakı beynəlxalq Kukla Biennalesində13 ölkə- Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxstan və İsraildən olan kukla ustaları iştirak edəcək.

# 2567 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər