Dördüncü yalan: Gözəl qadınları yoldan çıxarmaq çətindir

Dördüncü yalan: Gözəl qadınları yoldan çıxarmaq çətindir
12 sentyabr 2013
# 07:30

Siz bu qaydaları ən doğru qaydalar kimi bilirsiniz. Əslində isə belə deyil. Bu yazını oxuduqdan sonra seks haqda yeni şeylər öyrənəcəksiniz.

Birinci yalan. Mədəni ol.

Bu qaydanı unudun. Gündüz vaxtı mədəni davranmaq yaxşıdır. Amma yataq otağında mədəni davranmaqdan daha darıxdırıcı ikinci bir şey ola bilməz. Bu, seksdir, rəsmi qəbul deyil. Sevişmənin daha alovlu olmağı üçün bütün potensialınızı ortaya qoymalısınız. Siz ona əmr edin! Qadınlar yataqda onlara təlimat verilməsini xoşlayırlar. Əmrlərə tabe olmaq bizi xanım-xatun kimi davranmaqdan xilas edir. Seks vaxtı kobud olmaq, qarşınızdakını aşağılamaq imkanı varsa bunu edin, durub mədəni davranmaq, özünü xoş göstərməyə cəhd göstərməyin. Təbii ki, “dərhal yatağa uzan, sən də istəyirsən”, yaxud “deyəsən buranda sızanaq var” kimi aşağılayıcı cümlələri nəzərdə tutmuruq.

Gecəyə qədər nəzakətli cəngavər kimi davranın, gecə yataqda bunun tam əksi olan bir insana çevrilin. Qadınlar yataqda güc oyunlarını sadəcə gecə sevişmələrində xoşlayırlar.

Bu məsləhətlərə təkcə yataqda deyil divanda, hamamda, mətbəxdə və s. yerlərdə də əməl edə bilərsiniz. Burada insani nizam lazımdır. Qarşınızdakı sado-mazo fetişisti deyilsə, kobudluğunuzu nəzarət altında saxlamalısınız. Ona etibarlı əllərdə olduğunu hiss elətdirin.

İkinci yalan. Zarafatcıl kişilər seksualdır.

Yox, yox, yox. Kişiləri ən çox narahat edən bu mövzuya aydınlıq gətirək. Qadınlar üçün güldürməyi bacaran kişilər iki halda məqbul sayılır. Birinci görüşdə (çünki gülüş birinci görüşdəki gərginliyi aradan qaldırmağa kömək edir) və münasibətlərin mahiyyətini ortaya çıxarma prosesində. Fəqət seks prosesində bütün zarafatları yığışdırmaq lazımdır. Ağlınıza gələn bütün gülməli hərəkətləri unudun. Çox gülməli bir zarafat eləmək arzusunda olsanız belə susun. Sevişmə prosesində zarafatlara vaxt ayırmağınız onu göstərir ki, fikriniz başqa yerdədir, ona diqqət ayırmırsınız. Yersiz bir zarafatla, “bu iqtisadi böhranın axırı necə olacaq” demək arasında elə də fərq yoxdur.

Üçüncü yalan. Qadın da kişi qədər seks istəyir.

Post-feminizm və cəsarətli köşə yazarları sayəsində bu əfsanənin populyarlığı artıb, amma inanmayın. Qadın kişi qədər seks düşkünü deyil. Kişilərdə meyvə soymaqdan dərhal seksə keçən ehtirasa gəlmə qabiliyyəti qadınlarda yoxdur. Bəzən qadınlar doğrudan da həvəssiz ola bilərlər. Həvəsli olanda isə sizdən daha istəkli və həyəcanlı olurlar. Ayın bəlli günlərində onu yola gətirmək üçün dəridən-qabıqdan çıxmaq əvəzinə vitamin alın. Fəqət iki gün sonra onun çiyninə bircə öpüş qondurmaq bəs edəcək... Qadının partnyorunu rədd etməsi problem deyil, kişi buna görə narahat olmamalıdır. Amma özünüzü ona oxşadıb “bu gün mənim həvəsim yoxdur” deməyin, uduzan siz olacaqsınız...

Dördüncü yalan. Gözəl qadınları yoldan çıxarmaq çətindir.

Gözəl hesab eləmədiyiniz qadını başdan çıxarmağa çalışmayın. Bəyənməyiniz qadınla sırf minnətdar olacağını düşündüyünüz üçün yatağa girsəniz sonda uduzan siz olacaqsınız... Möhtəşəm saçları, gözəl bədəni, gözəl dişləri olan qadınların, əlində kokteyl bardağıyla pis-pis gülən milyonçu kişilərin haqqı olduğunu düşünürsünüz. Amma o kişi axmağın biridir. Milyonçuların qadınları ələ keçirtməsinin səbəbi pulda deyil. Sadəcə milyonçuların eqoları güclüdür, rahatdırlar, qadınlarla ünsiyyətə girməkdən çəkinmirlər. Siz də o cür edə bilərsiniz. Ona yaxınlaşın, onu güldürün. 15 yaşında, məktəbin arxasında görüşən yeniyetmələr kimi söhbət edin.

Beşinci yalan. Barmaqları qadının saçlarında gəzdirmək çox erotikdir.

Çək əlini saçlarından. Ciddi deyirəm. Çək!

Altıncı yalan. Qadınlar seksdən sonra qucaqlaşmaq istəyirlər.

Aparılan araşdırmalara görə seksdən sonra qucaqlaşmağa daha çox kişilər meyllidir. Ona oxşama kifayət edər.

Yeddinci yalan. Ən həyəcanlı seks, yeni tanış olduğun qızla olandır.

Doğru deyil. Yad adamla seks, sadəcə seks həyatınıza rəng qatmaq baxımından həyəcanverici ola bilər. Bunu ölmədən öncə eləmək istədiklərinizin siyahısına salmağınızda bir zərər yoxdur. Amma bunu yaşadığınız ən ehtiraslı seks deyə təqdim etməyinizin mənası yoxdur. Çünki elə deyil. Partnyorunuzu uzun müddətdir tanıyırsınızsa, birinci sevişmə həmişə daha erotikdir. Amma ilk seks həmişə ən yaxşı deyil. Ən yaxşı seksə, uzun müddətdir bir yerdə olduğunuz sevgilinizlə nail ola bilərsiniz. Bu həyatda yaşayacağınız ən gözəl münasibət, çox yaxından tanıdığınız biriylə, sərhədi olmayan ədəbsiz seksdir.

# 25714 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #